Vasif Əlihüseyn - “Bir əsgərin yaşantıları” adlı kitabı haqqında düşüncələrim
10.06.13

Keçən ay Bakı Slavyan Universitetinin yaradıcılıq fakulitəsinin tələbələri olaraq, tələbə yoldaşımız gənc yazar Sərdar Amindən Xaçmaz rayonuna dəvət aldıq. Məqsəd Xaçmaz rayon televiziyasında yayımlanan “Yeni səhifə” verlişində iştirak etmək və bir də rayon yazarları ilə görüş idi.  Mayın 19-u Xaçmaz rayonuna yola düşdük. Rayona çatdıqdan sonra, ilk görüşümüz M.F.Axundov adına kitabxanada fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisində oldu. Biz “Ulduzlar” ədəbi məclisində maraqlı bir görüş keçirdik. Görüşdə tanınmış jurnalist Azər Həsrətlə də əyani olaraq tanış olduq. Düzdür, Azər müəllimi bir jurnlist olaraq mətbuatdan yaxşı tanıyıram. Amma ilk dəfə əyani tanışlığımız məhz Azər müəlllimin doğulub boya-başa çatdığı Xaçmaz rayonunda oldu. Görüşdə Azər müəllim çoxdandır ki, üzərində işlədiyi və bu gün artıq oxucular üçün maraq doğuran “Bir əsgərin yaşantıları” adlı kitabını rayon yazarları üçün təqdim edirdi. 

Məncə, Azər müəllimin yadında yaxşı qalaram çünki, həmin görüşdə gənclər arasında ilk çıxış edən mən olmuşdum və mənim çıxışım isə məclisdə canlanmaya səbəb olmuşdu. Görüşdə mənə iki kitab “Ulduzlar” ədəbi məclisinin yenicə dərc etdiyi “Duyğu yarpaqları” almanaxı və bir də Azər müəllimin “Bir əsgərin yaşantıları” adlı kitabları hədiyyə olundu. “Duyğu yarpaqları” almanaxını Xaçmazdan Bakıya qayıdarkən avtobusta varaqlasam da istədiyimi tapmadım. Bu hisslər məndə elə bir təəsürat yaratdı ki, “Bir əsgərin yaşantıları” kitabı da beləcə maraqsız olacaq. Düşünürdüm ki, Azər müəllimdi də əsgərlik xatirələrini yazıb, biz də əsgərlik çəkmişik burda maraqlı nə var ki?

Bir bazar günü.

Dediyim kimi, bir bazar günüydü. Səhər durub şəhərə gedirdim və çalışdığım Karabahİnfo.com elektron jurnalı üçün intervyu hazıramalıydım. Həmişə ki, kimi yol boyu boş vaxtlarım çox olacaqdı və bu vaxtı nəsə oxumalıydım. Kitab rəfimi eşələdim və elə əlimə keçən “Bir əsgərin yaşantıları” kitabı oldu. Kitabı çantama qoyub şəhərə yollandım. Metroya mindikdən sonra kitabın ilk səhifələrini oxumağa başladım.  Kitab mənə o, qədər maraqlı gəldi ki,  həmişə ki, kimi metroya daxil olan bir neçə qıza baxmağı belə qaçırdım. Həmin günü kitabın yüz səhifəsini, sonra isə işdən sonra iki gün “Heydər Əliyev” parkına yollanıb kitabı oxuyub bitirdim. Çünki, kitabı oxuduqca öz əsgərlik günlərim xatırladım və həm də bu xatirələr bir-birinə çox bənzəyirdi. 

Başında Əfqanıstan sevdası.

Hərbi xidmətə yola düşən 18 yaşlı gənc Azər hərbi xidmətini Almaniya da çəkməli olur. Amma bu onu çox düşündürür. Çünki, hərbi xidmətə yollanan da onun bir arzusu var idi, Əfqanıstana yollanmaq və ordakı döyüşlərdə iştirak etmək. Bu arzunu o, dünyaya göz açdığı Dədəli kəndindən aparmışdı və bu arzunu dostu İlqara deyəndə İlqar onu qınamışdı. Amma tale elə gətirir ki, İlqar Əfqanıstan da, Azər isə Almaniya da hərbi xidmət keçməli olur. Azər Almaniyada da pis hərbi xidmət keçmir. İki illik hərbi xidməti dövründə bir çox vəzifələrdə çalışır.  Amma Əfqanıstana döyüş bölgəsinə yollanmaq, onu hərbi xidməti boyunca düşündürür. Burda yazıçı gənc Azərin məhz şəhərə yox, döyüş bölgəsinə yollanmaq istəyi ilə bu günümüzə də işarə edir.

Millətlər içində Azərbaycan əsgərlərinin qələbəsi.

Kitabı oxuduqca öz əsgərliyimlə, gənc Azərin keçdiyi hərbi xidmət yolları özümdən xəbərsiz bir-biriləri ilə müqayisə olunurdu. Burada millətlər arasındakı rəqabət, millət başçılarının təyin olunması, keçirilən toplantılar ilk əvvəllər adamda bir xarici filimdə ki, döyüşçü qrupları xatırladır. Burada da həmişə olduğu kimi azərbaycanlı əsgərlər öndə gedir. Burada onları heç bir millətin nümayəndəsi erməni, rus və digər millətlərin əsgərləri ilə səhf salmır və bunun ona nə qədər baha-başa gələcəyini anlayır. Bu hadisələr təbii ki, bizim əsgərliyimiz dövründə olmayıb. Biz artıq müstəqil dövlətdə yaşayırıq və öz torpağımızda bir Azərbaycan əsgəri olaraq, bir-birimizin ətini yeyəsi deyilik ki?

Kitab təkcə xatirələrlə yox, tarixi hadisələrlə də zəngindi.

Gənc Azər hələ 1986-cı ildə ermənilərin bizim düşmanımız olduğunu əsgər yoldaşlarına xatırladaraq, onlara Dədəli kəndində baş verən 1905-ci il hadisələrini xatırladır. Gənc Azər 1987-ci il, oktyabr ayının son günlərində dostları ilə hərbi hissənin həyətində gəzərkən düz baş qəraragahın önündə qurulmuş lövhədə nəsə dəyişikliyin olduğunu fərq edir. Bu Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlərinin portretləri asılan lövhə olur ki, burada da Azər nəyinsə çatışmadığını hiss edir. Bu Azərbaycan Kommunist Partiyasınıb rəhbəri kimi respublikaya başçılıq etmiş, sonradan – 1982-ci ildə Moskvaya dəvət edilərək burada SSRİ Nazirlər Kabineti sədrinin müavini vəzifəsinə təyin edilmiş Heydər Əliyevin şəkli lövhədən çıxarılır. Sonradan bəlli olur ki, SSRİ-yə başçılıq edən Mixail Qorbaçovun da təşəbbüsü ilə rus olmayan az saylı yüksək vəzifə sahiblərindən biri Heydər Əliyev Sov.İKP MKSiyai Bürosunun üzüvlüyündən uzaqlaşdırılır. Bu gənc vətənpərvər Azəri çox sarsıdır. Ancaq maraqlısı odur ki, Heydər Əliyevin başına gələnlər hərbi hissədə ki, erməniləri də əməlli-başlı sevindir. 

Güldüyüm və ağladığım səhnələr.

Desəm ki, kitabın bir yerində doyunca gülmüşəm və bir yerində də ağlamışam. Bəlkə də gülməyimə inanıb, ağlamağıma inanmayacaqsınız. Əvvəldə demişdim axı, kitabı parkda oxuyurdum və oturduğum oturacaqda yalnız mən yox, istirahət üçün bir çox insanlar əyləşməkdə idi. Əsərdə gənc Azərin başına gülməli hadisələr də gəlir, onlardan biri də Azərin doğum günü avqustun 3-ü baş verir. İki əsgər yoldaşı ilə doğum günün qeyd edən Azər içkili halda komandiri tərəfindən yaxalanır. Komandir isə onların hər birinə on zərbə cəza kəsir. Həmin səhnəni yazıçı elə qələmə alıb ki, özündən asılı olmayaraq gülməyə bilmirsən. Mən güldükcə yanımda oturacaqda əyləşən insanlarda mənə gözaltı baxırdılar.

Amma bu gülməyin ardından az keçmədi ki, ağlamaqda gəldi. Bu Azərin hərbi xidməti başa vurub evə gələrək atasını evdə görməməsidir ki, burada bir anlıq özüm gözümün qabağına gəldim. Çünki, mən də hərbi xidmətdən qayıdan da nənəmin rəhmətə getməsinin səkkizinci günü idi... 
Evdə hamı ondan atasının səfərdə olduğunu desə də, Azər də bu şübhələr yaradır. Demək olar ki, Azər atasının rəhmətə getdiyini anlayır və sabah durub təkbaşına qəbristanlığa gedərək atasının məzarını tapır. Oturub doyunca ağlayır və sonra yan-yörəsində o, əsgərlikdə olduğu vaxta dünyasını dəyişən kəndlilərini görür. Sonra dostu İlqarla görüşür. Beləcə əsər sona yetir. Bax elə indi Azər “Bir əsgərin yaşantıları” kitabını atası Hacıqulu Abdulla oğlunun əziz xatirəsinə ithaf edir. 

 Bu jurnalist Azər Həsrətin ilk kitabıdır. Bu kitabda Azər Həsrət oxucusu üçün həmin illərdə ki, tarixi hadisələrdən xəbər verə bilirsə, kitabda oxucusunun halını  dəyişə bilirsə, deməli o, ilk kitabında ilk uğurunu qazanıb. Azər müəllimə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq, təbii ki, yaradıcı dostu olaraq. Güman edirəm ki, inciməz yuxarıda sadaladıqlarım bir gənc yazarın kitabdan sonrakı təəsüratları idi. 



 

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.