Raqif Raufoğlu -  Yeniseyin fətvası
17.07.13

Hərdən mənə elə gəlir ki, Monqolustanda heç bir hadisə baş vermir. Elə bil ki, bu Monqol qardaşlarımız Rusiya ilə Çinin ortasında sıxılıb qalıblar. Biz bu ölkənin əsas simvolunu öz manatımızda gəzdirsək də, axırıncı dəfə Monqolustan haqqında nə eşitməyim yadıma gəlmir və həmişə də düşünürəm ki, niyə bizdən başqa heç bir dövlət Orxon-Yenisey əlifbasına bu qədər diqqətlə yanaşmır. Təkcə onu bilirəm ki, 90-cı illərdə biz müstəqil olan kimi Monqolların qoxusu burnumuzu vurdu. Hamı əski əlifbamızdan danışmağa başladı. Dalbadal dərgilər, kitablar çıxdı. Biz birinci sinifdə oxuyanda sinifimizdə Orxon-Yenisey əlifbası başlığı altında böyük bir lövhə asılmışdı. Hətta 1993-cü ildə prezidentin 15 mart tarixli 343 nömrəli əmri də var idi. Yazılmışdı ki, Orxon-Yenisey abidələrinin oxunuşunun 100 illiyi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılsın.

Sonra birdən nə oldusa bizə dedilər ki, monqolsuz, nə Orxan, nə Yenisey, oturun rus dilinizi oxuyun. Monqollları tupoy-monqol eləyib, bizdən ayırdılar. Mən hələ də başa düşmürəm ki, monqol sözü bizdə nəyə görə aşağılayıcı anlamda işlənir. Bəyin oğurlanması filmində olduğu kimi: “Görəsən, monqol turistlər, monqol dublyonkanı buradan niyə alıb aparırlar?..”

Sonra öyrəndim ki, ruslardan da qabaq Monqolların və Orxon-Yeniseyin fətvasını ərəblər veriblər. Bizim ərazilər ərəb xilafətinin tərkibinə keçən vaxtdan bu mədəniyyət unutdurulub. Yəni bunu mən demirəm, tarixçilərimiz yazır. İndi bu mənzərənin fonunda Yenisey bir 5 manalığın üzərində qalıb, bir də bizim Aqşinin ləqəbində. Və sanki bu gün bizim şair Yenisey o Yeniseyin qisasını almaq üçün götürüb baltanı kökündən vurub. İndi də aləm dəyib bir-birinə. Aqşin, Yeniseyin qisasını alıb. Dünyəvi dövlətin vətəndaşı olaraq qələm dostumun düşüncələrini həmişə bəyənmişəm, amma bu axırıncı yazını doğrudan da Aqşinə yaraşdırmadım. Çünki nə din, nə də dinsizlik başqalarının dəyərlərinə toxunmağa icazə verməz. Aqşin bunu məndən də yaxşı bilir, amma siz də başa düşün ki, bizi əsrlərdir monqol yerinə qoyub dəyərlərimizdən uzaqlaşdırıblar. Dəyəroloji travmamız var. Qoy bizim nəsil də ölsün, yaxşı oalcaq. Nə baş qoşursuz e, Monqoluq da...


Avanqard.net

Yenililklər
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.