"Azərbaycan ədəbiyyatı hansı gündədirsə, “Ulduz” jurnalı da o gündədir"
15.07.13

Yazıçı Kamal Abdulla verdiyi müsahibəsində AYB-nin mətbu orqanları haqda yetərincə kinayəli rəy verib: “AYB-də fəaliyyəti düz-əməlli bir ədəbi orqanı yoxdur ki, çap olunmaq istəyim...” Bu açıqlamaya Yazıçılar Birliyinin nəşrlərindən fərqli cavablar verilib.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə qısa şəkildə şərh verməyi üstün tutub. “O, Kamal Abdullanın fikridir. Onun belə fikirlər səsləndirməyə haqqı var. Başqa heç bir söz deyə bilmərəm”.

“Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli: “Kamal Abdullanın şəxsi fikridir. Mən neyləyim durum deyim ki mətbu orqanlarımız durğun deyil?! Kamal Abdulladır da, fikir səsləndirib. Əslində, jurnallar vaxtı-vaxtında çıxır. Ədəbi materiallar nəşr edirik. Orda kiminsə xoşuna gələn material da ola bilər, xoşuna gəlməyən material da. Bu, mətbu orqanıdır. Hamının maraqlarını  bütöv şəkildə təmin edə bilməz. Mətbu orqanın fəaliyyəti Azərbaycan ədəbiyyatından asılıdır. Guya Azərbaycan ədəbiyyatında gündə şedevr əsər yaranır?! Azərbaycan ədəbiyyatı hansı gündədirsə, “Ulduz” jurnalı da o gündədir”.

“Ədəbiyyat” qəzetinin şöbə müdiri Aydınxan Əbilov: “Kamal Abdulla fikirlərində həm subyektivdir, həm də haqlı ola bilər. Bu fikirlərə hörmətlə yanaşıram. Fikirləşmirəm ki , “Ədəbiyyat” qəzeti tam durğunluq içindədir. Ona qalsa, bizim bir çox qəzet və jurnallarımız var ki, orda dahiyanə əsərlər görmürük. Tutalım, “525-ci qəzetdə maraqlı nümunələr olsa da, şedevr əsərlər görmürük.  AYB-yə daxil olmayan qəzet və jurnallarda da dünya səviyyəli əsərlər görmürük. Ədəbiyyatın tempinə uyğun əsərlər görmürük. Qaldı “Ədəbiyyat” qəzeti ilə bağlı nəsə deməyə, qəzetinin səviyyəsi ilə bağlı fikirlərim bir qədər fərqlidir.  Fikirləşirəm ki, bu qəzeti daha səviyyəli buraxmaq olar. “Ədəbiyyat” qəzetinin rus dilində əlavəsi buraxılır. Azərbaycanda “Ruskaya literatura” varsa, buna nə ehtiyac var. Bəlkə bunu dəyişib türk, ingilis dilində almanax toplu şəklində buraxa bilərik. “Azərbycan”, “Ulduz” “Qobustan” kimi digər nəşrlərimizin elektron variantda oxuculara çatdırılması məqsədəuyğun olar”. /modern.az/

Yenililklər
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.