Norveç səfirinin evində Səlim Babullaoğlu ilə görüş keçirildi - FOTOLAR
20.07.13

Norveç səfirinin evində şair Səlim Babullaoğlu ilə görüş və poeziya axşamı keçirilib. Məlumata görə tədbirdə bir çox ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
 
Tədbirin təşkilatçısı və moderatoru Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin xanımı Astrid Schnitzer axşamı giriş sözü açaraq Səlim Babullaoğlu haqda məlumat verib, şairin həm orijinal, həm də ingilis dilində olan şeirlərindən ibarət səfirlik tərəfindən hazırlanmış bukleti qonaqlara təqdim edib.
 
Səlim Babullaoğlu da öz növbəsində həm xanım Astrid Schnitzerə, həm də səfir cənab Erling Skjonsbergə təşəkkür edərək şeirlərini oxuyub. Şeirlərin  Riçard Makkeyn, Xaqani Əliyev və Sevil Gültənin tərcümələrindəki variantlarını İradə Əhmədova səsləndirib. Sonra isə Səlim Babullaoğlu qonaqların müasir Azərbaycan ədəbiyyatı, poeziya mütaliəsi, kitab nəşri və öz yaradıcılığı ilə bağlı çoxsaylı suallarını cavablandırıb. Tədbirə dəvətli olan filologiya elmləri doktoru Cavanşir Yusifli də Səlim Babullaoğlunun yaradıcı məziyyətləri ilə bağlı qısa çıxış edib. Poeziya axşamında şair Fərid Hüseyn və Orxan Əzim də iştirak ediblər.
 
Görüşün sonunda qonaqların şərəfinə hazırlanmış ziyafət verilib. Səfir Erling Skjonsberg və xanımı Astrid Schnitzer Səlim Babullaoğluna bu axşamdan yadigar olaraq xatirə hədiyyəsi təqdim ediblər. /kulis.az/

Fotolar Orxan Əzimindir






























Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.