Rəbiqə Nazimqızı - Ərdoğana məktub
12.07.13


Yılmaz Erdoğana 

IV məktub 

"İnsan sevdiyinə yarasını bağışlarmı?" 
"Vizontele"

Mən hər dəfə sənə yaralarımı göndərirəm. Qopmuş, yeri sağalmış, yalnız xatirəsi qalmış yaralarımı. Onlar səni ağrıtmayacaq. Ağrılar çoxdan keçib çünki...

Amma bilirsən yəqin, insanın öz yaraları ilə oynamaq kimi qəribə vərdişi var. Hətta ağrılar keçib gedəndən sonra belə əllərinlə köhnə yaraların yerinə toxunursan, sanki barmaqlarınla “görəsən, qalıbmı” deyə yoxlayırsan. Və sənin bir parçandır deyə heç nifrət etmirsən onlara...

Görünmədiyi, onlara toxunmaq imkanımız olmadığı, ağrıyanda belə onları təmasımızla oxşaya bilmədiyimiz üçün ürəyimizdəki yaralar daha sevimlidirlər. Xüsusən də gecələr hamı yatandan sonra onlara daha çox boylanmaq istəyirsən. Xatırlamaq istəyirsən, ilki harada, necə yaranıb (fikir ver, “yaranmaq” və “yara” sözləri eyni kökdən olmalıdır, bütün yaranışlar yara sonrası meydana çıxır çünki), necə ağrıyıb, necə sağalıb. Xatırlaya bilmirsən. Çünki yaşamaq üçün unutmusan onları. Onlarla birgə yaşaya bilməyəcəyini anladığın üçün...

“Gecələr yatmaq üçündür”. Bir dəfə söhbətimizin ağırlığına dayanmaq istəməyən dostlardan biri sözümü bu replikayla kəsdi, yadımda qalıb. Amma yaralar da ən çox gecələr ağrıdır. Uşaqlıqda yuxuya gedə bilməyəndə anan sənə də “yüzədək say” deyib, yəqin. Mən yuxum gəlməyəndə belə yüzədək saymağı bacarmadım. Hər rəqəm nəyisə xatırladırdı. Indi də xatırladır – bir Allahı, iki – tək olmadığını, üç – nağılların sonunda göydən düşən almaları, o almaları aparan divi, onu gözləyən, yatmamaq üçün yarasına duz basan Məlikməhəmmədi. Buradaca dayanıram. Ağlıma cavabını bilmədiyim suallar gəlir. Görəsən, div o cənnət almalardan biri ilə niyə kifayətlənmirdi – həmişə cavan qalmaq üçün biri kifayət etməli idi axı, niyə hər gün gəlib yenisini aparırdı, almaları otaqda saçlarından asdığı o gözəl qızlarla paylaşırdımı? O ölümsüzlük almaları divi belə ölümdən sığortalamadı axı, onu gözəlləşdirmədi, hətta gücləndirmədi belə - sonunda Məlikməhəmmədə məğlub oldu...

Burada, Bakıda, şəhərin tam mərkəzində Kukla teatrı yerləşir, ora getmək üçün çox zaman keçiddən keçməli olursan. Qəribədir, bu gün sanki bütün sözlər mənim üçün keçid rolunu oynayır, özüm də səbəbini anlamadan bir mətləbdən digərinə keçmək istəyirəm, məsələn, indi keçid barədə yazmaq istəyirəm, bu sözün beynimdə yaratdığı assosiasiyalar barədə. Amma belə eləsəm, keçidlər heç bitməyəcək və məktub da uzanacaq. “Sonra” deyirəm, özümü aldadıram, “bu barədə sonra, başqa vaxt yazaram” deyə. Sonra da özünüaldatmalardan bəhs eləmək istəyirəm və bunu da sonraya saxlayıram. Divlər barədə danışırdım axı. Həə, o keçiddə maraqlı bir reproduksiya var – Cırtdan və Div (kompozisiyanın dəqiq adını xatırlamıram, bu dəqiqə bunun elə bir önəmi də yoxdur). Bəlkə də, uşaqları maraqlandırmaq üçün Divin obrazına bir az yazıqlıq, Cırtdana isə hiyləgərlik verib müəllif. Tamam, Cırtdan hiyləgərdir, div boyda Divi aldatdı nağılın sonunda. Amma qarşılaşdıqları anda Div bilmir axı nağılın sonunu – deməli, bu qədər yazıq da görünməməlidir. Bax, o şəkli görəndən sonra Divlərə yazığım gəlir. Yazıqdırlar. Təbii, nağılların sonunda ölməyən xeyirxah Divlər də var, amma necə olsa, təkdirlər, yalqızdırlar və bu mənada onların nəhəngliyi belə indi – böyüyəndən sonra mənə çarəsizlikdən xəbər verir. Bu arada Mavi gözlü Divi də xatırlatmaq olar və o şeirdəki ağrının məndə yaratdığı başqa bir assosiasiyanı: “Axı Div niyə insana vurulurdu. Aralarındakı divardan xəbərsiz idimi?”..

Divar. Bir dəfə yazı yazarkən, qəfil ağlıma gəlmişdi – “divar” “div var” kəlməsindən yaranıb. Div də, divar da maneədir. Eyni zamanda divar da, div də dayaqdır – nağıllardakı ağ, xeyirxah div yadındadır da. Başqa bir tərəfdən, Div olmasaydı, Məlikməhəmməd də, Cırtdan da bu qədər sevimli olmazdı. Divarlar – maneələr olmasaydı, biz də onları aşmışıq deyə öyünəcək yerimiz olmazdı...

Yəqin ki, elə məsələ də budur – Ağ, yoxsa Qara Div olmaq. Söykənəcək, sığınacaq, yoxsa maneə olmaq. Hamletin məşhur monoluqunu improvizə etmiş oldum deyəsən, fərqindəyəm...

Şekspir bu barədə heç nə yazmayıb, amma əminəm ki, onun qəhrəmanına da uşaqlıqda çoxlu nağıl danışıblar. Elə özünə də. Nağılsız olmur, hətta böyüyəndən sonra belə biz özümüzə nağıllar uydururuq. Və bizim nağıllarımızda göydən alma düşmür, çünki bizim nağıllarımıza nöqtə qoymağa cəsarətimiz çatmır...

Belə... Bu məktub uşaqlığın qoydugu yaralara toxundu deyəsən, biz hər dəfə təkrar-təkrar ona qayıdırıq...

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.