Çingiz Əlioğlunun tərcüməsində
Cuqundan məhəccərim
şam iynəsi yorğanım.
Artıq mən qısqanmıram
şükür daha yorğunam.
Bu yatağı bir sabah
ağı deyib açdılar.
Sənsə azadsan daha
Allah sənə olsun yar.
Daha dəng olmaz başın
Sonsuz giley-güzardan,
Sənə şam yandıranı,
tapacaqsan de hardan?
Dincəldi axır canım,
Sənisə - deyəmmərəm.
Sil gözünün yaşını
Göz yaşına dəymərəm.