Kənan Hacı - Kişilərimiz niyə rus qadınlarına meyl edir?
10.06.13

Azərbaycanda kişi qocaldıqca qadın cavanlaşır.
                                                                   
Qadın-kişi münasibətləri dünyanın nizamlayıcı qüvvəsi olaraq daim diqqət mərkəzində olub və bu müstəvidə kişilərin hakimi-mütləqliyi həmişə cidd-cəhdlə mühafizə edilib. Feodal-patriarxal düşüncə bu gün də Azərbaycan kişisinə XXI əsrin insanı olmaqda maneçilik törədir. Qloballaşma çağında bu cür pedant hisslərin əsiri olmaq və qadına heç bir hüquq tanımamaq dünyanın nizamını pozur.
 
Bu yöndə maarifçilik missiyasını üzərinə götürmüş mütərəqqi fikirli yazarlar belə ailədə konservativ olurlar. Məsələn, özlərini postmodern yazıçı hesab edənlər arvadına münasibətdə  kənddəki bisavad kişidən geri qalmırlar; arvadın üstünə çımxırırlar, yeri gələndə yaxşıca kötəkləyirlər və s. və ilaxır.
 
Bu yaxınlarda yapon yazıçısı Kenzi Maruyamanın  “Səmada yenidən göyqurşağı”  povestini oxudum. Əsərin qeyri-adi süjet xətti məni heyran etdi-ərli bir qadın hər gün təpələrin arxasında evli bir kişinin-arıçının  görüşünə gedir, onlar olduqca xoşbəxtdirlər və hər ikisi bu görüşlərdən məmnundurlar. Qəribədir ki, bu gizli görüşlər onların ailə həyatına qətiyyən ziyan gətirmir.
 
“Bu iki nəfər görüşəndə qorxa-qorxa ətrafa göz gəzdirmirlər, talelərindən şikayətlənmirlər, bədbin düşüncələrə qapılmırlar, bu iki nəfər görüşəndə bir-birinə ruhdan düşmədən, kədərsiz baxırlar, şübhə, utancaqlıq onlara yaddır, sadəcə, fədakarcasına, düşünüb-daşınmadan bir-birinin ağuşuna atılırlar, lazımsız sözlərə vaxt sərf etmirlər.” Nə qadının ərindən ayrılmaq fikir var, nə də kişi arvadını boşamaq istəyir, hər iki ailə öz normal həyatını yaşayır. Amma normal olmayan kənara sapmalardır.
 
Azərbaycan cəmiyyətində isə bu cür kənara sapmalar ailələrin dağılmasıyla nəticələnir. Çünki bu situasiya Azərbaycan cəmiyyəti üçün yaddır və qəbul olunmazdır. Baxmayaraq ki, son zamanlar ərinin başqa qadınla yaşamasına tolerant münasibətdə olan və özü də başqa bir kişi ilə çox rahatcasına görüşən qadınların sayı kifayət qədər artıb. Avropalaşmağımızın ilkin göstəricilərindən biri də budur. Qərb düşüncə tərzinin belə mənfi tərəflərini tezliklə əxz etmək sabitləşmiş əxlaqi dəyərlərimizi kökündən laxladır. Maruyama əslində əxlaqsızlıq sayılan bu akta çox böyük məharətlə elə əxlaqi bir don geyindirir ki, məəttəl qalırsan və bu görüşlərin təbiiliyinə, vacibliyinə inanırsan.  
 
Bu, artıq yapon düşüncə tərzidir. Amma nə fərqi var, insan elə hər yerdə insandır və “dünyanın hər yerində eyni dildə sevir insanlar-sevgi dilində”. Təbii, onların qismətində ayrılmaq var, kişinin hara üz tutacağını isə arılar qət edəcəklər. Qadın üçün bu ayrılıq faciə deyil, çünki o, kişidən sevgi andı tələb eləməyib, onun arvadı olmağa can atmayıb, əksinə, hər gecə yataqda ərini ən isti nəvazişlərlə oxşayıb, onun xidmətində durub və ailəsini qoruyub saxlaya bilib.
 
Bir müddət Rusiyada yaşamış bir adam kimi azərbaycanlıların oradakı həyat tərzinə az-çox bələdəm. Bizim kişilərimiz niyə rus qadınlarına meyl edir? Bunun səbəblərilə maraqlanmısınızmı? Mən gördüklərimi deyəcəyəm. Rus qadını kişilərin psixologiyasını çox gözəl bilir və onlarla davranış qaydalarını da bu psixologiya üzərində qurur. Bu, həqiqətdir. Rus qadını kişinin tələbatlarını (təkcə cinsi deyil) bacarıqla ödəyə bildiyi üçün kişi də ona bağlanıb qalır. O, Banuçiçək kimi kişidən qoçaqlıq tələb eləmir, yetər ki, erkəyi hər zaman onun yanında olsun.
 
Bizdə əxlaq sözü var, amma anlamı yoxdur. Məsələ burasındadır ki, bizim cəmiyyətdə ictimai kateqoriyaya daxil olması gərəkən anlayışlar fərdi xarakter daşıyır, amma fərdi xarakter daşımalı olan anlayışlar, hətta düşüncə tərzi və əxlaq belə ictimailəşir. Əgər əxlaq müsbət məna çaları olan sözdürsə, o başqalarının azadlığını məhdudlaşdırmamalı, insanların bir-birinə mane olmasına məhdudiyyət qoymalıdır. Əslində əxlaqın ritual xarakter alması onun puçluğunu göstərir. Dostoyevskinin məsum mələyi Sonya Marmeladovanı əxlaqsız adlandıra bilərikmi? Yaxud fosforlu Cevriyyə fahişə idimi? İlk baxışda bəlkə də hə. Amma mahiyyət etibarilə hər iki qızcığazın quş ürəyi boyda balaca ürəyi gözəl arzularla, xoşbəxt gələcək haqqında işıqlı xülyalarla çırpınırdı. Onlar insanlığı haqqa, ədalətə səsləyirdilər.
 
Namusun maddiləşdirilməsi insanın haqsızcasına damğalanmasına gətirib çıxarır. Dostoyevski Sonya Marmeladova haqqında yazır: “Görünür, bütün bu biabırçılıq ona mexaniki surətdə toxunmuşdur, əsl föhşiyyət zərrə qədər də onun qəlbinə nüfuz etməmişdir.”
 
Əxlaq ictimailəşdikcə, namus maddiləşdikcə qadın azadlığından danışmaq nonsensdir. Bu barədə düşünməyə dəyər. /kulis.az/

Yenililklər
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.