Kamal Abdulla: “Azərbaycanda dili korlayan müğənni və aktyorlardır”
12.09.13

“Televiziyalarda bədii şuraların yaradılmasının vaxtı çoxdan çatıb. Hər hansı formada televiziyalarda bu işlər görülməli və dil qaydalarının qorunması həll olunmalıdır”.

Bunu “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış işçi qrupunun iclasında qrupun sədri, AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsinin akademik katibi Kamal Abdulla deyib.
 
O bildirib ki, dövlət proqramının icrası ilə əlaqədar radio və televiziyalarda mütəmadi monitorinqlər aparılacaq. K.Abdullanın sözlərinə görə, monitorinq qrupunu Bədii Şura da hesab etmək olar: “Kimə desəm ki, televiziyalar üçün Bədii Şura yaradılır, hamı bunu alqışlayacaq. Çünki bunun vaxtı çoxdan çatıb”.
 
K.Abdulla Azərbaycanda dili korlayanların kimliyini də açıqlayıb: “Müğənnilər və aktyorlar qədər dili korlayan yoxdur. Biz bəzən diktorları və aparıcıları qınayırıq. Amma dili ən çox korlayan müğənni və aktyorlardır”.
 
İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev də televiziya və radiolarda aparılan monitorinqlər nəticəsində təşkil olunacaq treninq kursları barədə məlumat verib. Onun sözlərinə görə, dil pozuntularına yol verən aparıcılar üçün treninq kurslar təşkil ediləcək. Bu kurslara ölkənin ən peşəkar diktorlarının, aparıcılarının cəlb edilməsi nəzərdə tutulur: “Hazırda televiziya və radiolarda Azərbaycan dilinin normalarına riayət edilməsi ilə bağlı monitorinqlər aparılır. Bu monitorinqlərin yaxın zamanlarda yekunlaşması nəzərdə tutulur. Onun nəticələri əsasında dil pozuntularına yol verən aparıcı və diktorlar üçün treninq kursları təşkil ediləcək. Bununla əlaqədar olaraq Milli Televiziya və Radio Şurasına da müraciət edilib və onlarla birgə iş görülür. Birgə təşkil olunacaq treninqlərə də Milli Televiziya və Radio Şurasının təqdimatı ilə ölkənin ən peşəkar diktorlarının, aparıcılarının cəlb edilməsi nəzərdə tutulur”. /APA/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.