Cəlil Cavanşir - Günahsızlıq təsəllidir
11.06.13

Həbs olunmasından təxminən bir il sonra, Fərid Hüseyn mənə “...qandalı görməsin” kitabını “azadlıq ləzzəti ilə” (avtoqrafda belə yazıb) hədiyyə etdi. Yolunu gözlədiyim kitablardan idi. Bilmirəm,  nədənsə lap əvvəldən Fəridin və ya Şəhriyar Del Geraninin zindan xatirələrini yazacağını gözləyirdim. Ən ümidsiz anlarda belə onların azad olunacağına inanırdım. Hərdən ümidsizliyə qapıldığımız anlar da olurdu. Hansısa sayt bilərəkdən dostlarımızın edam olunacağı xəbərini yayır, dostlarımızın ailəsini və onların yolunu səbirsizliklə gözləyən bizləri həyəcanda saxlayırdı. Mən dua-zad edən deyiləm, sadəcə onların azadlığa qovuşmasına inanırdım, bu azadlığı ürəkdən arzulayırdım.
 
***
 
Onların həbsdə olduğu dörd ay müddətində, hər gün onları xatırladıq. Çalışdığımız iş yerlərində söhbətimizin əsas mövzusu, gündəmimiz onlardı. Hətta içki məclislərində belə unutmurduq. Onların günahsızlığına inanırdıq. Onlar da günahsızlıqlarına görə təsəlli tapırmış. Fərid yazır ki, “Günahsızlığım mənə bir təsəlli idi. ....Görünür insanın təmiz olması onun xilasıdır”. Biz də onlara inanırdıq!
 
Onların azadlığı üçün çalışan hər kəsi təqdir etdik, onların ölkəyə dönməsi üçün əziyyət çəkənlərə dəstək verdik. Hər şey yaxşı qurtardı. 127 gün sonra döndülər, kabus bitdi. Hər ikisi zəngin təəssüratla dönmüşdü. Zarafat deyil, zindan kimi bir məktəb keçmişdilər. Azadlığa təşnə ikən, zindanın soyuq divarlarına üz söykəmişdilər...
 
Gələn kimi də yazmağa başladılar. Şəhriyar hərbi xidmətə yola düşməmişdən öncə “İntihar hörükləri” romanını təqdim etdi. Hekayələr, şeirlər yazdı. Fərid də qaynar yaradıcı axtarışlar içində, hər zamankı zəhmətkeşliyində idi. Saytlarda, qəzetlərdə demək olar ki, hər gün imzası görünürdü. Nəhayət ki, iki kitabı birdən təqdim elədi.
 
Fəridin yaradıcılığının nəsr tərəfi mənim daha çox diqqətimi çəkir. “...qandalı görməsin” kitabından öncəki nəsr nümunələri də olduqca maraqlı və oxunaqlı, özünəməxsusdur. “...qandalı görməsin” isə bir başqa kitabdır. Həbsxananın, qürbətin, günahsızlığın, ümidin və ümidsizliyin hər üzü var bu kitabda. Oxuduqca o günlərə qayıtdım. Dostların, medianın, valideynlərinin narahatlığı yadıma düşdü. Narahat günləri xatırladım.
 
“...qandalı görməsin” İranın simasını göstərən güzgüdür. İran zindanlarında verilən işgəncələr, qanunlarındakı boşluqlar, islam ölkəsinin cinayətkar mühiti, hüquq və cəza sistemi haqqında ələ düşməz faktlar var bu kitabda. Fərid bu kitabla islam ölkəsinin maskasını bir az da cırmış oldu. Zatən dünya İranın necə bir ölkə olduğunu bilir, amma Fərid ortalığa danılması, inkar edilməsi mümkün olmayan faktlar qoyub. Mühafizəkar bir ölkədə insanların necə bəsit arzularla yaşadığını göstərdi. Fərid bu kitabın, yazıların qəhrəmanı deyil və məncə bu çox önəmli məqamdır. Fərid danışdığı əhvalatların müşahidəçisi, bəzi hallarda iştirakçısıdır. Hər şey bəzək-düzəksiz, olduğu kimi yazılıb.
 
Fəridin ayaqlarının tutulması, Şəhriyarın siqaretsiz qalması, güzgüylə “görüşməsi”, yerli dustaqların qəribə arzuları məni çox kövrəltdi.
 
“...qandalı görməsin”  sarsıdıcı həqiqətlərə işıq tutur. Fərid hər şeyi çılpaqlığı ilə yazıb. Nə özünü, nə də Şəhriyarı qəhrəman kimi təqdim edir. Hadisələr bir-birinə o qədər bağlıdır ki, oxucu kitabı əlindən yerə qoymaq istəmir.  “...qandalı görməsin” birnəfəsə oxunsa da uzun müddət kitabdakı hadisələrin təsirindən çıxmaq mümkün olmur.
 
“...qandalı görməsin” oxuduqdan sonra azadlığın nə qədər gözəl nemət olduğunu hiss edəcəksiniz.
 
Yaxşı ki, o günlər artıq arxada qalıb. Fərid də, Şəhriyar da azadlıqda, sıralarımızdadır.  İllər sonra bu hadisələri xatırlamaq üçün isə Fəridin “...qandalı görməsin” kitabı yaddaş kitabçası rolunu oynayacaq. Və oxuyan hər kəsə o günlərin ağrısını, həyəcanını yaşadacaq... /kulis.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.