Səxavət Sahil - "Civilər" və ya Qızıl buzov

09.09.13

-Ay qız, nooldu, opdü səni?
-Yoox, opmədi.
-Aaa niyə? Nə fərasətsizmiş o.
-Bilmirəm, amma xoşum gəldi ondan.
-Birdən vurulub eləyərsən, xəbərimiz olmaz?
-Əllərimi möhkəm sıxırdı, gözünü də gözümdən çəkmirdi, elə maraqlı idi ki.
-Mən nə deyirəm, bu nə deyir. Sənə demişdm axı görüşə gedəndə qısa geyin.
-Qısa geyinmişdim də.
-Bəs nooldu. Bəlkə impotent-zaddı?
-Ay qız gic-gic danışma!
-Hər mesajın axırında yazırdı ki, öpürəm, dişləyirəm nə ol oldu bəs?
-Nə bilimee nooldu, gələrəm danışarıq da.
-Yaxşı, gedirəm “Lahmacun”a sən də gəl ora danışaq.

***
Ayka mənim rəfiqəmdir. Rəfiqəm olsa da fərasətsizin, gicin biridir. Ona oğlanı da mən tapmışam. İşi-gücü oxumaqdır. Adam nə qədər oxuyar.
Hər gün dərsdən sonra Kənanım gəlir dalımca, avtomobili sürür univeristetin düz qabağına. Mən də o biri qızlara acıq verə-verə minirəm “Ranc Rover”ə. Bu da dalımızca baxıb köks ötürür.
Bir dəfə dedim ki, gəl sən də get biznən, nədən utanırsan. Sənin yanında öpüşmərik, çəkinmə oturasan bizimlə. Getmədi. Hiss eləyirdim ki, tək darıxır. Özü də əfəlin biridir, əlindən oğlan tutmaq-zad gəlmir. Özünə qalsaydı hələ də tək-tənha kitabxanalarda eşələnirdi. Facebooka da elə şəkil qoymuşdu ki, heç 50 yaşlı kişiləri də cəlb eləməzdi. Bütün günü səfeh filosoflardan mənasız statuslar yazıb paylaşırdı. Beləsinə kim yaxın gedərdi. Gül kimi qızdı, özünə baxmırdı. İnan ki, “kablok”u da ona güclə geydirdim. Sinəsi də mənimkindən də iridi. Di gəl ki, həmişə yaxası bağlı paltarlar geyirdi.

Bir dəfə gecə bizdə qalmışdı, mənimlə yatdı. Özümü güclə saxladım. Deyirdim kaş oğlan olaydım...
Hə onu deyirdim axı, oğlanı da ona mən tapdım. Şənbə günüydü, hava da qəşəng gəzməli havaydı. Zəng elədim ki, az yat da, bəzən-düzən gəl “Park bulvar”a. Mən qısa geyinəcəm sən istəsən geyin, istəməsən də özün bilərsən. Gələndə gördüm ki, əsl “cana” gəlir. Əla “makiyaj”, qısa ətək, sinəsi açıq köynək, ayağında da dikdaban ayqqabı.

Qalxdıq yuxarı mərtəbədəki kafeyə. Oturub “çipsi” yedik. Sonra da fotossesiya elədim onun üçün. Yerləşdirdim facebooka, onu da “tag”ladım. “Like” “like”ın dalınca gəlirdi. Dedim bax, öyrən gözüvə su ver. Seçib şəkillərdən birini onun profil şəkili elədim. Cazibədar şəkil idi. Əvvəl istəmirdi, təpinəndən sonra səsini çıxarmadı. Sonra başlıadıq yaraşıqlı oğlan axtarışına. Facebookun altından girib üstündən çıxıdq. Güc-bəlaynan birini bəyəndirib dostluq göndərdim. İdmançı qaqaşa oxşayırdı. Boks rinqində və ağ “Porsche”də şəkilləri varıydı. Yaraşıqlı oğlanıydı. Adı da Ruslanıydı.

Nə başınızı ağrıdım Ruslan da bunun dostluğunu qəbul eləyib, sonra da buna yazıb ki, ay nə bilim gözəlsən, ay nə bilim qəşəngsən filan. Qızın da az qala sevindiyindən ürəyi partlaya. Bir də gördüm gecənin bir aləmi zəng eləyib ki, oğlan dostluğumu qəbul eləyib, yazıb mənə. Ürəyim əsir bilmirəm neyləyib. Nə yazım ona? Mən də dedim ki, heç nə yazma, qoy gözləsin tələsmə sabah yazarıq.

Dərsdə başladıq Ruslanla yazışmağa. Yazışmağa deyəndə ki, mən deyirdim o da yazırdı. Özünə qalsaydı heç nə alınmayacqdı. Dediyim kimi fərasatsizin birdir. Ordan-burdan yazışdıq, imkanlı və təcürbəli oğlana oxşayırdı. Harda işləyir, harda yaşayır hamısnı bittə-bittə öyrəndik. Hiss eləyirdim ki, çox qızla gəzib. Amma Aykaya bu barədə heç nə demədim. Qız da onun xoşuna gəlmişdi.

Əsas o idi ki, Ayka ilə onun yaxınlaşdırdım, isnişdirdim. Düzü bu işə həm də sevinirdim. İna görə sevinirdim ki, Ayka daha tək deyil. Baxma da gözəl-göycək qız olasan oğlanın olmaya. Qoy gün görsün də, beş günlük dünyadır.
Özünə də demişdim ki, univeristeti qurtarana qədər fırlan, kef elə özün üçün, sonra da dilbilməzin birinə gedərsən. Kim nə biləcək, sən tələbə vaxtı kimnən oturub-durubsan. Öpüşmək-filan olsa da, çox dərinə getməyin.

***
Aykanın nənələrindən qalma qızılları varıydı. Onun atası və anası ailələrinin ilk övladıydı. Özü də ailənin ilk övladıydı. Buna görə də nəslin sevimli, ərköyün qızıydı. Ata nənəsi dünyadan gedəndə qır-qızılını Aykaya vəsiyyət eləmişdi. Üstəlik ana nənəsi də buna, univeristetə qəbul olanda üzükdən-sırğadan hədiyyə eləmişdi. Bu da onları bəyənmirdi. Birinci kursda oxuyanda yığıb bütün qızıları aparıb zərgərə. Çəkdirib, sonra da buzov formasında fiqur düzəltdirib. Başı boşun biridir. Ağlına nə gəlir onu da eləyir. Hansısa qədim kitablardan oxuyub ki, buzov balası talisman kimi insanlara kömək eləyir. Özü də qızıldan olanda, daha təsirli olur. Bunun da ağlına batıb. Gedib nə qədər qızılı var hamısını əritdirib “iqruşka” düzəltdirib. İmtaha girməmiş, nəsə bir çətinə düşəndə “iqruşka”sını götürüb dua eləyir. Deyirəm ay bədbəxt, sən onsuz da oxuyursan da, neynirsən inək balasını ona dua eləyirsən. Gecə yatanda da “iqruşka”nı balışının altına qoyurdu. Hara gedirdi özü ilə gəzdirirdi. Deyirdi ki, bu mənim talismanımdır.

***
-Ay qız bu dəfə nooldu, yenə alınmadı?
-Yaxşı oldu. Bərk həyəcanlandım... Nəsə birtərhərəm.
-Yaxşıtəhər olmalısan axı. Gülürsən, deyəsən görüşün ürəyincə olub.
-Həəə, elə yaxşıydı ki, göylərdə uçurdum.
-Ay qız uçmaq nədir, gəl bura. Unveristetin bufetindəyəm, müəllimi gözləyirəm kurs işimi gətirməlidir. 1 həftədir pulunu vermişəm başı batmış indi gətirib çıxardır.
-Yaxşı, gözlə gəlirəm. Elə marqlı oldu ki, gəlim danışarıq.
-Gəl, tez gəl gözləyirəm.

***
Gələndə gördüm ki, sevindiyindən az qala uça. Həm də həyacanlıydı. Bir az şəhərdə gəziblər sonra oğlan aparıb ona bahalı, elit sayılan kafelərdən birinə. Orda üz-üzə oturublar, əl-ələ tutublar, baxışıblar. Əvvəlcə saclarından və alnından öpüb. Sonra yavaş-yavaş dodaqlarına toxunub. Deyir ki, Ruslanın dodağını dodaqlarımda hiss eləyəndə ürəyim az qalırdı dayana. Təcrübəsiz olmağı oğlanın xoşuna gəlib. Sonra sarılıblar bir birinə. Öpüşməyin həyatda ən dalı şey, ən gözəl hiss olduğunu bildiyinə görə sevinirdi, gözləri gülürdü. Danışdıqca həyəcanlanırdı. Çox xoşbəxt görünürdü. Sonra çantasından buzov talismanını götürüb opdü və nəsə dodaqaltı nəsə pıçıldadı...

Həmişə fikirləşirdim ki Ayka əməlli-başlı Ruslana vurulub, amma boynuna almır. Mən də heç nə demirdim. Özü biləni mən biləndən yaxşı olar.

Tez-tez görüşürdülər, ən azı həftədə 3-4 dəfə bir yerdə olurdular. Bakıda gəzmədikləri park, getmədikləri kafe, restoran qalmamıışdı. Biz sözlə xoşbəxt idi. Mən də buna sevinirdim. Hərçənd ondan fərqli olaraq inanmırdım ki, Ruslan onu alsın, amma univeristetdə, rəfiqəlləri araında həmişə şən və xoşbəxt görünürdü. Mən də elə buynu istəyirdim.

***
-Aloo, aloo hardasan?
-Ay qız noolub, niyə ağlayırsan?
-Ürəyim partlayır alçaq, oğraş, şərəfsiz, it oğlu it...
-Ayka kimi söyürsən, noolub???
-Ürəyim partlayır plosə verəcəm onu!
-Dəli olubsan, de görüm nə olub axı? Hardasan belə?
-Bilmirəm... bilmirəm... bilmirəm...
-Ay qız necə yanı bilmirəm hardasan indi, sənə nə olub axı, kim nə deyib sənə?
-...
-Ayka yerini de gəlirəm, Kənanlayam.
-Nizami metrosunun qabağındayam, tez gəl qurban olum tez gəl, dəli oluram...
-Ağlama, dur orda gəlirəm.
-Kənan tez sür Nizami metrosunun qabağaına, Aykaya nəsə olub, tez sür görək niyə ağlıyır.

***
-Ayka noolub sənə, bu günə niyə düşübsən. Yaxşı ağlama da, de görək nə olub axı?
-Aldatdı oğraş məni, alçaq şərəfsiz... aldadıb elədi məni...
-Aaaaa, necə yəni ola bilməz, gicsən sən? Ağlın hardaydı?
-Şampan içirtmişdi... təmzi soyundurmuşdu... yalandan dedi ki, qorxma... ağrıdanda bildim...
-...
-Eeee, indi mən neyləyəcəm...
-Yaxşı bəsdir küçənin ortasında ağlama, camaat bizə baxır.
-Ufff... ürəyim partlayıreeee... it oğli it...
-Gəl, gəl gedək. O qızıldan düzəltdirdiyin buzovu əlində niyə tutubsan?
-Bircə gümanım bunadır.
-Nə güman ay qız, tulla getsin onu. Əsəbləşirəm onu görəndə. Niyə kömək eləmədi sənə, niyə möcüzə göstərmədi?
-...

Avanqard.net

Yenililklər
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.