Markes: "Əgər yazıçı olmasaydım, barda pianoçu olmaq istərdim"
17.06.13

Nobel mükafatlı yazıçı Qabriel Qarsiya Markesin məşhur müsahibələrindən.

YAŞAM QAYDALARI 

Həmişə serial yazmaq istəmişəm. Gördüyü işə görə bir tək sevilməsini arzulayan mənim kimi adamlar üçün serial romandan xeyli effektivdir.

Biz dilin daşlaşmasına qarşı da mübarizə aparmalı oluruq. “Xalq”, “demokratiya” kimi sözlər anlamını itirib. Əlindən seçki keçirmək gələnlərin hamısı özünü demokrat sayır.

Nağıl da yazmağa cəhd eləmişəm. Amma alınmayıb. Oğlanlarım balaca olanda həmin nağıllardan birini onlara göstərmişdim. Nağılı qaytaranda mənə belə demişdilər: “Ata, yəni sən uşaqları bu qədər axmaq sayırsan?”

Çalışıram ki, xoşagəlməz sürprizlələ üzləşməyim. Mənim üçün eskalatordansa pilləkan yaxşıdır. Təyyarədənsə, istənilən başqa nəqliyyat növü.  

ABŞ Latin Amerikasına sərmayələr yatırır, amma nə qədər çalışsa da, bizim bir sent də xərcləmədən eləməyə nail olduqlarımız onda alınmır. Biz onların dilini, musiqisini, mətbəxini, sevgisini, düşüncə tərzini dəyişirik. Birləşmiş Ştatlar bizə necə təsir etmək istəyirsə, biz onlara elə təsir göstəririk. 

AİDS olsa-olsa sevgiyə xas riski artırır. Məhəbbət həmişə təhlükəli olub. Eşqin özü elə ölümcül xəstəlikdir.

Cavan vaxtlarımda fahişələr mənim dostum olub. Mən onların yanına sevişməyə yox, yalqızlıqdan qurtulmaq üçün gedərdim. Bunu həmişə deyirəm, mən ona görə evlənmişəm ki, səhər yeməyini təklikdə yeməyim. Əlbəttə, Mersedes (həyat yoldaşı - Esquire) deyir ki, mən alçağın yekəsiyəm.
Mən idim, arvadım idi, bir də iki balaca oğlum. Mən həm piar-menecer işləyirdim, həm də kinossenariləri redaktə edirdim. Kitab yazmaq üçün işimdən imtina etməliydim. Mən maşınımı girov qoyub pulunu Mersedesə verdim. O hər gün bu və ya digər şəkildə mənə kağız, siqaret, bir sözlə yazmaq üçün nə lazımdısa tapıb verirdi. Mən kitabı yazıb qurtaranda məlum oldu ki, qəssaba 5 min peso borcumuz var – böyük pul idi. Yaşadığımız bölgədə şayiə yayılmışdı ki, mən çox mühüm bir kitab yazıram və bütün dükançılar bu işdə iştirak etmək istəyirdi. Mətni naşirə göndərmək üçün daha 160 peso lazım idi, bizimsə olan-qalanımız 80 peso idi. Onda Mersedesin mikser və fenini də girov qoydum. Bunu biləndə belə demişdi: “Roman pis alınsa, indi gəl də”.       

Əgər hansısa işdə qadın da iştirak edirsə, bilirəm ki, hər şey yaxşı olacaq. Tam əminəm ki, dünyanı qadınlar idarə edir.

Qadınların bağışlamadığı tək bir şey var, o da xəyanətdir. Əgər oyunun qaydaları əvvəldən müəyyən edilirsə, necəliyindən asılı olmayaraq, qadınlar adətən həmin qaydaları qəbul edirlər. Amma qaydaların oyun vaxtı dəyişdirilməsinə dözmürlər. Belə hallarda onlar amansız olurlar.

Kubada ədəbiyyat professorları ilə mübahisəm düşmüşdü. Onlar deyirdilər ki, “Yüz ilin tənhalığı” – qeyri-adi kitabdır, amma çıxış yolu təklif etmir”. Mənim üçün bu, ehkamdır. Mənim kitabım situasiyaları təsvir edir, o, həll yolu təklif etməməlidir. 

Mən xırda burjua yazıçıyam və mənim baxış bucağım da həmişə xırda burjua xarakterli olub. Bu, mənim səviyyəm, mənim rakursumdur.

Əgər yazıçı olmasaydım, barda solo pianoçu olmaq istərdim. Bu yolla mən sevgililərin bir-birini daha çox sevmələrinə kömək edərdim.

Mənim vəzifəm odur ki, məni daha çox sevsinlər. Mən elə bunun üçün yazıram. Çox qorxduğum bir şey var, o da hardasa məni sevməyən insanın da mövcud olması fikridir. İstərdim ki, bu müsahibəni oxuyub o da məni sevsin.

Böyük fəlakətlər elə böyük də bolluq-bərəkət doğurub həmişə. Belə fəlakətlər məcbur edirlər ki, insanlarda yaşamaq istəyi yaransın. 

"Esquire" ABŞ

/oxuzali.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.