Elşad can Şamil - Əl at baxışımdan yapış...
10.07.13
Baxma mənim keçmişimə, keçmişimdə qaranlıq var Gələcəkdən bir az danış...Danış ürəyim rahatlasın... Söz et bizim sevgimizdən, evimizdən, özümüzdən Yaşananlarla sən barış...Barış ürəyim rahatlasın...
Sual dolu nəzərlərlə baxma mənim gözlərimə Məni anlamağa çalış...Çalış ürəyim rahatlasın... Bilirəm ki, çox çətindir məni belə qəbul etmək Mənim bu halıma alış...Alış ürəyim rahatlasın...
Gözlərimi sənə açdım, sürüşürdün bəbəyimdən Əl at baxışımdan yapış...Yapış ürəyim rahatlasın Düşün yeni arzular, özünə mənli xəyal yarat Özün də xəyala qarış...Qarış ürəyim rahatlasın...
|