Günel Eyvazlı - Həzrəti Məryəm
04.06.13
Mən Həzrəti Məryəm. Günahdan uzaq Pak, təmiz bəndə Nəfsi çəkilər Yoxdu beynimdə. Əzmişəm onu Tapdalamışam. Mən İlahinin ətəklərini Saf ağuşumla Qucaqlamışam.
Atasız övlad, Dayağı Allah. Peyğəmbər yükü Sənin çiynində. Neçə günahın keçidlərindən Qürurla keçib, ucalacaqsan.
Sən yaşamısan, Sən yaşayırsan, Yaşayacaqsan. Neçə kişinin əli uzandı Mənə toxunmaq Yasaqdır, yasaq. Mən İlahinin nuru kimiyəm, Sənin gözünə Görünmək üçün, Qadın cıldiyəm.
Torpağın üstə, Torpağın altda. Eşidirsənmi gələn səsləri. Bu qışqırıqlar, qamçı səsləri. Ölüm həvəsi, Ölüm istəyi.
Mən ana kimi, Dualarımı Heç əksiltmədim, Heç azaltmadım. Əllərim açıq, Haqq dərgahına. İblisə uyan insanlarını Yarəb bağışla, Onu bağışla.
|