Kənan Hacı: “Roman üçün yaş senzi qoymaq gülməlidir” - MÜSAHİBƏ
28.06.13


İstedadlı yazar Kənan Hacının müsahibəsi


- Sizcə, ədəbiyyat nədir?

- Ədəbiyyat insanın ən azad olduğu sahədir. Ədəbiyyat heç bir qadağa tanımır. Mən ədəbiyyat adlı vətənimin ən azad vətəndaşıyam. Ədəbiyyat mənim üçün ayrıca, özünün ab-havası və hərarəti, özünün sevinc və kədəri olan bir dünyadır. Həyatımızı istədiyimiz kimi yaşaya bilmiriksə, ədəbiyyat bizim üçün ən böyük təsəllidir. Həyat insanı qocaldır, amma ədəbiyyat insanı həmişə diri saxlayır, insan sevgisini ölməyə qoymur. Ədəbiyyat həyata alternativ bir dünyadır. Mən ədəbiyyatı buna görə sevirəm. 

- Həyatınızı dəyişən kitab olubmu?

- Konkret bir kitab olmayıb. Amma mən uşaqlıqdan çoxlu nağıllar oxumuşam. Azərbaycan nağılları mənim ilk sevgim olub. Ədəbiyyatı mənə sevdirən o nağıllar olub. Bu mənada o nağıllar bəlkə də mənim həyatımı dəyişib.

- Qələm adamları həyata qarşı pessimist baxışlı olurlar.

- Bu pessimizmin kökündə realist düşüncə dayanır. Mən indiyəcən fatalist düşüncəli qələm adamına rast gəlməmişəm. Qələm adamları dünyanı daha dərindən dərk edirlər. Rəhmətlik Hüseyn Arifin bir şeiri var, deyir: “bu dünya düzəlsə, dədəmə lənət!” Dünyanın heç vaxt “düzəlməyəcəyi” qənaətinə gələn şair necə optimist ola bilər? Yazıçı biləndə ki, onun yazdığı söz hansısa bir körpənin göz yaşını kəsməyəcək, müharibələri saxlamayacaq, o, necə pessimist olmasın?! Dünya yaranandan şairlər dünyanın faniliyindən, həyatın puçluğundan gileyləniblər. Bundan sonra da yəqin ki, belə olacaq. Heç nə düzəlməyəcək. Bəlkə də yazıçıya, şairə kədər xəstəyə dərman kimi gərək olur…

- Tanınmış professor Niyazi Mehdi deyir ki,  Azərbaycanda postmodernist yazıçı yoxdur. Bizdə bu cərəyanın heç qığılcımları da görsənmir?

- Postmodernizm dünyada artıq keçilmiş bir mərhələdir. Bütün sahələr kimi biz də bu cərəyandan ən sonda xəbər tutanlardan olduq. Azərbaycan sovet dövründə bütün cərəyanlara qapalı bir ölkə idi. Dünya ədəbiyyatında gedən proseslərdən xəbər tuta bilmirdik. Ədəbiyyat bəlli bir ideologiyanın vintciyinə çevrilmişdi. Məhz bunun nəticəsidir ki, dünyanın maraqla oxuduğu yazıçıların əsərləri hələ də bizim dilə tərcümə olunmayıb. Niyazi Mehdi böyük fikir və düşüncə adamıdır, filosofdur. O, bu sözü elə-belə demir. Azərbaycanda, doğrudan da, postmodern əsər yox dərəcəsindədir. Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Unutmağa kimsə yox” romanlarını müəyyən mənada postmodern əsər adlandırmaq olar. Amma başqa kimləri demək olar? Söyüşlə əsər yazmaq hələ postmodern yazı anlamına gəlmir. Postmodernizmin konkret postulatı yoxdur. Bu cərəyan dekonstruktiv düşüncəyə əsaslanmış dağınıq bir cərəyandır. Bizim yazıçılarımızın hansı birinin əsərini postmodernizmə aid edə bilərsiniz? Niyazi Mehdi müəyyən dərəcədə haqlıdır. 

- Sizcə istedadsızla istedadlı yazarı necə fərqləndirmək olar? Onların üzərlərində daşıdığı özünəməxsus məziyyətləri var yəqin?

- İstedadsızla istedadlını ayırmaq üçün onların yazdığı mətnə nəzər salmaq kifayət edir. Bu, elə də çətin bir iş deyil. İstedaddan məhrum olan adam bir misrası, bir cümləsiylə özünü ələ verir. İstedadsız adamın hansı məziyyətlərindən danışmaq olar?

- Bəzən roman yazmağa yaş sərhədi qoyurlar(40-45 yaşdan başlayaraq) ancaq müasir ədəbiyyatımızda gənc romançılar kifayət qədərdir.

- Məncə, roman üçün yaş senzi qoymaq gülməlidir. Yazar özünü roman yazmağa hazır hesab edirsə, bunun üçün dil bazası, təfəkkür zənginliyi varsa, yaza bilər. Şoloxov “Sakit Don” kimi nəhəng əsəri 22 yaşında yazmağa başlayıb. 22 yaşında insan da zəngin həyat təcrübəsinə malik ola bilər. Amma həyatı öyrənmədən, dili bilmədən tez əlinə qələm alıb, tələsik roman yazan, sonra da iddiali-iddialı müsahibələr verən özündənmüştəbeh gəncləri görəndə düşünürsən ki, bunlara heç məsləhət vermək də lazım deyil. Onsuz da o məsləhəti eşitməyəcəklər. Amma zaman gələcək, yazdıqlarından xəcalət çəkəcəklər. O cızmaqaralardan utanacaqlar, tələsik çap etdirdikləri “roman”ı üzə çıxarmayacaqlar. Bu da onlar üçün yaxşı cəzadır. 

- Yazıçının öz əsərindən imtina etməsinə necə baxırsınız? Bu, keçmişini danmaq kimi görsənmirmi?

- Yazıçı da bir yaradıcı olaraq təkamül prosesi keçir və müəyyən müddətdən sonra yazdıqları ona zəif, əhəmiyyətsiz görünür. Bu, çox təbii bir prosesdir. Məsələn, İsa Hüseynov gənclikdə yazdığı bir sıra əsərlərindən imtina edib. “Dan ulduzu”, “Bizim qızlar”, “Yanar ürək” və sair. Əsərlərdən imtina etsə də, sonralar “Yanar ürək”i inkişaf etdirib “İdeal” kimi nəhəng əsər yazdı. Bu, keçmişi danmaq deyil, yazıçının inkişafının göstəricisidir.

- Ədəbiyytaçılar da artıq illərdir üzv olduqları qurumlara qarşı laqeyddirlər, kimi sorğuya tutursan yaxşı yazıçı olmağın kifayətliliyindən, hər hansı təşkilata üzv olmağın heç nəyi dəyişdirmədiyindən məsləhət verir. Əgər belədirsə AYB, AYO kimi qurumlar nəyə xidmət edirlər? Buradan daha bir fikir yarana bilər ki, bəlkə əsas fəliyyətləri elə sırf gənc yazarlara dəstək olmağ üçündür. Son vaxtlar keçirilən müxtəlif kitab təqdimatları, ədəbi yığıncaqlar, görüşlər daha çox cavan nəsillə bağlıdır.

- Mən dəfələrlə demişəm, yenə təkrarlamağa məcburam. Ədəbiyyat heç bir birlikdə yaranmır, ədəbiyyat fərdi sahədir. Yazıçılar Birliyi heç kəsə yazmağı öyrətmir və heç kəsin də istedadını əlindən alası deyil. İstedad Allah vergisidir. Ədəbi qurumların olması heç də pis deyil. Bütün dünyada müxtəlif cərəyana mənsub yazarlar bir qrupda toplaşıb ədəbi diskussiyalar aparırlar, sağlam müzakirələr keçirilir. Amma Azərbaycanda vəziyyət tamam fərqlidir. Azərbaycan Yazıçılar Birliyi sağlam düşüncəyə qarşıdır, bu təşkilat həmişə demokratik prinsiplərə qarşı çıxıb. Son olaraq dostumuz Şərif Ağayarın bu təşkilatdan xaric edilməsi bir daha sübut etdi ki, Yazıçılar Birliyi öz ənənəsinə sadiqdir.

- Oxucular üçün yazırsınız yoxsa ədəbiyyatçılar üçün?

- Hər halda istərdim ki, yazdıqlarım ədəbiyyat üçün olsun. Bunu zaman təyin edəcək.

- Bir müsahibənizdə keçici populyarlıq adını hallandırmısınız. Sizcə ədəbi məkanda əbədi populyarlıq qazanmaq mümkündürmü və bunu hansı üslub və janrlarla həyata keçirmək olar?

- İndi ədəbiyyat da sanki şoulaşıb. Gərək nəsə bir qalmaqal yaradasan ki, müvəqqəti də olsa, populyarlıq qazanasan. Bu qalmaqal sayəsində kimlərsə sənin varlığından xəbər tutsun. Bu, çox faciəvi bir haldır. O mənada demişəm. Amma mənim fikrimcə, yazıçı öz əsəriylə populyarlıq qazanmalıdır, qazana bilmirsə, deməli, insanların düşüncəsində çox ciddi problemlər var. Ədəbiyyat oxumayan xalq heç vaxt inkişaf edə bilməz. /publika.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.