Qurban Yaquboğlu - Şəms və toyuğun altına qoyulmuş qaz yumurtası
07.06.13

“Qətrə sular ümman olmuş, ay olmuş...”

Aşıq Abbas Tufarqanlının bu misrasını yazacağım köşənin mövzusuna, mətninə bağlamağın qayğısına qatlaşmayacam. Hadisəni hadisəyə, mətləbi mətləbə, mənanı mənaya, kəlməni kəlməyə, hərfi hərfə calamağın mahir ustaları incə sezgiləri, görünməz ipləri onsuz da tapıb aşkarlayacaqlar. 
Şəmsdən danışacam. Şəms Təbrizinin kitabından. Ah, dostum, bir söz deyim: eşq adamıyla fəqihin, hal əhliylə alimin, Şəmslə Ruminin rastlaşması haqqında sirli rəvayətdən xəbərdar elə bir mömin tapılmaz ki, qarşısına çıxası bir sufinin intizarını çəkməsin.     

Hər təsadüfdə dərin bir hikmət arayan ərənlərə rəhmət oxuyub “Facebook” səhifəsinə dönüm. Axıb-gedən cürbəcür hirsli statusların, sürətli paylaşmaların, tərs şərhlərin, açıq-saçıq fotoların arasında dəyərli tədqiqatçı-jurnalist dostumuz Rəsul Mirhəşimlinin tərcüməsində Şəms Təbrizinin “Məqalat” əsərinin ayrıca kitab kimi çap olunması xəbərini elə onun özünün statusunda tamam təsadüfən oxudum. 

Çün səhifəm çox zaman açıq olsa da, bütün statusları, paylaşmaları izləmək imkanından uzaq qalıram.

Sivişib aradan və yaddan çıxmamış bir başqa təsadüf də - onsuz heç unudulan da deyil - qeyd edim: Əlif Şəfəqin məşhur “Eşq” romanını da elə həmin günlərdə oxuyurdum. Bir Şəms süjetinin içərisindəydim ki, hadisə vaqe oldu.

Kitabı haradan tapmaq olar? Kitaba necə yetişmək mümkündü, Rəsul? “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevdən. 45 yaşı həmin gün tamam olan Rəsul Mirhəşimli belə soraq verdi. Nə qədər maraqlıdı!

Rəsul statusunda bu əsərin tərcüməsini özünün 45 illik ömrü üçün mühüm olay sayırdı və “Facebook” statusu da məhz bu mətləbə həsr olunmuşdu. Əliməmməd bəy kitabı götürmək üçün gələcəyim ünvanı mənə başa salandan sonra söz arası anlatdı ki, Şəms Təbrizinin “Məqalat” əsərinin bütün müəllif hüquqları özünün rəhbərlik elədiyi “Konstitusiya” Araşdırmaları Fonduna aiddi. 

Doğrudan da kitabın ən mühüm yerində, ilk səhifəsinin alnında belə yazılıb: “Kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın və Şərqin böyük mütəfəkkirlərindən olan Şəmsəddin Təbrizinin “Məqalət” əsərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” adlı layihə çərçivəsində hazırlanıb”.

Allah xeyir versin!

Dəyərli kitaba sahib olmaq kitabı oxumağa tam bərabər sayılmasa da, onu məqsədin yarısından çoxu hesab eləməkdə eyib yoxdu. Gözəl kitabı əldə tutub tamaşasına durmağın bir özgə feyzi, ləzzəti var. Kitab adama hopur.

“Məqalat”ın ön sözündən (AMEA-nın müxbir üzvü Rəfael Hüseynov yazıb) Şəmsin bir xatirəsini bura köçürməkdən özümü saxlaya bilmədim: “Uşaqlıq çağlarımda məndə qəribə bir hal yaranmışdı. Kimsə bu halımdan baş çıxara bilmirdi. Atam da bunun nə olduğunu başa düşə bilmirdi. Mənə deyirdi ki, sən dəli olmağına dəli deyilsən, amma bu halətin nə halətdir, anlaya bilmirəm.

Mən atama dedim ki, səninlə mən bir durumdayıq ki, həmin hal kürt yatan toyuğun altına qaz yumurtasının qoyulmasına bənzəyir. Yumurtadan qaz çıxmış, bir az pərvazlanınca suya cummuşdur. Ana toyuq özünü ora-bura çırpır, amma suya girə bilmir. 

Əziz ata! Mən üzə biləcəyim bir dəniz görürəm, mənim məskənim o dənizdir, halım da o dəniz quşlarının halı kimidir. Sən də məndənsənsə gəl. Bu dərya içində mən səndən deyiləmsə, get torpaq üstə gəzən quşlara qarış...” 

Qətrə sular ümman olmuş, ay olmuş...
Elə bir mömin müsəlman yox ki, Şəms kimisiylə qarşılaşacağı günün həsrətini çəkməsin! /teleqraf.com/

Yenililklər
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.