Niyazi Mehdi - Evlənmə məsələsini çək-çevirə salanda
31.05.13

Xırda nəsnələrin fəlsəfəsindən

Bir tanışım məni yüksək fəlsəfi materiya ilə - Tanrı problemi, kosmos, siyasi texnologiyalar və s. ilə bağladığı üçün qınadı ki, sənə heç yaraşmır, evlənməkdən, fotoaparat qarşısında necə durmaqdan yazırsan. Ancaq ona necə deyəydim ki, fəlsəfə çoxdan yüksək materiya ilə sağollaşıb, ideya istehsalı, ürətimi ilə aşağı materiya faktlarında məşğul olur. Haydaqarın (Haydeqerin) “Nəsnə” adlı fəlsəfi essesi var, parçı, kiçik bardağı ələk-vələk edir. Mən özüm 25 il qabaq Ortaçağ Azərbaycan fəlsəfəsindən yazanda o dönəmki adamların necə yeriməsindən, necə yeməsindən, baxışmasından, mat qalmasından Tanrı və s. yüksək materiya üçün ideyalar çıxarmışdım. Məsələn, Ortaçağda barmağı dişləmək təəccübün işarəsi idi. Miniatürlərdə təəccüb edənlər barmaqlarını dişləyirdilər, poeziyada da personajlar mat qalanda barmaqlarını ağızlarına aparırdılar. 

Xırda faktdan Allah ideyasına çıxış

Ortaçağ mat qalmaqdan ötrü sinoy gedirdi. Onun üçün də padşahlar məmləkətlərinə gəlmiş səyyahları saraya çağırırdılar ki, gördükləri əcaib nəsnələrdən, olaylardan danışsınlar. Kitabımda bütün bunları söyləyəndən sonra sonuc çıxarmışdım: nəyisə bilməyəndə təəccüb  olur. Ona görə də alimlər, yaşlılar az təəccüblənirlər. Ona görə də çox az nəsnələr onlarda möcüzə duyğusunu yaradır. Bundan sonra bəndəniz çox önəmli teoloji düşüncə çıxarmışdı: Allah hər şeyi biləndirsə, deməli, heç nəyə təəccüblənmir. Məncə, pis alınmadı: Allah bu dünyaya tamaşa edəndə heç nəyə təəccüblənmir (bəs onda niyə tamaşa edir?!) Nə baş verirsə, ona gözlənməz, yeni deyil. Bu düşüncə xristian, islam ilahiyyatşünaslarının yaradılış ehkamlarını dağıdır. Həmin ehkamlara görə, Tanrı dünyanı ya “belə etsəm, nə olar” marağı ilə, ya da “bunu da edim ki, həzz alım” istəyi ilə yaradır. Düzdür, ağıllı teoloq cavabında deyə bilər ki, Allahın təəccübündə bilik və təəccüb bir yerdədir. Ona görə də bilməzlikdən doğan təəccübün Ona dəxli yoxdur…

Buradan oxucuya məsləhətim. Mən və mənim kimi yazarların yazısını “nələrdən yazmasına” görə suçlamayın. Bu zaman hansı düşüncələr tapmasına görə yarğılayın, yəni məhkəməyə çəkin. Rəhmətlik filosofumuz Həsən Quliyev azərbaycanlı mentalitetinin arxetiplərindən yazanda məni ən çox etkiləyən onun tapıb cızdığı arxetiplər yox, bir ideya oldu: mədəniyyəti mədəniyyətdən nələri zibil sayıb atması ilə ayırmaq olar. Doğrudan da, yoxsul toplumlarda atılmayan divanları, şalvarları varlı toplumlarda asanca zibilə verirlər.

MOSSAD düşmən ölkənin prezidentinin sağlamlıq halını bilmək üçün onun sidiyini əldə etdiyi kimi, zibillərini də toplayıb araşdırırdı. Eləcə də mədəniyyətlərin zibillərindən o mədəniyyətlərin diaqnostikasına keçmək olar. Bu söhbətimin giriş kəsimi. 

Söhbətimin ikinci kəsimi

Mən bəzi dostlarım kimi heç vaxt “niyə oğlunu evləndirmirsən” sorusu ilə zəhlə tökmürəm. Hərçənd mədəniyyətdə zorunlayıcı, vadaredici  mexanizmlər kimi bu iradların funksiyasını anlayıram. Mədəniyyətdə ailə məsələsi önəmlidirsə, həməncə evlənməyə zorunlayan dürlü mexanizmlər formalaşır. Bunu bizim camaat bilməsə də, “niyə evləndirmirsən” sorusu ilə bir-birini sıxma-boğmaya salması mexanizm məsələsidir.

Ailəyə zorunlamaq mexanizmlərini itirmiş Avropa

Oradan gəlmiş bir yaxınımla evlənməsi haqqında danışırdım. Bu qonuda danışmağın həvəskarı olmasam da, birdən başladım evlənməyin dəyərini anlatmağa: qocalanda tək qalmayacaqsan, tez evlənəndə uşaqları boya-başa çatdıracaqsan. 

Hər bir azərinin dərdini deyim: 5-6, 10-15 yaşlı uşaqlarıma baxanda birdən ağlına gəlir, ay Allah, qəfil məni öldürsən, bunlar nə olacaqlar?! Bir dəfə öz körpələrim nə olacaqları mənzərəsini göz qabağına gətirəndə ürəyim parçalandı. Azərbaycanda yalnız arxalı adamları bu soru ağrıtmır.

Hə, avropalı tanışıma bunları deyəndə görürdüm, sözlərim onu tərpətmir. Birdən anladım niyə? Avropada “ölsəm, uşaqlar nə olar” sorusunun maddi tərəfi aktual deyil, çünki o dünyada sosial müdafiə, qayğı sistemi elə güclüdür ki, uşağın acından ölməsi, ya da alçalması yox dərəcəsindədir. Qocalanda tək qalmaq məsələsi isə yenə bizdəki kimi deyil, necə deyərlər, “pensiyama minnət”. Qalır məsələnin mənəvi tərəfi, yəni yetim uşağın ata-ana həsrəti…o isə “vaxtında evlənmək” üçün güclü arqument deyil, o qədər ata-analı ailələrdə mənəvi yoxsulluq, mənasızlıq olur ki. Beləcə, ailə məsələsini ələk-vələk edəndə iki sizilizasiyanın, iki uyqarlığın fərqi bizə açıldı. /teleqraf.com/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.