Kənan Hacı - “Qoca”nın əsgərliyi
27.06.13

Zabitlərin yarıyadək çəkib atdığı siqaret kötüklərini yerdən yığıb hər birinin dibində qalmış tütünü ovcuna boşaltdı və tez ovcunu yumdu ki, külək əlindəkini sovurmasın. Dişiylə siqaret kötüklərinin filtrini dartıb çıxardı və onları bir-birinə bənd etdi. Peşəkar nəşəçəkənlər “Kazbek”I barmaqlarını oynada-oynada nə cür doldururlarsa, eləcə ovcundakı tütünü özünün düzəltdiyi siqaretfason bir şeyə doldurdu. Tibb məntəqəsinin anbarı dolub –daşdığından qoxusu baş çatladan tualetinə girib arxadan cəftəni vurdu ki, siqaretdən ötrü ciyərləri pörşələnən əsgər yoldaşları əlindəkini görüb qarğa-quzğun leş üstünə şığıyan kimi üstünə cummasınlar.
Üfunət qoxusu burnuna doldu, əti çimçəşdi. “Allah kəssin belə siqaret çəkməyi!” Tez-tələsik kibrit çıxarıb siqaretə oxşar bükülünü odladı ki, üfunət iyindən boğulmasın. Qatışıq tütün pis təm verirdi. Boğazı göynədi, öskürdü. Dünəndən dilinə siqaret dəyməmişdi deyin, əlindəkini atmadı. Çöldən gələn səsə diksindi.
-Ey, neynirsən orda?
Əsgər yoldaşı idi, bir palatada yatırdılar. Əclaf  “dux”lara qan uddururdu. Ötən axşam tibb məntəqəsinə qızdırmayla gətirilmiş iki ayın əsgərinə hədə-qorxu gəlməklə belindəki “ofserski remeni” açıb götürmüş, təptəzə botinkaları yazığın ayağından zorla çıxarmışdı. Əvəzində öz köhnə sınıq remenini və yırtıq botinkalarını əzvay əsgərin üstünə tullamışdı.
İndi də tualetə siqaretin iyinə gəlmişdi.
Şəhadət barmağını diliylə isladıb ehmalca siqaretin ucuna çəkdi ki, yanıb qurtarmasın.
-Burda neyniyərlər?
Əsgər yoldaşı bozardı:
-Yaxşı, bundan sonra məndən siqaret əvəzinə bunu görərsən!- Baş barmağını iki barmağının arasına dürtüb tualetin qapısı arasından içəridə iy çəkən “Qoca”ya göstərdi.
“Qoca” tez tualetdən çıxdı və əlində tüstülənən burmanı göstərib: -Əşşi, nə siqaret,  “ostav” çəkirəm eee…-dedi. 
Yoldaşı acıqla:- “Ostav” olanda noolar? Mən sənə “ostav” saxlamıram?- dedi. Palataya keçdilər. Xəstə paltarı geymiş əsgərlər təzəcə qalanmış sobanın başına yığışmışdılar. Birinin ayağını yara basmışdı, biri böyrəyini tutub əyilmişdi, biri lüt- anadangəlmə soyunub başdan- ayağa səpmiş bədəninə dərman sürtürdü və arada biədəb pozalar göstərərək əsgərləri güldürürdü. Bayaqkı oğlan yanındakı əsgər yoldaşını göstərib: -İnnən belə buna siqaret verən bunnandı,- dedi, baş və şəhadət barmaqlarını birləşdirib halqanı əsgərlərə göstərdi. Bədənini yağlayan arıq, çəlimsiz oğlan yaşının çoxluğuna görə hamının hörmət əlaməti olaraq “Qoca” deyə çağırdığı əsgərə göz vurub: -Yenə nə od qoymusan buna? –deyə soruşdu.
“Qoca” mızıldandı:
-Ə, heç nə. Bir-iki tüstü papiros tapmışam, başalyıb ki, nöş mənə saxlamadın…
Gözləri cıbbıldayan oğlan üstünə cumdu:
-Yalançını pis yerdən söyüm? Əgər sənin əlində bütöv siqaret yox idisə?..
“Qoca” səsini qısdı:
-Nöş qışqırırsan? Bir qulaq as da, yerdən “ostav”ları yığıb birtəhər düzəltmişdim…
Oğlan yenə yerindən oynadı:
-Yalançının!.. Ə, kişi ol, bir siqaretdən ötrü peysərə atma.
“Qoca” yumruğunu düyünlədi və oğlanın üstünə yeridi, “peysərə verənin yekəsi özünsən!” deyib sinəsindən bir yumruq ilişdirdi. Tutaşdılar. Səs-küyə növbətçi həkim gəlib çıxdı, onları aralayıb “qoca”nı danlamağa başladı:
-Ayə, bu uşaq-muşağa niyə baş qoşursan? Bunlar sənə baxıb nə ibrət götürsünlər? Özünə hörmət də qoya bilmirsən, -deyib başını bulaya-bulaya palatadan çıxanda gözü palatanın açıq qalmış nəfəsliyinə sataşdı. Çımxırdı:
-Hə, “fortuçka”nı qəsdən açıq qoyub özünüzü xəstələndirirsiniz ki, xidmətdən yayınasınız? Hamınızı sabah göndərəcəyəm bölüyünüzə, dayanın bir! “Saçok”lar!
Xəstə əsgərlər bağça uşağı kimi başlarını yerə dikib cınqırlarını çıxarmırdılar. Bircə “Qoca” yerindən tərpəndi və pəncəsi üstə qalxıb nəfəsliyi bağladı. Leytenant rütbəli həkim ciddi tövrlə: -Mən gedəndən sonra hökmən açın, yaxşımı? –söylədi. Əsgərlərdən səs çıxmadı. Palatanın qapısı örtülən kimi yenə içəridə hay-küy başlandı.
Daha “Qoca”ya heç kim siqaret vermirdi. Gözləri cıbıldayan oğlan söyüş qoymuşdu. Kimdən siqaret istəyirdisə, cavabı bir olurdu: Get ona de ki, söyüşünü geri götürsün, sonra pojalusta.
“Qoca” axırda dözməyib sıxıla-sıxıla həkimdən siqaret istədi. Həkim heyrətlə onu süzüb cingiltili səslə komanda Verdi (halbuki xəstə forması geymiş əsgərə heç bir zabit komanda verə bilməz):
-Geriyə dön!
“Qoca” ikinci dəfə ağzını açıb nəsə demək istəyəndə əmr bu dəfə daha ucadan səsləndi:
-Geriyə dön! İstiqamət palata! Qaçaraq marş!
“Qoca” suyu süzülə-süzülə palataya qayıtdı. Həkimin səsi hələ də eşidilirdi:
-Əsgər gör nə qədər qudurub ki, zabitdən siqaret istəyir!
Amma hərbi hissədə elə zabitlər vardı ki, çayxanada rastlaşanda həmişə bir qutu siqaret alıb cibinə basırdılar. Halaldı onlara, vallah!
“Qoca”nın bədbəxtliyi onda idi ki, əsgər idi, zabit deyildi. Zabitlərin də çoxu ondan azı, 7-8 yaş kiçik idilər və bu zabitlər özlərindən yaşca böyük olan “qoca” əsgərə əmr verməkdən, onu gün növbətçisi təyin etməkdən həzz alırdılar. Əmrə tabe olmurdu, “naryad”a basırdılar. Hətta bir dəfə dözməyib komandiri vurmuşdu və buna görə 7 sutka hauptvaxtda oturmuşdu.
“Qoca”nın tibb məntəqəsində yatdığı bir həftə olardı. Tez-tez bölük komandiri gəlib qanını qaraldırdı:
-Ə, “saçok”, nə vaxt çıxırsan?
O da böyrəyini tutub yalan –doğur zarıyırdı:
-Keçmir də bu ağrı, şoğərib keçmir…
Bu əsgər tayfası ki, var, yaman həyasız tayfadır. Bir qırıq artıq yemək üçün bir-birlərini didib qurtararlar. Əsgər yeməkxanasının qarşısında yemək bir balaca yubananda bir mərəkə qopurdu ki, gəl görəsən. Yeməkxananın qapıları az qala yerindən oynayırdı. Bu əsgərlər bilə-bilə ki, hamıya yemək çatacaq, heç kim ac qalmayacaq, yenə də bir-birini tapdalayıb mümkün qədər tez içəri təpilməyə can atırdılar.
Bir dəfə qərargahdakı kabinetinin pəncərəsindən bu vəhşiliyi seyr edən hissə komandiri yeməkxana müdirinə üç sutka hauptvaxt kəsmişdi. Yeməkxananın qarşısında nizam-intizamı pozan bölüyün komandirinə töhmət vermiş və bölüyü 5 kilometr kross qaçırmışdı. Bölük komandiri də acığa düşüb gecə saat 2-yə kimi bölüyü kazarmada “farağat” vəziyyətində saxlamışdı.
Əsgərin həyatı çəkmə dolağı kimi bir şeydir. Açdın tulladın, vəssalam. Həmin gün yerlisi olan bir çavuş tibb məntəqəsinə gəlib ona şad xəbər verdi:
-Evdən sənə bağlama gəlib, poçtdadır, get götür.
Xəstə paltarında poçta necə gedəydi? Məntəqə rəisindən icazə istədi, rəis sanitarlardan birini ona qoşub poçta yolladı.
Bağlama sanballıydı. Anası bayram şirnisi yollamışdı, Novruz bayramından üç gün keçsə də indi gəlib çatmışdı. Sanitar yolda onu başa saldı ki, gəl bunu aparıb qarajda gizlədək, dədəmin canı, heç nəyində gözüm yoxdu, sənə görə deyirəm. “Sançast”da uşaqlar bunu görsələr, gözünü açıb-yumunca bağlama boşalacaq. Özü də qırılmışlar bir sürüdü.
“Qoca” yolda dözməyib bağlamanı açdı –içinə paxlava, şəkərbura, şəkərçörəyi, şorqoğalı, bir sözlə, şirniyyat yığılmışdı. Lap altda gözünə bir blok ağ filtrli “Şirvan” siqareti dəydi, tez üstünü örtdü. Kefi kökəldi.
Bağlamanı gətirib tibb məntəqəsinin qarajında gizlətdilər. Sanitar qarajın qapısını bağlaya-bağlaya onu arxayın elədi ki, bağlamaya heç kim toxunmayacaq. “Bir şey götürmək lazım olsa, mənə de, açarı verim, gəl götür.”
Gecənin hansı vədəsiydi, bilmədi. Kitelini, şalvarını çarpayının başından götürüb geyindi. Dəhlizə çıxdı, həkimin otağında işıq yanırdı, yaxınlaşıb pəncərədən baxdı. İki sanıtar, bir həkim bəh-bəhlə şirniyyata girişmişdilər. Elə bil başına bir qazan qaynar su tökdülər, halsızlaşdı. Özü öz var-yoxunu yeddi mərtəbəli söyüşlərlə bir-birinə qatdı, yenə hirsi soyumadı. Sanitarı çağırdı. Günorta onun başını piyləyib aldadan sanitar cəld qapını açıb onu gördükdə tez “Qoca”nın qoluna girib onu kənara çəkdi:
-Bilirsən, bayaq həkim bizi görüb, ona görə…
-Siqaret ver, ciyərim yanır…- “Qoca” hirslə dilləndi.
Sanitar:- Gözlə, -deyib içəri girdi və dərhal da qayıtdı, -ala, qoy cibinə.
Cığarası açılmamış “Şirvan” siqareti idi.
-Get bloku gətir, palatada uşaqlara paylayacağam.
Sanitar yenə “Qoca”nın qoluna girib onu qaranlığa doğru çəkdi:
-Bir az yavaş danış… Siqareti həkim götürdü…
-Nə??? –“Qoca” qışqırdı. – Hamısını? Ə, adamda bir insaf olar, heç olmasa, bir-iki qutu, lap beş qutu götürsün, yoxsa hamısını?.. İstəyəndə adama bir gilə siqaret vermir.
Sanitar nəyisə izah etməyə çalışdı:
-Ay gic, heç gör səndə ağıl deyilən bir şey var? Bu səninçün lap göydəndüşmə şeydi, tapşırmışam, səni on gün də artıq saxlayacaq, daha gedib bölükdə ayaq döyməyəcəksən, naryada çıxmayacaqsan, bildin?
“Qoca” dillənmədi, sanitara “sağ ol” demədən palataya qayıtdı, qızarmış sobanın közündə siqaretini alışdırdı, dərin bir qullab vurub tüstünü ləzzətlə ciyərlərinə çəkdi. Gözləri cıbıldayan oğlan ayılmışdı. Bilirdi ki, “Qoca” siqaret çəkir. Qəsdən soruşdu:
-Niyə yatmırsan?
“Qoca” astadan onu yanına çağırdı:
-Dur gəl bura.
Əsgər yenə özünü bilməməzliyə vurdu:
-Noolub eee?
-Dur gəl də…
Əsgər guya tənbəl-tənbəl yorğanı üstündən atdı, gərnəşdi, mayka-tursikdəcə gəlib “Qoca”nın qarşısında çöməldi, əllərini peçə tutdu, sonra odun parçasıyla sobanın qapağını açıb vedrədəki kömürdən bir azca közərmiş ocağa səpələdi, bir xeyli pülədi, kömür çırtıltı sala-sala qızarıb alışdı. Sobanın qapağını örtüb matdım-matdım “Qoca”ya baxdı. “Qoca” “Şirvan” qutusunu cibindən çıxarıb içindən beş-altısını götürdü, qutunu əsgərə verdi:
-Uşaqlara da saxlayarsan…
Əsgər əlüstü birini damağına qoyub odladı, dalbadal üç-dörd tüstü vurduqdan sonra özünə gəldi. Gözlərini ocaqdan çəkmədən dedi:
-O bağlamanı sənin əlindən alan yox idi ki… Gedib götürərdik, bizə də verərdin, özün də yeyərdin. Yazıq arvad, indi fikirləşir ki, oğlum şəkərbura- paxlava yeyir…
“Qoca” mat- mat qarşısında oturmuş arıq, çəlimsiz əsgərə baxdı və ürəyində yenə özünü lənətlədi. Anasının xəyalı gəlib gözünün qarşısında durdu.

Avanqard.net

Yenililklər
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
14.01.20
Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya çap edilib
14.01.20
 “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək
09.01.20
“Ədəbi Proses – 2018” kitabı çap olunub
31.12.19
Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
28.12.19
Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib
28.12.19
Ülvi Babasoy: "Çağdaş ədəbiyyatda dil bəlkə də heç onuncu yox, iyirminci yerdə dayanır" - MÜSAHİBƏ
28.12.19
"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
27.12.19
Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Mərahim Nəsib - Şəms Təbrizinin məktubu
27.12.19
AYB-nin Gənclər Şurasının üzvləri ədəbi orqanların redaksiya heyətinə qəbul edilib
26.12.19
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
25.12.19
Səxavət Sahil - Qafqaz müharibəsi rus ədəbiyyatında
25.12.19
Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib
24.12.19
Gülbala Dadaş - Sonsuz dərya gizlədib, özündə bu adanı. 
23.12.19
“Metafizika” (ISSN 2616-6879) jurnalının 2019/4 sayı nəşr edilib
21.12.19
Şəhla Aslan - Feminizmindən qorxanlar...
21.12.19
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
17.12.19
“Qafqaz müharibəsi rus ədəbiyyatında” kitabı haqqında bir neçə söz
16.12.19
Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib
12.12.19
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
12.12.19
Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” monoqrafiyası  olunub
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.