Kamal Abdulla: "Qırıqlıq bizim tariximizin özündədir" - MÜSAHİBƏ
31.05.13

Ötən həftə Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın «Şah İsmayıl, yaxud hamı səni sevənlər burdadır...» adlı pyesinin ilk tamaşası olub. Media və sosial şəbəkələr tamaşanı gözardı etmədi. Şah İsmayıl mövzusunun təkrar gündəmə gətirilməsini alqışlayanlar da oldu, bunu bəyənməyənlər də.

Pyesin müəllifi Kamal Abdulla suallara cavab verir.

- Kamal müəllim, xoş gördük! Yeni tamaşa münasibətilə sizi təbrik edirik! Əvvəlcə roman, sonra pyes, daha sonra tamaşa... Bu mövzu nədən sizi belə özünə çəkir?

- Bircə bunu bilsəydim... Yəqin ona görə ki, tam ifadə eləyə bilmirəm hələ də hiss etdiklərimi. Onlar hələ də aydın, səlis şəkildə mənim içimdən çıxıb özlərini büruzə edə bilmirlər. Mənim Şaha məhəbbətimdəndir ki, onu hamı onu sevənlərin yanında görmək istədim. Şahın buna ehtiyacı vardı...

- Son illər Şah İsmayılla bağlı müzakirə-mübahisə-polemikanın «Yarımçıq Əlyazma»dan başlandığının fərqindəsiniz?

- Hər şey, əlbəttə ki, Siz deyən kimi, «Yarımçıq əlyazma» dan başlandı. Və bir də Lələnin «Sən Şah deyilsən, gədə, mən səni tanıdım. Sən haman məlun şairsən...» sözlərindən. Çünki Lələnin Şahı ona deyə bilməzdi ki, «Nə yaxşı oldu, sən ölmədin, sağ qaldın, Lələ». Lələnin Şahı ona deməliydi: «Sən nə cürə oldu ki, ölmədin, sağ qaldın. Lələ?! Mən ki səni sağ cinaha ölməyə göndərmişdim...». Tamaşada bu qarşıdurma qalıbdı.

- Müzakirələrin hətta Prezident Administrasiyası səviyyəsinə gedib çatmasında özünüzün rolunu qiymətləndirirsinizmi?

- Bu barədə mənim heç bir məlumatım yoxdur. Hər halda premyeranın baş tutması, öz-özlüyündə, hər şeyi deyir.

- Sizcə, ədəbi əsərdə tarixi şəxsiyyətdən söz açılanda yazıçı hansı riskləri gözə almalıdır?

– Ona «xalq düşməni» damğasının vurulmasına qədər hər şeyi, sən demə, göz altına almaq lazımmış. Mən bununla qarşılaşdım. «Yarımçıq əlyazma»nın taleyi buna sübutdur. Anlamazlıqdan tutmuş əsassız ittihamlara qədər çox şeydən keçdik. Amma son Avstriya nəşrini görsəniz, onun dizaynı hər acını unutdurur. Xaricdə bizə daha qərəzsiz, daha adekvat qiymət verə bilirlər. Hegel deyirdi ki, tarix Allahın Yer üzündən keçib getdiyi təmtəraqlı zəfər marşıdır. Bu tarix mənə bir vətəndaş kimi vacib və qiymətlidir. Bir yazar kimi bəzən maraqsız görünür. Çünki mən Bayandır Xanı, Dədə Qorqudu, Qazanı, Şah İsmayılı, Hüseyn bəy Lələni canlı, nəfəs alan, mənimlə ünsiyyətə girən, mənim kimi, yəni müasirim kimi sevən, duyan, düşünən, acıyan, iztirab çəkən, sevinən, bir sözlə, yaşayan insanlar kimi görmək istəyirəm. Bu, daha maraqlıdır. Onlar pyedestalda gözəl görünürlər. Amma onlar pyedestaldan qıraqda da son dərəcə cəlbedicidirlər.

– Yeni tamaşa tez-tez müzakirə doğuran Şah İsmayıl mövzusuna hansı təzə və faydalı çalarlar qata bilər?

​– İndicə dediyim kimi, kimin üçünsə Şah İsmayılın Çaldıran döyüşü ilə bağlı iztirabını görümlü edə bildimsə, bu, bəsdir. İztirab isə daxili təbəddülata, çevrilməyə, həyat və səltənətlə bağlı qəti niyyətə gətirir. Çaldırandan çıxa bilməyən Şah orda da qalmalıydı və belədə Şah bizim bədii təsəvvürümüzdə tarixi şəxsiyyətin cizgilərinə bəzi əlavə ştrixlər verə bilər. Kim deyə bilər, Şah Çaldıran düzündə qalmalıydı, yoxsa qayıdıb 10 il ruhu düşkün, sarsıntılar içində... davam etməliydi?! Nəyə davam etməliydi – bu suala mənim cavabım yoxdur. Yəqin ki, tarixçilərin cavabı var.

– Sizcə, «Azərbaycan insanı tarixinə acdır» söyləyə bilərik? Tamaşadan sonra tanıdığım-tanımadığım gənclərin bu barədə fikirlərini eşitdiyim üçün belə deyirəm. Bizlər və elə sizlər nədə yanlışlıq yapmışıq?

– Pyesdən və tamaşadan tamaşaçı tez-tez bu sözləri eşidir: «Xətdə qırıqlıq var. Mən sizə deyirdim, inanmırdız, xətdə qırıqlıq var». Qırıqlıq bizim tariximizin özündədir. Harada, necə – kim bilir?! Şah İsmayıldan sonra niyə paytaxt köçürüldü, niyə dilimiz sıxışdırıldı, niyə türk mənliyi öz yaddaşına qısıldı?! Əziz Şahımızın xələfləri niyə sələflərinin ideallarına arxa çevirdilər?! Bu suallara cavab vermək həm asandır, həm çətindir.

– Rejissor da bir müəllifdir-Tamaşanın müəllifi. İki müəllifin bir-birilə tam anlaşdığını demək daha doğru olardı, yoxsa qismən və ya heç anlaşmadığını?

- «Hamı səni sevənlər burdadır...» pyesinin də, deyərdim ki, qəribə taleyi olub. Onu vaxtilə mərhum və unudulmaz rejissorumuz Hüseynağa Atakişiyev səhnələşdirib. Sıfır dərəcəsində texniki imkanlar, daha doğrusu, imkansızlıq şəraitində – Gənclər Teatrında. Mən o tamaşanı böyük minnətdarlıq hissiylə xatırlayıram. Tamaşa pyesin aksentlərini olduğu kimi saxlamış, müəllif rakursunu ön plana çəkmişdi. Bu, Hüseynağanın böyük sənətkar mədəniyyətindən irəli gəlirdi. Sonra bu pyes bir müddət «unuduldu» Yəqin, bu, mənə belə gəlirdi. Sən demə... Onu rəhmətlik Vaqif  İbrahimoğlu qoymaq istəyirdi. Özü də «YUĞ»da yox, Dram Teatrında. İsrafil də məni qızışdırdı, Ədalət də həvəsləndirdi (teatrın direktoru və mədəniyyət nazirinin müavini nəzərdə tutulur –S.İ.), mən pyesi Vaqif üçün, bəli, bəli, Vaqif üçün təzədən işlədim. Bəzi yerlər ixtisar olundu, bəzi xətlər əlavə edildi... Qismət deyilmiş. Biz Vaqiflə bu pyes ətrafında mübahisələr edə-edə və bir-birimizə qarış-qarış yaxınlaşa-yaxınlaşa qəflətən bir daha bu həyatda görüşməmək şərtilə bir-birimizdən ayrıldıq. Tamaşanı onun tələbəsi Mikayıl hazırladı. Və biz öz-özlüyümüzdə tamaşanı əziz dostumuz Vaqifin ruhuna həsr etdik.
Mikayılda biz nə ilə qarşılaşırıq? Mikayılda pyesdən gələn bəzi aksentlər itib. Bəzi xətlər ixtisar edilib. Bu ixtisarlar, onu da deyim ki, məni inandırmağa çalışdılar ki, tamaşanın xeyrinə edilib. Bununla tutaq ki, barışmaq olardı. Amma elə ixtisarlar var ki, onları əsaslandırmaq çətindir. Bundan başqa, mənim mətndə «gizlədilmiş» bəzi  iddialarım vardı ki, tamaşa onların üstündən ağır texnikalı tank kimi keçib gedib. Texnikadan söz düşmüşkən. «Azdrama»nın bugünkü texniki imkanlarına susamış yaradıcı heyət bu tamaşada onların hamısından elə istifadə etdi ki, bəzilərinə bu sadəcə acgözlük kimi gəldi. Bəzilərinə də görməmişlik kimi. Bütün bunları bir qədər ehmallıca etmək olardı.

Amma bir məsələni qeyd etməyə bilmirəm. Həm aktyorlar, həm rejissor, həm rəssam – qərəz, bütün yaradıcı heyət əsərin ətrafında (bilmirəm, bəlkə də tamaşanın deməliydim) çox sıx şəkildə birləşmişdilər və hətta Çaldırandakı fillər də üstlərinə gəlsəydi, «səfi pozmayacaqdılar». Bu teatr aləmində balaca iş deyil.

Suala birbaşa cavabı isə belə verərdim. Anlaşma qismən baş verdi.

- Premyeradan sonra tamaşada hər hansı dəyişiklik ola bilər?

- Cüzi dəyişiklik ola bilər. Tamaşa artıq öz həyatı ilə yaşayacaq. Artıq nə mən, nə də rejissor ona ciddi əlavələr etmək iqtidarında və həvəsindəyik.

– İlk tamaşadan sonra nəyə sevindiniz? Ummadığınız nələr oldu - əsəbilik, anlaşılmazlıq və s. bənzər şeyləri deyirəm...

– Tamaşaçıların teatr mədəniyyəti məni sevindirdi. Mənim yozumumla razılaşan ola bilər, razılaşmayan da ola bilər, kimisə rejissor işi qane edər, kimisə etməz. Amma mən o tamaşaçıların hamısına minnətdaram. Tamaşa bilirsiniz nə zaman bitir? Sonuncu tamaşaçı tamaşa zalını tərk edəndə. Onlar isə, tanıdığım və tanımadığım əziz adamlar teatrın qapıları bağlanandan çox sonra da orada idilər. Bu adamlar hamı onu sevənlər idi...

- Və son, həm də əbədi sual: Tamammı-Davammı?

– Həm tamam, həm də davam. /oxuzali.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.