Elşad Ərşadoğlu - Yaşamaqçün dodağından o qızın...
27.06.13














Mən  belə yaşadım

Mən ömrü ömürtək yaşamadım ki,
Yerlə göy arası gərdiş eylədim.
Gündə neçə dəfə ölüb dirildim,
Hər iki dünyanı təfdiş eylədim.

Yandırıb günləri göyə sovurdum,
Axşam qovulurdum, səhər qovurdum...
Qəlbimdə dərd çəkib, kədər qovurdum,
Özümçün yaxşıca biş-düş eylədim.

Ömrümü yellərə verdim açıqca,
Verdim, qəsdən verdim, verdim ascıqca!!
Qızdan söz almağı bacarmadıqca,
Sözdən qız almağa vərdiş eylədim.

İçimdə olmadı başqa bir istək,
Maraq saldım bircə marağın üstə.
Səpdim söz toxumun varağın üstə,
Becərdim, qorudum kiş-kiş eylədim.

Mən belə yaşadım həyatı, nəsə...
Ömrümü-günümü çevirdim sözə.
Kasıbın olanı nəyim vardısa,
Verdim insanlığa, bəxşiş eylədim...


Tələsmək

Tələsib,
vaxtından tez gəldim bu dünyaya...
Sonra da ki,
bu vaxtından əvvəl gəlişin arxayınlığıyla,
hər şeyə,
hər yerə,
hər dəfə gecikdim...
Qatdım boş işlərlə hədər, başımı.
Elə qarışdırdı kədər başımı,
sevincə gecikdim,
kefə gecikdim,
səhər dərsə,
axşam evə gecikdim.
Gecikməkdə keçdi ömrümün çoxu...
Nəyisə,
haradansa
başlamağa gecikdim...ərindim...
Oturub gözlədim elə beləcə...
Yaşamağa gecikdim – 
başqaları yaşadı,
mənsə süründüm...
Sevməyə gecikdim-
gözəl qızları 
başqaları sevdi,
mən də həsrətin çəkdim...
Oturub bütün günü,
itirdiklərimin xiffətin çəkdim...

Amma daha bəs oldu,
Bunlar mənə dərs oldu.
Götürdüm daha ibrəti.
Bu dünyada nə qədər geciksəm də,
o dünyaya-ölməyə gecikən deyiləm qəti...


Gedəsən 

Deyirəm ki, bu dünyada hər şeydən,
Üz çevirib, göz qoparıb gedəsən.
Bilməyələr hara getdin, necoldun,
Arxanca bir toz qoparıb gedəsən.

Səs versən ürəyinin səsinə,
Bircə dəfə hörmət qoyub özünə,
Damğa basıb bu dünyanın üzünə –
Ayağından iz qoparıb gedəsən.

Ürəyində ölsə belə çox arzun,
Fikirləşib olacağı, sonrasın,
Yaşamaqçün, dodağından o qızın,
Bicə kəlmə söz qoparıb gedəsən.


Elə sevərdim ki, o gözəl səni

Elə sevərdim ki, o gözəl qızı,
Bir gün həsrətinə dayana bilsəm.
Gedərdi içimin, çölümün pası,
Qaynar nəfəsində yuyuna bilsəm.

Əynimə dar olur, sıxır gün-gündən.
Vecimə olmazdı soyuq, duman, çən,
Soyunub bu nimdaş tənhalığı mən,
Onun sevgisini geyinə bilsəm.

Cənnətə dönərdi dünya bir anda,
Sanardım bu dünya mənimdi onda,
Yatıb saçlarının qaranlığında,
Parlaq gözlərində oyana bilsəm.


Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.