İradə Aytel – Şeirlər
19.06.13

Ölüm gözümdən düşəcək

Bax, indi bayaqdan 
                      bəri arxamca sürünən 
                             bu bahalı maşına əyləşəcəm!
Qapının boyuna əyılən kimi 
Qamətim gözümnən düşəcək!
Sonra bahalı maşının 
               varlı sahibi ilə tanış olacam.
O qədər yalanlar uyduracam ki,
             (anam xəstədi, ərim məni atıb....)
Həqəqətim gözümnən düşəcək.
Sonra varacağız bahalı bir otelə...
Ayaqlarımı üst-üstə aşıracam,
Varlı “dostuma” qoşulub,
Dolu şərab butulkalarını boşaltdıqca
Deyəcəm,
Güləcəm,
Sevinəcəm!
Lap həddimi aşacam.
Onun kobud əlləri 
              əvvəl saçlarıma toxunacaq,
Darağa belə qısqandığım tellərim,
Gözümnən düşəcək.
İylənən, qoxuyan nəfəsi 
Yanaqlarıma, 
Boğazıma dəydikcə 
üzüm-gözüm, 
          varlı kişinin varsız bədəninə dəyən əllərim,
            sevgi üçün çat-çat olan dodaqlarım...
             gözümdən düşəcək.
Sonra...
Başını gözlərə dik tutan sinəm,
Sevgi ləzzəti damağından getməyən vücudum
Gözümnən düşəcək.
Sonra...
Ayaqlarım
Bahalı maşının
Varlı sahibinin 
sol çiyninı bir az da əyəcək,
Qışqıracam,
İnləyəcəm, 
Hayqıracam,
Sonra...
Bahalı maşının
Varlı sahibinin bahalı siqaretini yandırıb
Eynən onun kimi çəkəcəm.
Ciyərlərim (elə özüm kimi)
İlk gördüyünü ağuşuna alacaq.
Ayılacam və...
Özüm gözümnən düşəcəm.
Ah.. nə gözəl.
Uraaaaaaaaaaaaaaaa!!!
Ölüm gözümnən düşəcək!



Göyərmədi...

  (Musa Yaqub məni bağışlasın....)

Bu dünyanın qara daşı 
göyərmədi, Musa Yaqub! 
Qara daşda qara gözlər xumar oldu. 
Göy yeridi, 
Yer əridi, 
Qara daşa 
qara saçlar sığal çəkdi, 
Qara daşda 
Qara daş da qucaqlandı, 
Günahlandı, 
Savablandı... 
Qara daşda bəyaz yallar 
Yırğalandı, 
Qorğalandı, 
Göyər(mə)di! 
Qara daşda iki nəfəs dolaş düşdü 
Asta-asta, 
Hövlnak-hövlnak... 
Bu dünyanın qara daşı 
Qaralandı 
Dağdan, 
Daşdan, 
Çaydan, 
Aydan... 
Bu dünyanın qara daşı 
göyərmədi, Musa Yaqub!



Iki nöqtə, bir mötərizə

İki nöqtə, bir mötərizə - Mən, 
İki nöqtə, bir mötərizə - Sən! 
Ən əvvəl bu yumruca Sən və Mənə 
Ayaq uyduracam, 
Əl uyduracam, 
Ürək uyduracam… 
Sonra monitorun qapısını evimə açacam. 
(Nöqtələri açmadan.) 
Mötərizə dodağımı, 
Yumruca bədənimi 
Mötərizə dodağınla dadacaqsan. 
Mötərizələr gah açılacaq, 
Gah yumulacaq... 
Saçlarım sinəmə dağılacaq, 
Sinəm əllərinə dağılacaq... 
Yumruca bədənimdə 
Yumruca sinəm ağrıyacaq, 
Qışqıracam! 
Mötərizə dodaqlarımızı qoşalaşdıracaqsan. 
(Gizlənmişik sanacağız.) 
Susmayacam! 
Bağıracam! 
Elə bağıracam ki, 
Həyasız-həyasız məni qoynuna alıb 
Qoynumda mışıl-mışıl uyuyan 
Gecəni oyandıranacan. 
Elə bağıracam ki, 
İllərdir tənhalığımı sevib də qoruyan, 
Bəxtim! 
Səni oyandıranacan! 
- Bextim! Bextim! 
- Hay caaaaaaaaaan!!!! 
Bütün bunlar ürəyinə elə yatacaq ki, 
İki nöqtə, bir mötərizə - Sən, 
İki nöqtə, bir mötərizə - Mənim 
Ürəyimin üstündə yatmağa çalışacaqsan. 
- Dayan! 
Yıxılacaqsan! 
Axı biz iki nöqtə, bir mötərizəyik. 
Bax, birazdan ikimiz də 
Yatmağa hazırlaşan 
Bilgisayarın gözlərində 
Ö-lə-cə-yiiiiiiiik!......



*** 

Bu sənsən!
İlıq nəfəsi 
              yanaqlarımda gəzən,
Hərarətli əlləriylə 
                saçlarıma sığal çəkən,
İpisti dodaqları 
              sevgidən qaysaqlamış dodaqlarmda 
                                                       alışan, yanan,
Qadın bədəninin 
                        gözəlliyini məftuluqla seyr edən,
Söylə ki, mənimsən” pıçıltılarıyla 
                     bütə toxunurmuş kimi 
                                               o gözəlliyə toxunan,
Sevən,
Sevilən,
Qısqanan!
Birazdan sən xəyalların,
Sənin səninsə özgəsinin olacaq!
Ancaq...



Sən mənim alım yazım

Sənnən xəbər gözlədim,
Kipriyə qaş düşəndə.
Quru-quru alışdım
Araya yaş düşəndə.

Oxunnan çıxıb yayım,
Oxuma! Yatıb toyum!
Ətaydı buta payım,
Yuxuma daş düşəndə.

Bu nə tale, nə yazı,
A baharım, ayazım?
Sən mənim alın yazım
Alnıma qış düşəndə!



Qara qız

Bəxtinə rəngin düşdü,
A bəxtəvər olanım!
Hanı baharın, qışdı?
Dərdi gövhər olanım!
Bu yaz səninki deyil,
Bu qız dünənki deyil,
Çək yazını dara qız,
Qara qız, ay qara qız!

Hanı şirin nağılın,
Hanı balın, noğulun?
Tələ qurdu yığvalın,
Düşdün tara, tora, qız,
Qara qız, ay qara qız!

Gəlinlik libasını 
Gözüyolda saçların 
Geyindikcə öyün, qız,
Üzündəki naxışlar
Xınasıdı dərdinin
Bəzəyinə söyün, qız.
Şana götür əlinə,
Göynək bağla belinə,
“Telini yan dara, qız!”
Qara qız, ay qara qız!



Oldun

Elə yaddın, elə uzaq,
Yaxın oldun... yaxın oldun.
Həsrətinlə ilmələnən
Qorxum oldun... qorxum oldun.

Ha gizlətsəm ürəyimdə,
Səni gəzdim hər deyimdə.
Od qaladın kürəyimdə
Ahım oldun... ahım oldun!

Yurdsuz nəfəs, cansız bədən,
Nə sən varsan, nədə ki mən...
Yuvasınnan çıxıb gedən,
Ruhum oldun... ruhum oldun!



Dərdim, yiğiş gedək

A köksümdə döyünənim,
Mərdim, mərdim, yığış gedək.
Səni  səni sevməyənə
Verdim… verdim, yığış gedək.

Gül açmadı yenə bu yaz,
Ümid düşdü çənə bu yaz…
Qara saçım, səni bəyaz
Hördüm… hördüm, yığış gedək.

Nədən saldın mənə meyil,
Di içimdə söyül, döyül.
Bu dünya bizimki deyil,
Dərdim, dərdim, yığış gedək!



Gedirəm
(səni yasaqlarda sevdim...)

Sirrimiydin... 
Sirriniydim...
Sirrə bürünüb gedirəm.
Aç qəlbini, hamıya aç!
Son kəz görünüb...
Gedirəm!

Can verdikcə can yasağa,
Qürub çökdü gözdə ağa,
Sən olmuşdum, mən olmağa
Sənnən arınıb gedirəm...

Elə susdum... eşitmədin,
Elə yandım... qış ötmədi.
Məni bu dərd üşütmədi,
Səndə qorunub gedirəm...

Yenililklər
03.07.20
Mədəniyyət Nazirliyi Rusiyanın xalq artistinə qanunsuz ödəniş edilib
03.07.20
“Xınalıq” qoruğu UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün ilkin siyahıya salınıb
02.07.20
Əhməd bəy Ağaoğlu yaradıcılığında azad insan konsepsiyası
02.07.20
COVID-19 epidemiyasına həsr olunan film çəkilir
02.07.20
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub
01.07.20
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kann Beynəlxalq Kinofestivalının rəhbərliyinə etiraz məktubu göndərib
01.07.20
Saedinin dünyaca məşhur “Bəyəl əzadarları” romanı Azərbaycanda nəşr edildi
01.07.20
Kinoşünas Azərbaycanda çəkilən serialları tənqid edib
30.06.20
Ermənilərin İranın siyasi həyatında oynadığı rol
30.06.20
Simran Qədimin yeni kitabı çap olunub
30.06.20
Əhməd bəy Ağaoğlu “Difai” təşkilatının qurucusu kimi
27.06.20
Pərviz Cəbrayıl - “Azğın”- onun seçilmiş əsərlərin mündəricatı
27.06.20
Bilal Alarlı - Kiçik hekayənin böyük hikməti
26.06.20
Küyüylü Nəccari Səid - Aslan Əmi
26.06.20
Mark Terensi Varronun “Latın dili haqqında" kitabı Azərbaycan dilində
26.06.20
Fərid Muradzadə - Güclü kişi 
26.06.20
Simran Qədim - Təhlükə: COVID-19
26.06.20
Məmmədov Eşqin - Payız məni darıxdırır, ilahi!
26.06.20
Cavanşir Yusifli - Bir şeirin dedikləri (Həmid Herisçi )
26.06.20
Tarix İnstitutunda “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” kitabı çap edilib
26.06.20
Dahilərin, yaradıcı insanların problemi: Bipolar xəstəlik
26.06.20
Azad Qaradərəli - Azər Abdullanın “Qəmərlidən keçən qatar” hekayəsinin ismarıcları
26.06.20
Mübariz Örən: "Yazıçı söz yaratmaqdan qorxmamalıdı" - Müsahibə
26.06.20
Daşkənddə “Azərbaycan Demokratik Respublikası və müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı çap olunub
26.06.20
“Məhtimqulu və Türk dünyası” adlı Beynəlxalq onlayn konfrans keçirilib
24.06.20
Orxan Saffari - Balığı güldürən azərbaycanlı yazıçı
23.06.20
İsmayıl Mərcanlı İmanzadə - Xatirələr tüstülənən ocaqmış...
22.06.20
Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi
22.06.20
Tanınmış ispaniyalı yazıçı vəfat edib
20.06.20
Atif Abbasov - Bilinən və bilinməyən Nəsrəddin Tusi
19.06.20
Bu kino ki var, bəs bizdə niyə yoxdur? - ARAŞDIRMA
19.06.20
Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpadan sonra açılışı olub
19.06.20

"Ulduz"un yeni sayı çıxıb

18.06.20
Ayxan Ayvazın “Mavra, Zəhra və başqaları” adlı kitabı çap olunub
18.06.20
Gənc yazardan Prezidentə müraciət: "Bu dəfə ümid sizədir"
16.06.20
Fərid Hüseynin Türkiyədə kitabı çap olunub
16.06.20

Gələn il “Eurovision” bu tarixlərdə keçiriləcək

15.06.20
Emil Rasimoğlu:"Azər Turanın istefa verməyi hesab edirəm ki, bu məqamda ən gözəl addımdır"
14.06.20
Gənc yazarlardan Azər Turana etiraz:“Götür bir istefa ərizəsi yaz”
12.06.20
"Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin qalibləri müəyyənləşib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.