Raqif Raufoğlunun yeni hekayəsindən bir parça
24.06.13

Axırı ki, xarabalığın taxtaları arasından gün işığı içəri düşdü. Hələ gözlərini açmayan naməlum adama məlum oldu ki, səhərdir. Bakının səhəri hər gün buradan açılırdı, çünki bura şəhərin ən qaranlıq yeri idi. Bu bütün dünyada belədir. Hava ən qaranlıq yerdən işıqlanmağa başlayır və təbiət qanunları insan qanunlarına təslim olur.
Bakıda isə həyat birdən-birə canlanırdı. Şəhərin sükutu birdən pozulur, bütün küçələr birdən adamlar və maşınlarla dolur, birdən də boşalırdı. Elə bil hamını axırıncı dəqiqədə yuxudan oyadıb işə qovublar. Adamlar hər səhər çox tərbiyəsizcəsinə harasa tələsirlər.
Naməlum adam çoxdan bu səs-küyə öyrəşmişdi. Gecələdiyi xarabalığın yaxınlığından gələn səslər daha onu narahat etmirdi. Ona görə də həmişəki kimi yatmağına davam etdi. Bayırdakı səslər isə get-gedə daha da güclənirdi. Dəqiq bilinirdi ki, çöldə böyük bir texnika haranısa sökür. Amma xarabalıqda yaşayanlara bunun aidiyyəti yox idi. Heç kim onlara heç nə deməmişdi. Ayaq səsləri get-gedə lap yaxınlaşır, çaşdırıcı şəkildə ora-bura dönüb uzaqlaşırdı. Yarı yuxulu, yarı ayıq naməlum adama elə gəlirdi ki, dar küçələrlə harasa gedir və kimlərsə onu təqib edir. Elə bu vaxt bədənini silkələyən təpik onu yuxudan ayıltdı:
-Yerin çox rahatdı deyəsən? Dur! Çatmışıq! – Naməlum adam gözlərini açıb başının üstündə dayanan qırmızı üzlü, yekəqarın, bığlı pəzəvəngə baxdı – Buranı sökürük! – bığlı həyasız ciddiliklə sözünə davam etdi – Belə şeylər çox görmüşük. Təzə variantlar fikirləşin. Durmasan daşların altında qalıb cəhənnəmə gedəcəksən – xarabalığın deşikləri arasından ekskavatorun quyruğu göründü. Qonşu evlərdən gələn qışqırıq səsləri də texnikanı dayandıra bilmirdi. Nəhayət ki, naməlum adamın dodaqları tərpəndi. Bığlının qəzəbli baxışlarına balaca bir təbəssümlə cavab verdi:
-Sən peşimansan?
Bığlının gözləri bərəldi:
-Əəə bunun başı xarabdı deyəsən. Çıxardın atın bayıra – yan otaqdakı mülki geyimlilər qaça-qaça gəldilər:
-Rəis, bölməyə?
-Ə nə bölmə? Evin yiyəsidir e? Atın bayıra getsin.
-Bir dəqiqə - mülki geyimlilərdən biri diqqətlə naməlum adama baxdı – Rəis, deyəsən mən bunu haradasa görmüşəm. Evin yiyəsi zad deyil. Keçən dəfə də sökdüyümüz evdə uzanıb yatmışdı.
Bığlı daha da qəzəbləndi – Bölməyə!
Naməlum adamın qolundan tutub sürüyə-sürüyə vahiməli səslər çıxardan qonşuların arasından keçirib polis maşınına tulladılar. Başı özlərinə qarışan həyət adamları heç kimə fikir vermirdilər. Ancaq uşaqlar kənarda dayanıb təəccüblə baş verənlərə baxırdılar. Naməlum adam eyni gülərüz ifadəsi ilə qışqır-bağır salanlara baxmaqda idi.
~~~~~
“Bu sökülən evlərin yerində gözəl parklar salınacaq, yeni binalar tikiləcək, şəhərimiz gözəlləşəcək. İnsanlar burada istirahət edəcəklər, daha yaxşı evlərdə yaşayacaqlar. Əmin olun, hər şey vətəndaşlarımızın daha yaxşı yaşaması üçündür. Bundan sonra da...”
Mayor televizorun səsini azaltdı:
-Görürsən? Adam olun da. Yaşayın. Bu qədər iş görürlər bizim üçün.Vallah bundan yaxşısını görməyəcəksiz. A kişi, on beş il qabaq hər məhəllədə bir-iki maşın ancaq olardı. İndi maşın əlindən tərpənmək olmur e. Sonra da deyirsiz ki, camaat acından ölür. Bəlkə düz demirəm? - Naməlum adam başını tərpətməklə razılaşdı - Biri elə sən. On il qabaq harada yaşayırdın?
-Xarabalarda – Naməlum adam başını qaldırmadan cavab verdi.
-Bəs indi?
-Yenə xarabalarda
-Hmmm... Deməli işin-gücün yoxdur. Kimlərlə oturub-durursan?
-Mən tərki-dünya olmuşam yoldaş mayor. 
Mayor bir neçə saniyə ara verib siqaret yandırdı – Tərki-dünya olanlar gedib dağlarda, meşələrdə yaşayar. Bu səs-küyün ortasında nə tərki-dünyadan danışırsan?
-Bu da mənim inancımdı. Bakının bütün sökülən evlərində axırıncı mən yatıram.
Mayor təmkinini pozmadı:
-Baxıram, yaxşı oğlana oxşayırsan. Mədənisən, tərbiyəlisən. Yəqin ki, universitet də oxumusan. Gəl bir-birimizi başa düşək. Bakı birinci dəfə sökülmür ki... 30 il qabaq da söküldü, 50 il qabaq da söküldü, lap 100 il qabaq da təzələndi. Elə bilirsən onda hamı öz xoşuna evindən çıxdı? Narazılar həmişə olub da. Amma bu şeylər unudulub gedir. Onların heç biri tarixdə qalmayıb. Bunlar gəlib gedəcəy eee a kişi. Dünyanın bütün möcüzəli abidələri qulların hesabına tikilib. Amma indi bundan danışan var? Kim gedib soruşur ki, Çin Səddini tikənlərə nə qədər maaş veriblər. Kimin evini əlindən alıb oranı tikiblər. Hamı gedib abidələrə baxır, şəklini çəkir, tarixini öyrənir. Bunlar boş şeylərdir. Get başıvı sal aşağı, yaşa da. Niyə həyatıvı məhv eləyirsən?
Naməlum adam nəhayət ki, başını qaldırıb gülümsədi - Sən peşimansan?
Mayorun mülayim üzü birdən ciddiləşdi. Masasının altındakı düyməni basan kimi iki çavuş və bir leytenant otağa girib hərbi salam verdi. Naməlum adamı otaqdan çıxartdılar.
-Rəis, içəriyə? – Leytenant soruşdu.
-Yox... Dəlixanaya!

Avanqard.net

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.