Səxavət Sahil - Toya "ər tutmaga" gedənlər
10.06.13

Bu, yazını özünə aid edənlər üçün yazılıb!

Yazının ad tanımı bir az kobud səslənsə də, diqqətlə düşünəndə yazının məğzindən hər bir tanrı bəndəsi hali olur. Məsələyə bir başa yanaşdığımdan alayı həngamə çıxarmadan hücuma keçirəm mətləbə.

Bir neçə gün bundan əqdəm toya getmək məcburiyyətində qaldım. Toylardan zəndeyi zəhləm getsə də, adamın üstündə o boyda gözəgörünməz var, gərək düz danışasan. Toya söz ola bilməzdi. Həqiqətən də kişi nə boyda xərcə düşüb, toy çaldırmışdı. Bunlar öz qaydasında. Demək istdədiklərim ordakı qız-gəlinlərdəndir. Anam-bacım olsunlar! 

Sözümün canı qız-gəlinlərimizin bəzənməsindəndir. İnsan nə qədər daş-qaş taxar, ənlik-kirşan yaxar. Elə bil toya yox, bəzənmə yarışına gəlmişdilər. Gəlin onların yanında toya getməli idi. Kosmetalogiya tarixində Azərbaycan toylarındakı qədər rekord bəlkə də hec vaxt olmayacaq. 

Məsələn, bir dəfə iş yoldaşımızn toyunda mən hər gün gördüyüm xanımı nə illah elədimsə tanıya bilmədim. 

Düzdür bineyi-qədimdən sürmədən tutmuş “pudra”ya qədər bütün gözəlləşdirici (?) vasitələr qadınların istifadəsində olub və bu da təbiidir. Bunu hamı bilir. Bəzənməyə qarşı çıxmaq üçün oxucuların fikrini cəm etmirəm. Məsələ bunda da deyil. 

Mən hələ də anlaya bilmrəm ki, axi nəyə görə məhz toya-bayrama gedəndə qadınlar bəzənmə yarışnına çıxır. Mətbəxdə bozbaş bişirən, dovğa bullayan, evində ailəsi ilə birlikdə olan qadını sürməli, boyalı kim görüb? Kim buna şahid olubsa desin? 

Niyə qadın evə girəndə yox, evdən çıxanda boyalı-bəzəkli çıxır. Bəyəm evdə onu gözləyən binəva Ağaverdi bu gözəlliyin tamaşasında durmağa layiq deyilmi?

Qayıdaq toy məsələsinə. Bəzənib kimisə xoşuna getmək, görüntü yaratmaq axı nəyə lazımdır? Bir mənə de görüm ay Qaranisə nəyə görə iki ayağnın bir dikdabana dirəyib deyirsən ki, filankəsin toyunda Sarınısəni bəyəndilər mən qaldım. Hökmən Allahqulunun saqızını oğurlayıb xoşuna getməlisən. Olmazım binəva Allahqulu səni özü görüb, özü bəyənə?

Bəzi qadınların süni və görüntü üçün yaşadığını da düşünürüəm. Buna əsas verən faktlar da var. Saç düzümü, geyimi hətta səs tonu da çəmiyyətə hesablanan zərif məxluqatlar heç də az deyil.

Ela qadın var ki, cəsarətli addım atmaq istəsə də el qınağı kimi məişət səviyyəli “Çin səddi” ilə üzləşir. Donunu qısaltmaq istəyir, ama qonum-qonşu dedi qodusundan ehtiyyatlanır. Toy və məclislərdə spirtli içki ürəyindən keçir, amma bu arzusunun üstünə mentalitet yekə bir daş salır. 

Bu xüsusən seks məsələlərində özünü daha qabarıq göstərir. Həyat yoldaşının intim münasibətindən qane olmayan qadın alternativ addım ataraq özunə daha yaxşı tərəfdar tapıb dünyanın ən gözəl hissinin dadını çıxarsa da bundan yalnız tanrının xəbəri olur. 

Çox uzatdım, nə isə...

Mətləbdən uzaq düşdüm deyəsn. Toya bəzənib gedən, kiminsə xoşuna getmək ehtimalları ilə yaşayan qadınlara nifrət edirəm. Kimisə “ələ keçirmək”, yaraşıqlı “ər tutmaq”, imkanlı oğlandan “yapışmaq” arzularından uzağa getməyən qadınlara yalnız nifrət hissləri düşsə də, toydan “toy tutmaq” da asan deyil...


Avanqard.net

Yenililklər
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.