Svetlana Turan - Şit aktyorlar
19.07.13

Bu həyatda nəyisə dəyişmək istəyirsənsə, özündən və övladlarından başlamalısan. Bu mənim həyat prinsipimdir. Mən də yaxşı olmaq istəyən bir ana kimi övladlarıma, onların dünya görüşünün artmasına və düzgün təhsil almalarına lazımi diqqəti yetirməyə çalışıram. Ona görə də onlara çoxlu kitab alır, onları tez-tez teatra aparıram.
 
Düzdür, bu haqda məhz Kulis.Az saytında yazdıqda əlim birdən dayanır. Çünki Sevda Sultanova olan yerdə kinodan, aktyordan, Aliyə Dadaşova olan yerdə teatrdan, yenə də aktyordan danışmaq mənə düşməz.
 
Amma bu mövzu məni narahat etdiyi üçün bir tamaşaçı olaraq öz sözümü demək istəyirəm.
 
Uşaqlarımı təxminən iki-üç yaşından Kukla Teatrına aparmağa başladım. Elə yaşlarına uyğun sayda tamaşaya baxdıqdan sonra qızlarım daha oraya getmək istəmədilər. Uşaqları necə qınayaydım? Eybəcər kuklalar, xeyli dəyişdirilmiş və mənasız hala salınmış nağıllar, üstəlik nağıl qəhrəmanlarının addımbaşı oxuduğu və körpələrin anlamadığı xarici dildəki mahnılar...
 
Kukla Teatrını dəyişdik Gənc Tamaşaçılar Teatrına. Baxdığımız ilk tamaşa “Yatmış gözəl” oldu. Nicat Kazımovun rejissorluğu ilə qoyulan bu tamaşanın lap əvvəlində tamaşanın sonunda yatmış gözəli oyadacaq şahzadə o qədər şitlik edib həvəsimi öldürdü ki,  rolunu daha yaxşı oynayan aktyorların oyunundan heç bir zövq ala bilmədim. Ona görə də qızlarımla şərt kəsdim ki, bundan sonra tamaşaya gəldikdə onlar parterdə oturub tamaşanı izləyəcəklər, mənsə onları foyedə gözləyəcəyəm. Razılaşdılar və artıq neçə vaxtdı ki, biz tamaşalara bu razılığa əməl edərək gedirdik.
 
Ancaq teatrın yay tətilinə bağlanmazdan əvvəl verdiyi son uşaq tamaşası “Balaca və Karlson”a getdikdə balaca qızım ağladı və şərtimizi pozub məndən içəridə qalmağımı istədi. Premyera olmasına baxmayaraq, içəridə boş yer çox idi, nəzarətçilər də sağ olsunlar, icazə verdilər ki, uşaq sakitləşənədək içəridə qalım.
 
Onu da qeyd etmək lazımdır ki, Astrid Lindqren çox sevimli uşaq yazıçılarımdan biridir. Hələ uşaq vaxtı Lindqrenin “Uzuncorab Peppi”, “Balaca və Karlson”, “Lönniberqidən olan Emil” əsərlərini sevə-sevə oxumuşam, bir neçə il əvvəl isə uşaq jurnallarından biri üçün Lindqrenin bir hekayəsini də tərcümə etmişəm. Sovet dövründə çəkilmiş əzbər bildiyim cizgi filmi də var...
 
Amma...
 
Tamaşaya gələndə əvvəlcədən ona baxmayacağımı düşünürdüm, ona görə də içimi yeyib-dağıdan bircə fikir var idi ki, gərək özümə də bilet alaydım, heç olmasa, Karlsona baxmaq üçün. Qızım mənə belə bir fürsəti verdi. Ancaq içəridə olduğum 20-25 dəqiqə ərzində razı qaldığım təkcə dekorasiyalar və “ata” obrazını canlandıran aktyor oldu.
 
Şitlik edən Balaca, bacısı, bacısının dostu, rolunu yaxşı oynaya bilməyən ana obrazı... Ən əsası da, bütün ümidlərimi puç etmiş Karlson, daha doğrusu, bu rolu ifa edən hədsiz dərəcədə arıq, qarabuğdayı, şitlik etməkdə teatr yoldaşlarından geri qalmayan aktyor.
 
Elə obrazlar var ki, onları özününküləşdirmək bəzən mümkün olur.  Amma dünya ədəbiyyatının elə qəlibləşmiş obrazları var ki, onları istər forma, istər məzmun cəhətdən bu dərəcədə kökündən dəyişmək tamamilə səhv addımdır. “Balaca və Karlson” tamaşasının da rejissoru bu səhvə yol vermişdi.
 
Deyirəm, görəsən, teatrlarımızın hər tamaşadan sonra nə qədər gözdən düşdüklərindən, nə qədər tamaşaçı itirdiklərindən xəbəri varmı? Gələcəyin potensial tamaşaçısı kimi hazırlaya biləcəkləri uşaqları teatrdan necə ayrı saldıqlarından xəbərləri varmı? /kulis.az/

Yenililklər
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.