Orxan Pamuk: "Ən cazibədar qadınla bir yerdə olmaq istəyirəm" - MÜSAHİBƏ
30.05.13

“Kitablarımdan razıyam” 

60 yaşlı Orxan Pamuk 2006-cı ildə Nobel mükafatı alıb. O İstanbulda doğulub, əvvəlcə memarlıq, sonra isə jurnalistika üzrə təhsil alıb. Onun ilk romanı “Cövdət bəy və oğulları” 1982-ci ildə işıq üzü görüb. 2005-ci ildə türk hökuməti Orxan Pamuka qarşı Türkiyənin insan hüquqlarını pozması ilə bağlı tənqidi fikirlərinə görə məhkəmə iddiası qaldırıb, lakin sonradan iddia ləğv olunub. Hal-hazırda o İstanbulda yaşayır, həmçinin Kolumbiya Univerisitetində (Nyu-York) muqayisəli ədəbiyyatşünaslıq və ədəbi yaradıcılıq fənnindən dərs deyir.


Dünya şöhrətli yazıçının Anna Metcalfla (“The Financial Times”,  Böyük Britaniya) söhbətini təqdim edirik.


-Sizin həyatınızı hansı kitab dəyişib?

-Bu sadəcə bir kitab olmayıb... Dostoyevski, Borxes, Tolstoy, Mann, Kalvino, Nabokov bütünlükdə mənim həyatımı dəyişdirən yazıçılardır.


-Yazıçı olacağınızı nə vaxt anladınız?

- Bunu planlaşdırmamışdım. 7 yaşım olanda, daha sonra 22 yaşımda, qohumlarım rəssam olacağımı düşünürdülər. Fəqət, gözlənilmədən içimdə bir səs ortaya çıxdı və mən roman yazmağa başladım. Daha sonra əməyimin nəticəsi olaraq “Cövdet bəy və oğulları” (1982) ortaya çıxdı.


-Yazıçı kimi iş gününüz necə keçir?

- Səhər tezdən 13:00- a qədər elektron poçtuma baxmıram, qəzet oxumuram, internetə də girmirəm. Hər səhər 7 də oyanıram, tərəvəz yeyirəm, çay, yaxud kofe içirəm və bir gün əvvəl yazdıqlarımın alınıb alınmadığına nəzər yetirirəm. Daha sonra duş qəbul edirəm və günorta 13:00-a qədər yazmağa davam edirəm. Daha sonra mənə gələn məktubları oxuyub cavab yazıram, bunun ardınca günorta saat 3-dən axşam saat 8-ə qədər kitablar üzərində işləyirəm. Daha sonra isə insanlarla görüşürəm.


- Sizdə yazmaq, ən yaxşı harda alınır?

- Evim elə kabinetimdən ibarətdir, orda yatmaq üçün lap kiçik bir yer var. Yazanda gərək təbiətə, ya da küçəyə tamaşa edə biləcəyim bir yerdə oturam. Kənardan əsl həyata baxanda, hər şeyi romantik əhval-ruhiyyədə təsəvvür edə bilirəm.


- Kitablarınız üçün material toplayarkən, nə kimi qeyri-adi hərəkətlərə yol veribsiniz?

- “Məsumiyyət muzeyi”ni (2008) yazanda İstanbulda həqiqi materiallardan ibarət muzey açdım. Muzey üçün bütün eksponatları özüm toplamışam.


- Kiminlə birlikdə yeməyə dəvət olunmaq istərdiniz?

- Qarsiya Markeslə... Ya da Borxeslə və ya Dostoyevski ilə... Bir də dünyanın ən cazibədar və ağıllı qadını ilə.


- Nədən qorxursunuz?

- Mütəşəkkil amansızlıq və əvvəlcədən planlaşdırılmış davalardan.


- Gecələr ən çox nəyə görə yuxusuz qalırsınız?

- Mən atama oxşamışam, eynilə onun kimi gecənin bir vaxtında qəflətən oyanıram. Amma bu mənim xoşuma gəlir. Belə məqamlarda birdən-birə insanları və öz həyatımı başqa cür qavramağa başlayıram.


- Həyatınızda nəyi dəyişdirmək istərdiniz?

- Səbirsizlikdən, qıcıqlanmalardan, əhvalımın korlanmasından və qəfil əsəb partlayışlarından canımı xilas edəcək bir həb kəşf olunsaydı sevinərdim.Fəqət bu baş versəydi romanlarımı yaza bilməzdim, rəsm çəkə bilməzdim.


- Sizcə hələ də yazmadığınız bir kitab varmı?

- Kitablarımdan razıyam. Hansısa kitabı yazmadığıma təəssüflənmək isə, həyatımın belə cərəyan etməsinə, bu dildə danışmağıma və indiki kimi düşünməyimə təəssüflənmək kimidir.


- Sizin kitablarınız 40 dan çox dilə tərcümə olunub və yüzdən çox ölkədə satılır. Müəllifin məşhurluğu sərhədləri keçəndə o beynəlxalq önəm qazanır, siz də bir növ moizəçiyə çevrilibsinizmi? Siz ideyalarınızı yayırsınız?

- Mən şəxsən özümə bunu arzulamıram, amma heç bir siyasi stabilliyin olmadığı ölkədə beynəlxalq tanınmışlıq da insanı siyasi fiqura çevirir. Fərqi yoxdur, sən bu rolu oynamaq istəyirsən, ya yox.


- Sizin ideyalarınız nədən ibarətdir? Nələri yaymaq istəyirsiniz?

- Mənim ideyalarım siyasi deyil, ədəbidir. Mən fiziki şəxsəm. Sadəcə yaxşı romanlar yazmaq istəyirəm. Mənim dinim - ədəbiyyatdır və daha dəqiqi roman sənətidir. Mən bütövlükdə romançıyam, hətta deyərdim, həyatı özünəməxsus şəkildə görən sənətkaram. Lakin, “beynəlxalq” şöhrətim ucbatından istəsəm də istəməsəm də siyasi fiqura çevrilmişəm. Amma dini bir vəzifə olan moizəçiyə çevrilmək mənlik deyil.


/Çeviri: Namiq Hüseynli, qaynar.info/

Yenililklər
01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.