Rasim Qaraca- Yüksək meqapikselli şeirlər
18.06.13

Ən praqmatik heyvan qurbağalardır – yalnız hərəkətdə olan şeyləri görürlər. Məcazi anlamda, bu xasiyyət insanda da var. Genəl olaraq, insan reaktiv varlıqdır, daha çox ətrafındakı şeylərə reaksiya verməklə məşğuldur, alt şüur sürəkli olaraq şeyləri faydalı olanlara və olmayanlara bölür. Bunun özü pis deyil, yaxşıdır. İnsanoğlu faydalı olanı seçə-seçə gəlişib, gəlib bu günə çıxıb. 

Ancaq burda bir məsələ var: aya, hardan biləsən faydalı olan nədir və faydalı olmayan nədir? Bəzən faydalı bildiyin bir şeyin faydasız olduğunu anlamaqdan ötrü onillərin keçməsinə ehtiyac var. Məsələn, uzağa niyə gedək, ağıllı adam başqalarının, ağılsız adamsa öz təcrübəsindən öyrənir. 

Bizdən əvvəl yaşamış insanların təcrübəsini əks etdirən sonsuz sayda kitablar yazılıb, hər sahədə mükəmməl sayılacaq çox sayda əsər var, buyur oxu, öyrən, səndən əvvəl yaşamış insanların səhvini təkrar etmə. Ancaq və lakin, bizim orta statistik azərbaycanlımızın kitaba baxışı təqribən belədir: “oxuyub beynini boş-boş şeylərlə doldurma”. Bu baxışın bir bəraəti də var: insan nə qədər axmaq olsa o qədər xoşbəxt olar. Ancaq belə deyil. Bizim, bir insanın ömür boyunca topladığı təcrübəni 2 gündə və ya bir kitabı oxuyub bitirmə müddətində əldə etmək imkanımız var. 

Nəysə. Başqa şey demək istəyirdim, haralara gəldim. Fotoaparatların ildən ilə artan meqapiksellərinə baxdıqca ağlıma görün nə gəldi. Gəlişən texnika sayəsində həyatın daha incəliklərini “görən” bu makina kimi, əsrlər boyunca toplanan və artan biliklər və sənət əsərləri sayəsində biz daha çox şeyləri görür, fərqinə varır və dolayısıyla, aşağı meqapikselli insanlardan fərqli olaraq daha çox şeyi görür və həyatdan daha artıq zövq alırıq.

Mən bilavasitə şeir yaradıcılığıyla məşğul olduğuma görə, bu əyləncəli baxış bucağından çağdaş poeziyamızın mənzərəsini necə gördüyümü anlatmaq istəyirəm. Çağdaş poeziyamızdakı mənzərə təqribən ucuz telefonlara quraşdırılmış oyuncaq kameralarda əks olunanlara bənzəyir. Çünki, bizim şairlərin təsvirlərində həyat demək olar ki görünmür, orada yalnız həyatın qeyri-dəqiq kölgələri əks olunub. Qulağa xoş gələn və beyinə doymuşluq siqnalı göndərən nələrsə var, ancaq həyatın ayrıntıları, detayları yoxdur. Daha doğrusu, bizim şairlər öz oxucularından çox da fərqli şeylər görə bilmirlər. Onların əsas bacarığı cümlələri və ya fikirləri dombaltmaqdan, yəni arxasını önünə və ya önünü arxasına gətirməkdən ibarətdir ki, bunun da geniş anlamda poeziyaya dəxli yoxdur.
Dolayısıyla, hər kəs öz sahəsində “meqapiksellərini” artırmaq qayğısına qalmalıdır, o cümlədən bizim şairlər. Başqalarının təcrübəsindən öyrənərək.  
 
Nərmin Kamaldan yüksək meqapikselli bir şeirilə bu yazını bitirirəm:


Novxanı qəbirstanlığında
evcik-evcik oynayır uşaqlar
Hər qəbrin üstü birinin evidi
Lotu Bəxtiyarın qəbri
ən gözəl malikanədir onlar üçün
Ətraf qəbirlərin üstündəki əşyaları
və gülləri
daşıyırlar "ev"lərinə
Silirlər güzgü dedikləri başdaşlarını
Qonaq gedirlər bir-birinin "ev"inə
Mən qoyunlarımla keçəndə gördüm onları
qoyunlarıma da təəccüblü gəldi
çəmən olmayan yerdə dayanmaq
Qəbirlərin içindəki keçmiş insanlar
gülürdülər yəqin buna
Özlərini güclə saxlayırdılar
qalxmaqdan
qucaqlayıb oxşamaqdan "ev sahibləri"ni...

/qaynar.info/

Yenililklər
04.06.20
Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb
04.06.20
“Açar” filminin tizeri təqdim olunub
03.06.20
Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb
03.06.20
“Azərbaycan ədəbiyyatında alleqoriya” monoqrafiyası çapdan çıxıb
03.06.20
Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur
02.06.20
Bədirxan Əhmədli - Romantizm: bütün yönləri ilə
02.06.20
Cəlil Cavanşir: "Bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiam yoxdur" - Müsahibə
02.06.20
“Dünya ədəbiyyatı”nın yeni sayı - “Elmi baxış”
02.06.20

Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

02.06.20
Əlyazmalar İnstitutu: “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.