Sevinc el Sevər - Tükəzbanların geri qayıtması
30.05.13

Televiziya kanallarında efirə gedən sosial proqramlara arabir baxıram. Yəqin ki, dəfələrlə müxtəlif kanalların eyni məzmunlu verilişlərində evli kişilər tərəfindən “aldadılan”, iki, bəzən üç uşaqla küçədə tənha buraxılan qadınlarla rastlaşmağım təsadüfi deyil. Bu hal ölkəmizdə çox yayılıb. Bu verilişlərdə adətən qəhrəmanları tamaşaçı auditoriyasının caynağına verirlər, qınaq yağışı daş kimi yağır başlarına. Kimisi bu qadınları əxlaqdan kənar, kimisi ağılsız, yüngülbeyin, savadsız, cahil, evdağıdan adlandırır. Bəziləri tapılır ki, aldadıb qaçan kişiləri də qınayır. 

Qadınları ən çox təsadüfi tanışlıqların qurbanları kimi təqdim edirlər. Guya ki, problem hansısa kafedə, avtobusda, metroda, sosial şəbəkədə tanış olmaqdadır. Əslində problemin kökü tanışlığın necə, harada, nə vaxt baş verməsində, valideynlərin qadınla-kişinin münasibətlərinə xeyir-dua verib-verməməsində deyil. Azərbaycanda qurulan ailələrin yarıdan çoxunun  bünövrəsi toy, nişan, xınayaxdı məclislərində qurulmurmu?  Alverçilərin araçılığı ilə ailə qurub xoşbəxt olan onlarla cütlük tanıyıram doğma kəndimizdən.  Çay evində, bulvarda, hava şarında, təyyarədə, çimərlikdə -hər yerdə tanış olub, ailə qurmaq normaldır. 

Qadınların evli, subay bilməyib, gözünü yumaraq, Azərbaycan kimi mental dəyərlərin möhkəm olduğu bir ölkədə öz həyatları ilə risq etmələrinə səbəb ilk növbədə yaşını ötürmək qorxusu, analıq istəyi, “bəlkə alındı” ümididir.  Amma problem həm də hər şeydən əvvəl – savadsızlıq, cahillik, tənhalıq qorxusundan çox, Azərbaycan qızlarının əksəriyyətinin qürursuz olmasındadır. Azərbaycan kişiləri hardansa qondarılan, dini dəyərlərimizə qətiyyən dəxli olmayan bir məntiqlə hətta evlənib boşanmış, dul qalmış, taleyi gətirməmiş qadınlarla ailə qurmağa razı olmazkən, Azərbaycan qızları hətta üç-dörd uşaqlı kişilərlə münasibətə girməyə, onların ikinci, üçüncü arvadı, məşuqəsi olmağa razıdırlar! Toyuq beyniylə yaşayan bu qadınları mən ancaq qürursuzluqlarına görə qınayıram! Orta əsrlərin dəyərlərinə sadiq  qadınları -  Tükəzbanları, Fatmaları başa düşə bilmirəm. 

Azərbaycanda kişilərin özlərinə verdikləri dəyərin yarısını qadınlar özlərinə vermirlər. Onlar qapılarına gələn elçilərdən tələb elədikləri qızılın, pal-paltarın, başlıq xərcinin dəyərini artırmaqla özlərini qiymətdən salırlar. Bununla pulunu verərək alıb apardığı qadınlarla istədikləri kimi davranmağa kişilərə haqq verirlər. Zalım ərindən hər gün yediyi dayaqlara, söyüş-təhqirlərə sırf maddiyat ucbatından qatlanan qadınlar var. 

O Sevillər ki vardı, onlar artıq yoxdular. Tarix geri döndü. Artıq Tükəzbanlar, Fatmalar var! 

Valideynlər qızlarını qürurlu, təhsilli görmək arzusunda olmurlar, onlar qızlarını ancaq və ancaq yaxşı arvad görmək arzusundadırlar. Onların qız uşaqları üçün yeganə arzuları var: yarıyanlardan olsun! Yəni, yaxşı əri, mehriban qayınanası olsun, vəssalam. Mən hələ dünyada elə bir kişi görmədim ki, ona “yarıyanlardan olsun” deyə - yəni, yaxşı arvadı, yaxşı qayınanası olsun deyə arzu eləsinlər! /publika.az/

Yenililklər
04.06.20
Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb
04.06.20
“Açar” filminin tizeri təqdim olunub
03.06.20
Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb
03.06.20
“Azərbaycan ədəbiyyatında alleqoriya” monoqrafiyası çapdan çıxıb
03.06.20
Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur
02.06.20
Bədirxan Əhmədli - Romantizm: bütün yönləri ilə
02.06.20
Cəlil Cavanşir: "Bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiam yoxdur" - Müsahibə
02.06.20
“Dünya ədəbiyyatı”nın yeni sayı - “Elmi baxış”
02.06.20

Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

02.06.20
Əlyazmalar İnstitutu: “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.