Çarlz Bukovski - Mənə eşqini gətir
03.07.13


Tərcümə: Cəlil Cavanşir

Harri pilləkəndən enib bağçaya girdi. Xəstələrin çoxu bağçada idi. Arvadı Qloriyanın da bağçada olduğunu demişdilər. Arvadını gördü, masaların birində tək-tənha oturmuşdu. Astaca arxadan ona yaxınlaşdı. Masanın ətrafını fırlanıb üzbəüz oturdu. Qloria dimdik oturmuşdu. Çox solğun idi. Harriyə baxdı, amma onu görmədi. Sonra gördü. 
-Konduktor sənsənmi? deyə soruşdu.

-Nəyin konduktoru?

-Mümkün olanın konduktoru.

-Xeyr, deyiləm.

Üzü solğun, gözləri solğun idi, solğun mavi.

-Necə hiss edirsən özünü, Qloriya?

Oturduqları ağ rənglə  boyanmış bir əsrlik dəmir masa idi. Masanın ortasına kiçik dibçək qoyulmuşdu. Hüznlü, əyiri budaqlarından sallanan cansız çiçəklər.

-Sən bir qəhbə xəstəsisən Harri. Qəhbə s...irsən.

-Bu düzgün deyil Qloriya.

-Ağızlarına da alırlarmı? Əmirlərmi?

-Ananı da gətirəcəkdim Qloriya, amma qripdən yatır.

-O yaşlı yarasanın həmişə narahatçılığı olur...Konduktor sənsənmi? 

Xəstələrin bəziləri masalara oturmuş, bəziləri ağaclara söykənmiş, bəzilər isə çəmənlikdə uzanmışdılar. Hərəkətsiz və səssiz idilər. 

-Yeməklər necədir Qloriya? Yoldaşın varmı?

-Qorxunc və xeyr, qəhbə s...ən!

-Oxumaq üçün nə isə istəyirsənmi, Qloriya?Oxumağın üçün nə gətirə bilərəm?

Qloriya cavab vermədi. Sonra sağ əlini qaldırdı, əlinə baxdı, yumruğunu sıxıb burnuna endirdi. Sərt. Harri uzanıb qadının əllərini tutdu. 
-Qloriya, lütfən.

Ağlamağa başladı Qloriya. 
-Niyə şokolad gətirmədin mənə?
-Şokoladda nifrət etdiyini demişdin mənə, Qloriya."

Qadının gözlərindən yaş axmağa başladı. 

-Şokoladda nifrət etmirəm! Şokolad çox xoşuma gəlir!

-Qloriya ağlama, lütfən... Şokolad gətirəcəyəm sənə, hər istədiyini gətirəcəyəm... Bura yaxın bir moteldə yerləşmişəm Qloriya, sənə yaxın olmaq üçün.

Qadının solğun gözləri böyüdü. 

-Motelə? Lənətə gəlmiş qəhbələrin biriylə bir yerdəsən! Porno filmlərə baxırsınız, tavan başdan-ayağa güzgüdür!

-Bir neçə gün sənə yaxın olacağam Qloriya, Harri təskinlik verici bir tonla dilləndi. Nə istəsən gətirəcəyəm.

-Elə isə eşqini gətir mənə, deyə qışqırdı Qloriya. Eşqini niyə gətirmirsən allahın bəlası?
Xəstələrdən bir neçəsi dönüb baxdı.

-Qloriya, kimsənin səni mənim qədər sevmədiyindən əminəm.
-Mənə şokolad gətirmək istəyirsən? G...nə sox o şokoladları!
Harri bir kart çıxardı cibindən. Motelin kartı idi. Qadına uzatdı. 
-Unutmadan bunu sənə verim. Zəng etməyinə icazə verirlər? Bir şeyə ehtiyacın olsa mənə zəng elə.

Qloriya cavab vermədi. Kartı götürüb qatladı, kiçik bir kvadrat elədi. Sonra əyilib ayaqqabısını çıxardı, kartı ayaqqabının içinə qoydu və ayaqqabısını təkrar geyindi.

Harri doktor Censenin onlara doğru gəldiyini gördü. Doktor Censen dişini ağardaraq yaxınlaşdı və "vay, vay, vay..." dedi.

-Salam doktor Censen, Qloriya soyuq bir səslə dilləndi.

-Otura bilərəmmi?  Həkim soruşdu.

-Əlbəttə. Qloriya cavab verdi.

Həkim gombul bir adamdı. Dikbaşlıq, məsuliyyət və nüfuz qoxusu gəlirdi ondan. Qaşlarının gur və ağır bir görünüşü vardı. Gur və ağır idilər. Sanki aşağı sürüşüb yumru ağızına girmək istəyirlər lakin həyat icazə vermirdi.

Həkim, Qloriyaya baxdı. Sonra Harriyə döndü. 

-Bəli, son günlərdə qeyd etdiyimiz irəliləmədən son dərəcə məmnunam...

-Bəli doktor Censen,  bir az əvvəl Harriyə özümü çox balanslı hiss etdiyimi, konsultasiya və qrup müalicələrinin nə qədər faydalı olduğunu deyirdim. Məntiqsiz əsəbim, səbəbsiz çılğınlığım, dağıdıcı özümə acıma hissim azaldı...

Qloriya əllərini qoynuna qoyub, gülümsəyirdi.

Həkim Harriyə gülümsədi. 

-Qloriyada fövqəladə irəliləmə var!
-Bəli, dedi Harri, fərqindəyəm.

-Məncə yaxın vaxtda səninlə evə gedəcək, Harri.

-Siqaretinizdən bir dənə götürə bilərəm? deyə soruşdu Qloriya.

-Əlbəttə, dedi həkim. Cibindən ekzotik bir siqaret qutusu çıxarıb bir dənəsini ona uzatdı Qloriya siqareti götürdü. Həkim qızılı alışqanını uzadaraq siqareti yandırdı. Qloriya bir nəfəs alıb tüstüsünü havaya üfürdü...

-Xariqüladə əlləriniz var dokto Censen, dedi Qloriya.

-Təşəkkür edirəm canım.

-...və xilaskar bir xasiyyətiniz, ovsunlayıcı..."

-Hamımız əlimizdən gələni edirik burada... dedi doktor Censen yavaşca. İndi icazənizi istəyirəm. Digər xəstələrlə də maraqlanmalıyam.

Cəmdəyini stuldan rahatlıqla qaldıraraq başqa bir masaya, xəstəsini ziyarət edən bir qadının yanına getdi.

Qloriya gözlərini Harriyə tikdi. 
-İyrənc gombul! Günorta yeməyi əvəzinə tibb bacılarının poxunu yeyir..."

-Səni görmək çox gözəl idi Qloriya, amma uzun yoldan gəlirəm, istirahət etməyə ehtiyacım var. Həkim haqlıdır məncə. Səni daha yaxşı gördüm. Qadın bir qəhqəhə çəkdi. Coşğulu bir qəhqəhə deyildi amma. Səhnədə çəkilən əzbərlənmiş qəhqəhələrdən biriydi. -Heç irəliləmə olmayıb, gerilədim hətta...

-Doğru deyil...

-Xəstə mənəm, balıqbaş. Hər kəsdən daha yaxşı diaqnoz qoya bilərəm.

-Balıqbaş nə deməkdir?

-Başının balığı xatırlatdığını deyən olmayıbmı bu günə qədər?
-Xeyr.

-Təraş olarkən aynaya diqqətli bax. Çalış üzgəclərini kəsməyəsən.

-Mən gedirəm...Sabah yenə gələcəyəm...

-Gələn səfər konduktoru gətir.

-Niyə istəmirsən ki, sənin üçün nə isə gətirim? 

-Qəhbənlə s...işməyə gedirsən.

Sənə “New York” jurnalı gətirimmi? Əvvəllər sevərdin o jurnalı...

-"New York” jurnalını g...nə sox, balıqbaş! Və “TIME” ilə davam elə!
 Harri uzanıb qadının öz özünü yumruqladığı əlini sıxdı. 
-Güclü ol, özünü buraxma. Tezliklə yaxşılaşacaqsan...

Qloriya onu eşitdiyini hiss etdirmirdi. Harri yavaşca qalxdı, döndü və pilləkənə doğru addımladı. Yarı yolda dönüb Qloriyaya yüngülcə əl elədi. Qadın heç tərpənmədi də...



Telefona zəng gələndə qaranlıqda özlərində deyildilər
Harri dayanmasada telefon  da susmadı. Çox narahat idi. Yumşalmağa başladı.

-Allah lənət etsin! dedi və qadının üstündən qalxdı. Lampanı yandırıb telefonu açdı.

-Alo?

-Qəhbənlə s...işirdin? Zəng vuran Qloriya idi.

-Qloriya, bu saatda zəng vurmağa icazə verirlər? Yuxu həbi vermirlər, sənə?

-Niyə bu qədər geç açdın telefonu?
-Sən heç sıçmırsanmı? Sıçarkən yaxaladın məni. Tam ortasında...
-Ümid edirəm... Mənimlə danışdıqdan sonra bitirəcəksənmi? 
-Qloriya, lənətə gəlmiş paranoyana görə ordasan.
-Balıqbaş. Get adamı s..k qurtar
Qloriya dəstəyi asdı.
Nanın əynində gecəliyi vardı. Yatağın kənarına oturmuşdu, su qatılmış viskisi tumbanın üstündə idi. Bir siqaret yandırıb qıçını qıçının  üstünə aşırdı

-Həəəə, necədir sənin sevimli qancığın? deyə soruşdu.

-Harri özünə içki süzüb onun yanında oturdu.

-Təəssüf edirəm Nan...

-Niyə, kimin üçün? Mənim üçünmü, yoxsa onun üçünmü? 

Harri viskisini başına çəkdi. 

-Lənətə gəlmiş teleseriala çevirməyək olanları.

-Eləmi? Yaxşı, nəyə çevirək? Samanlıqda seyranamı? Qurtarmaq istəyirsənmi? Yoxsa hamama gedib əlinə qurtaracaqsan?" Harri Nana baxdı. 
-Düşüklük eləmə. Vəziyyəti ən azı mənim qədər başa düşürdün. Gəlmək istəyən sən idin!

-Səninlə gəlməsəydim bura qəhbənin birini uzadacağını bildiyim üçün!

-Allah lənət eləsin! dedi Harri. Yenə o söz.

-Hansı söz! Hansı söz? Nan içkisini başına çəkib stəkanı divara tolazladı.

Harri gedib stəkanı qaldırdı, doldurdu, Nana verdi və özünə yenə içki süzdü.

Nan stəkanına baxdı, bir qurtum içdikdən sonra tumbanın üstünə qoydu. 
-Zəng edəcəm ona, hər şeyi izah edəcəyəm!

-Elə şey etməyəcəksən! O xəstə bir qadındır.

-Bəs sən? Sən də xəstəsən, qəhbə balası!

O an telefona zəng gəldi. Telefon Harriın qoyduğu yerdə, otağının ortasında yerdə idi. İkisi də yataqdan telefona tərəf atıldılar. İkinci zəngdə ikisi də telefona çatmış, dəstəkdən yapışmışdılar. Xalçanın üstündə, təngnəfəs, qollarla qıçlar çarəsizlik içində birləşmiş halda diyirlənməyə başladılar. Bütün tavanı əhatə edən güzgüdə də beləcə əks olundular.

Yenililklər
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.