Qan Turalı - Səməd Vurğun qatildir, xaindir, satqındır! Rahat oldunuzmu?
28.06.13

Avropalı bir hinduya deyib ki, o vaxt ingilislər sizi qırdı. Hindu təəccüblə çiynini çəkərək cavab verib: “Mən bunu bilmirəm. Babam mənə bu haqda heç nə danışmamışdı”.
 
Yazılı tarixi olmayan xalqlar üçün babaların əhvalatları tarix hökmündədir.
 
Bizim xalq çoxmu fərqlidir?
 
Yazılı tariximiz var, amma biz tarixə sənəd və faktlarla yox, qulaqdandolma biliklərlə yanaşırıq.
 
Bu məqam təkcə haqqında yazmaq istədiyim 37-ci il hadisələrinə münasibətdə üzə çıxmır.
 
Eləcə 20 Yanvara münasibətdə də biz rasionallıqdan çox uzağıq.
 
37-ci il hadisələrinə yanaşmada buraxılan çox ciddi metodoloji yanlışlığımız var.
 
Biz repressiyanın ancaq incəsənət adamlarına yönəlmədiyini unuduruq.
 
Repressiya edilən on minlərlə sadə adamı-fəhləni, kolxozçunu, partiyanın kiçik rütbəli əməkdaşlarını unuduruq.
 
Bir də elə zənn edirik ki, repressiya ancaq Azərbaycanda olub.
 
İttifaqın digər ölkələrində, o cümlədən dünya kommunistlərinin ən böyük təşkilatı olan İnternasionalda, eləcə də sosialist olmayan ölkələrin kommunist partiyalarında Stalin əleyhdarlarına qarşı repressiyalar olduğunu unuduruq.
 
Qəsdən yumşaldıb “unuduruq” deyirəm, əslində isə bu haqda məlumatlarımız çox azdır.
 
37-ci il hadisəsi yalnızca sovet hadisəsi deyildi, qlobal əhəmiyyət kəsb edirdi.
 
Biz isə bu repressiyanı Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın ayağına yazmaqla təfəkkürümüzə dinclik verir, bizi düşündürən çətin və böyük suallara bəsit cavablar verməklə şüurumuzu, vicdanımızı sakitləşdiririk.
 
Lakin həqiqəti axtaranlar yalanla ovunmazlar, həqiqətə susayanlar yalan quyusu ilə dolmazlar.
 
37-ci il hadisələrində o dövrün sözüylə desəm “ifşa olunan” yazıçıların əleyhinə ifadə verənlər əlbəttə ki, olmuşdu.
 
Amma çap edilən cinayət işlərinin təhlili göstərir ki, bu ifadələr heç bir zaman əsas olmamışdır, partiya kimisə məhv etmək istəyirdisə repressiyaları həyata keçirən Xalq Daxili İşlər Komissarlığı elə də əziyyət çəkmir, müttəhimin boynuna istənilən əməli qoyurdu.
 
Repressiyalar cəmiyyətdə xof mühiti yaratmaq, Stalinin qeydsiz-şərtsiz hökmranlığını təmin etməyə xidmət edirdi.
 
Sovet ədəbiyyatı yazıçıya onun partiyaya, rəhbərə münasibətinə görə qiymət verirdi, partiya kursuna sadiq olanlar mükafatlandırılır, ona azca da olsa soyuq baxanlar müxtəlif dövrlərdə, müxtəlif cür cəzalandırılırdı.
 
Lakin biz indi Səməd Vurğunu yerin dibinə soxub ondan istedadca çox zəif olan Əhməd Cavadı qaldırmaqla ədəbiyyata  mətndən kənar meyarlarla qiymət vermirikmi?
 
 
Ümumi düşüncəmizə görə repressiya edilənlər qəhrəmanlar, böyük istedad sahibləri, sağ çıxanlar isə mənfi personajlardır, yaltaqlar, xainlər, satqınlardır.
 
Amma biz repressiya olunanların Sovet ideologiyasını mədh edən əsərlərini unutmağa çalışırıq, sanki Müşfiq, Cavad, Cavid partiyanı mədh etməmişdi.
 
Repressiya haqqında danışanda biz empatiya (başqasının dərdinə şərik olmaq, özünü onun yerinə qoymaq) hissini tamamilə unuduruq, düşünmürük ki, özümüz qələm dostumuzun əleyhinə ifadə verməyə məcbur edilsək,  nə edərik.
 
37-ci il hadisələrinin mahiyyətini anlamaq o qədər də asan deyil, çünki bu proses kifayət qədər qarmaqarışıq, xaotik və sistemsizdir.
 
Heç kim Cümhuriyyət dönəmində əsas qəzetin baş redaktoru olan Üzeyir Hacıbəyovun nəyə görə sağ qaldığını əsaslandıra bilməz.
 
Ya da ADR-in Türkiyədə səfiri olan Yusif Vəzirin sürgün edilməsi müqabilində Stalin haqda poema yazan Müşfiqin güllələnməsini izah etmək asan deyil.
 
 
Yusif Vəzir hələ repressiyalardan bir neçə il əvvəl Mir Cəfər Bağırova ünvanladığı məktubunda Hənəfi Zeynallının onu sıxışdırdığını yazırdı, amma özü Hənəfi Zeynallıdan sonra repressiya edildi.
 
Hənəfi Zeynallıya  mollanəsrəddinçilərin yaradıcılığını  arxa plana atdığına, “Molla Nəsrəddin” nəşrini ləngitdiyinə görə ittiham verilərək güllələnir, amma jurnalın qurucusu Ömər Faiq da ölüm hökmünə məhkum edilirdi.
 
Yəni, bu işlərdən baş açmaq elə asan deyil.
 
Asanı günahı Səməd Vurğunun üstünə atmaqdır. /kulis.az/

Yenililklər
12.05.22
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçirilib
11.05.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevlə bağlı nəşr layihəsi həyata keçirir
10.05.22
Gülnar Səma - Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”
01.05.22
Azad Qaradərəli: "Renessans həsrəti" kitabımın 3-cü cildini çapa hazırlayıram
30.04.22
"Ulduz"un aprel sayı çap olunub
26.04.22
Rövşən Xasayoğlu - Ana Kürüm yatağına dönərmi?
25.04.22
Azad Qaradərəli - Fikir bölüşmək cinayətlərin ən yüngülü kimi
22.04.22
Vasif Əlihüseynin “Azmış kimi”si çap olundu
22.04.22
Simran Qədim - Meta: gələcəyin interneti
22.04.22
Habil Yaşar -  “CinemaPlus”da
22.04.22
Yetmiş dörd yaşın şeiri
20.04.22
Gülbala Dadaş - ŞİR həmişə ŞİRdi, mənim qardaşım...
19.04.22
“Oxu Günü-8” keçiriləcək
13.04.22
“Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib
13.04.22
Hacı Zeynalabdin Tağıyevin haqqında “Xeyirxahlıq mücəssəməsi” adlı kitab  çap olunub
13.04.22
"Şeir sirdi, Adam, sirri bağırmazlar - ulduzlardan utan..." - Qulu Ağsəsin şeirləri
06.04.22
Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi
04.04.22
Kitab haqqında rus klassiklərinin esseləri
04.04.22
Kərbəlada Füzulidən alınan halallıq-REPORTAJ
01.04.22
Fəxri Müslüm - Saçı bulud-bulud bir qız ağlayır
01.04.22
Gənc yazar Nemət Mətnin kitabı Türkiyədə çap olunub
01.04.22
"Ulduz" jurnalının mart sayı nəşr olunub
30.03.22
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
30.03.22
Azad Qaradərəli - Adı Arif olanın...
30.03.22
Azad Qaradərəli - Oljas Süleymenov fenomeni
30.03.22
Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?
30.03.22
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb
19.03.22
“Kəlniyyət” və “Məşəl” jurnalları transfoneliterasiya edilərək nəşr edilib
18.03.22
Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” kitabı çap olunub
18.03.22
“Metafizika” jurnalının yeni sayı (2022/1) işıq üzü görüb
18.03.22
Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
17.03.22
Motazz Muhi Əbdulhəmid Ədəbiyyat İnstitutunun qonağı olub
16.03.22
“Ustad”ın Novruz sayı çap olunub
16.03.22
Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib
16.03.22
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
14.03.22
“Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı çap olunub
14.03.22
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub
14.03.22
Azad Qaradərəli - Onun sarı bənizi
10.03.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
05.03.22
“Ədəbi Proses – 2020-2021” elmi-yaradıcılıq müşavirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.