Azərbaycanda "Şairlər günü" keçirilib - FOTOLAR 
07.06.13

Beynəlxalq Muğam Mərkəzində Gənc Şairlər Birliyinin təşkilatçılığı və “Govhar” Groupun təşkilati dəstəyi ilə “Şairlər günü” qeyd olundu. 

Tədbirə dünyanın 6 ölkəsindən (Türkiyə, Rusiya, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Ukrayna) tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər qatılmışdılar. 

Tədbirdə Azərbaycan tərəfindən Yazıçılar birliyinin sədri yazıçı Anar, şair Əjdər Ol, yazar Səlim Babullaoğlu, millət vəkilləri Sabir Rüstəmxanlı, Məlahət İbrahimova İbrahimqızı, Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan və digər siyasi-ictimai və mədəniyyət xadimləri iştirak edirdilər. Xəyal Rzanın giriş nitqindən sonra “Müşfiq” mükafatı laqyiq görülənlərə təqdim edilib:

Sabir Rüstəmxanlı, 
Müstəqqillik illəri Azərbaycan poeziyasına verdiyi töhfələrə görə.

Əjdər Ol,
Müstəqillik illərindəki poeziyamıza verdiyi töhfələrə və “Yaşa” şerilər kitabına görə.

Səlim Babullaoğlu,
Yeni azərbaycan şeirinə verdiyi töhfələrə görə.

Fərid Hüseyn,
“Qandalı görməsin” kitabına görə.

Günel Anarqızı,
“Qarabağ hekayələri” kitabına görə.

Mixail Sinelnikov,
Azərbaycan və Rusiya ədəbi əlaqələrinin inkişafıəndakı xidmətlərinə və Xaqani Şirvaninin şeirlərinin rus dilinə tərcümələrinə görə.

Rafiq Həşimov,
Dokumental kinoda poetik təhkiyəyə görə və "Yarımçıq gündəlik" filminə görə.

Xurşud Davron,
Özbəkistanın xalq şairidir. Müasir özbək poeziyasındakı xidmətlərinə və Müşfiqin şeirlərinin özbək dilinə tərcümələrinə görə.

Yaqub Dəliöməroğlu,
Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə, “Qardaş qələmlər” dərgisində türk xalqları poeziyasının populyarlaşdırılması və nəşrinə görə.

Dmitro Stus,
Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə və ayrıca Azərbaycan poeziyasının Ukraynadakı nəşrinə verdiyi dəstəyə görə.

Yeşim Ağaoğlu,
Yeni Türkiyə şeirinə verdiyi töhfələrə görə.

Dalmira Tilepbergenova,
Çağdaş qırğız poeziyasına və kinomatoqrafiyasına verdiyi töhfələrə görə.

Giorgiy Kekelidze,
Yeni gürcü poeziyasına verdiyi töhfələrə görə.

“Təhsil” nəşriyyatı,
Azərbaycan kitabını dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil etdiyinə görə və nəşriyyat-poliqrafiya sahəsindəki yenilikliyə görə.

“Mütərcim” nəşriyyatı,
Tərcümə ədəbiyyatının və yeni Azərbaycan şeirini nəşrindəki uğurlarına görə.


Qeyd edək ki, “Şairlər günü” artıq 3 ildir mərhum şairimiz Mikayıl Müşfiqin doğum günündə qeyd edilir. Bu səbəbdən təşkilatçılar tərəfindən mərasimdə iştirak edən bəzi şəxslərə də Müşfiq” mükafatı təqdim olunub. 


















Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.