Kənan Hacı - Payıza təslim olmaq
13.09.13
Payızdır, təklənib dəniz, dalğa-dalğa qəzəbini çırpır sahilə, harayına yetişən yox, rəngi qaralıb hirsindən... dəniz öz kimsəsizliyinə ağı deyir elə bil... ulduzların yarpaq tökümü başlayıb, adamlar dənizi atıb payıza köçüb, mən payıza təslim olmaq istəmirəm...
hələ əllərim saçlarının ətrini unutmayıb, hələ ağ gün sevdasında qaralıram bu soyuq Günəşin altda, hələ gözlərin kibrit çəkməyib qorxularına, Günəş kölgəyə çevrilir, kölgə ölçür sənsizliyin boyunu, mən payıza təslim olmaq istəmirəm...
bax, beləcə, şər qarışdı, axşam düşdü dənizə, bir də baxdım, payızın soyuq nəfəsi kürəyimi üşüdür....
Avanqard.net
|