Xanəmir Telmanoğlu "Ölü mətn"dən yazdı

16.09.13

xanəmir telmanoğlu

heç insanın bu yoldakı mücadiləsi də deyil...

yazıçı orxan fikrətoğlunun yeni kitabı- “ölü mətn” üzərinə

ey dili qafil fil faili məchul fani f...


bizlər bu yerlərə gəlmə, köçmən aqibətli olaraq üzümüzdə isanın şaqraq, məsumca təbəsümlərindən izlərlə toplu şəkildəmi, ya elə bu “hazıra-nazir halımızamı” gəldik? yox, yox, bizlər köçmən, “oralı” olmaq hesabıyla toplu məsuliyyətimizlə tək-tək, birər- birər bu yerlərə göndərildik. elə isə bizim bu gəlişimizdəki sənətə meyllənmiş, ya sıçrayan tərəfimizdə qazandığımız o yönlü “idrakımızda” nələr (nələr kişiliyimizə kişilik, qadinlığımıza qadınlıq əlavə edə bilər:-x.t.) necə, hansı şəkildə cərəyan edə bilər? hər halükərdə bütün bu topluluğumuzla birər - birər qiyamətə doğru, zamanın axırına doğru, birər adəm, birər həvva olmağa doğru gedirik.( burda artıq tarix heç rol oynaya bilmir. burda zaman tarixə, tarix zamana bac vermir. bu yerdə deyərlər ki, əzəlin və axırın öz tarixi, öz zamanı olurmuş.) bizim bu birərliyimizdə həm toplu adəm, toplu həvvalıq, həm də tək adəm, tək həvvalığımız ( tək-təkliyimiz) şeşpərlənmiş görünər(göz çıxardar). sənətdəki bu ümumiləşmələr, topluluqların adəm və həvva olmağa doğru dönüşündəki son həvəs ədəbiyyatın, bədiyyatın qırtlağında qalan bir toxumadır, tikədir, ya da böyük və ecazkar nəfəsdir.

əsrlərdir göylərdən alıb gətirdiyimiz kamil insan (homo-sapiens) obrazının sönməz təranələri indi-indi öz vüsətini başqa şəkildə almağa başlayır. görünən o ki, çağdaş insan üçün bu gün keçmişin inhisarında, koloniyasında, yaxud müstəmləkəsində qalmaqla “hicran, vüsal, ayrılıq” zümzüməsinin göz yaşardan məsumiyyətindən nicat ummaq deyilən sənətsəl gəlişinə kəcavələr göndərib tellərinə durna lələyi taxmaq kimi ekzotik gəzişmələrə ayaq uydurmaq “sığortasına” bəraət qazandırmaq kimi fikri heç yoxumuş. bu günün insanı hər türlü düşüncə qatında “keçmişi özüylə daşımaq istəmir” əndişəsini dışa vurur.

niyə, çünki indiyə kimi keçmiş olan mərhələlərlə kontakt yaranırdısa, indiki hali-ruhiyyəylə elmi – texniki təbəssüm və rişxənd səltənətində keşmişin bizi qıcıqlandıran nöqtələriylə təmas məsuliyyəti o qədər də qazanc gətirmir. əlaqə yaranmır. çünki yeni insan tipinin səhnəyə çoxdan girdiyinin nə qədər fərqindəyik əcaba? robinzonlar, dədə qorqudlar, koroğlular, kərəmlər, dekamironlar, siziflər, otellolar, ofeliyalar, məcnunlar səhnəsini son damla qanına qədər vuruşaraq tərk

edib yeni obrazların süjet və əhvalat , məna və mahiyyət, bədii mətnin toxumaları boyunca hərəkətlilik missiyasını üzərinə almış bir özəlliklə yaymaqda qərarlı görünürlər. bədii mətnin bu ədəbi baharında ilk öndərliyi ələ alan da sufiyanə təlatümün doğruduğu milli və metafizik ağırlıqlı estetikaya bükülmüş dəyərlərin gərəkdiyi an üçün zühurudur sanıram.

metafizik gərdiş heç o qədər də səxavətli olmur. belə bizim kimi ictimai-siyasi-ideoloji dönəmlərin təbəllüatlarından əsim- əsimcə, ya keycə keçməyə başlayan toplumların yaradıcı taleyində bəzən bol-bol, bəzən də zərrəbinliklə verdiyini verir, aldığını daha çox ummağa başlayır. ona görə də, hər şeydən öncə millətin bədii təfəkküründə uyumuş fərasət sahibləri bu həngaməyə və bu ehtişamın etnik, bəşəri miqyasına əvvəlcədən hazır olmalıdır. necə deyərlər 1400 ildən artıq bir dönəmin öncəsindən. o da varsa, o zaman irəli....

***

bəşəriyyətin təxəyyülü və idrakı , başqa deyişlə onun dünya dərkindəki təcrübəsi simvollarda dincəlmək fürsəti bulur. bu dincəlmə fürsətini əldən qaçırmazkən, simvollar da ona yön almış, dəvətsiz qonağı mənimsəyərək ev sahibinə çevirməyi gözardı etmir. insanın bədii düşüncə qatındakı təcrübə və etibarı əxlaq cizgilərinə dirsək göstərib sənətin fövqü dedikləri alim zirvəsində uzun müddət tənhalığını, kimsəsizliyini, mətndən, dildən, sənətdən uzaq mədəniyyətin məkanında inzivaya çəkilərək nöbəti iricə fürsətini gözləməkdə bəs deyincə, səbrlidir. zamanı gəldimi, heç bağışlamaz, əhv etməz, sarım- sarımca sarmaşıb qoynunda saxladığı xalqın milli –mənəvi sirrini qızıl, valyuta kimi çağdaşlıq birjalarında hesaba qatar, burjua sömürgəçilik manufakturasına yönəlmiş ədəbi zehniyyətlərə hərəkətlilik gətirər. çünki müəyyən zaman kəsimindən sonra mədəniyyətin kodlarında dəyişilmələr, yenilənmələr getdiyi bir aşamalarda (periodlarda) simvolların yenidən idrakımıza mərdanəliklə açılma, mədəniyyətimizin şifrələrinə etiramla yayılma imkanı apokalipsis rahatlığı gətirir. belə olan halda, bu simvollar mədəniyyət tərkibli reaksiyalarda növbəti dönəmin nəslinin fantaziyası və idraki gücünə ayrı, ilk baxışdan ögey görünə biləcək işarətlərin yaranışına təkan verir. belə də simvolların ədəbi tələbatımızdakı yeri özəllik kəsb etməklə bahəm, simvolların öz özgür halları və toxunulmazlığındakı təkbaşına görəvləri də olmamış deyil. simvollar bizim təxəyyül gücümüzün sayəsində əşya və maddələrlə də reaksiyaya girəcək bir qərara, bütövlüyə sahibdirlər. o zaman ki, ünvanını müəyyən elədiyi milli mənəvi obyektin fəalığıyla doğmalıq, qan qohumluğu irtibatını “hiss etmiş” olsun. əks təqdirdə geri çəkilmə zəmanəti ərəfə üçün heç də xristos təbəssümüylə dostoyevski psixologiyasının ruhsallığına ləyaqətini göstərməyə bilər. yəqin ki, zamanla, dövrlə bu türlü antidialoq karması həmişə

hökmlü deyil. çünki bu qarşıdurmadakı iqtidarı yenə ilk jestə yönələn – yəni müəllif ( Allahın yerdəki icraçisi kimi qələmə verilən) əldə edir.

***

belə deyirlər ki, “təxəyyül ideyaları seyr eləyir”. məncə onun ( söhbət orxan fikrətoğludan gedir təbii ki) əsərində inanca bükülən təxəyyül tarixinin etnik kimliyini bəzən fərddən, bəzən ümimlikdən (iyin) ardınca düşüb qarabaqara izləyir. bu oyaq təxəyyül ona görə belə bir “riskə “ qoşulur ki, nəyisə itirə bilər. bəzən isə bu izləmə seyr eləməklə də əvəz olunur. bu zaman ortaya çıxan mənzərə haqqında verəcəyin qiymət milli kimliyin neqativ və pozitiv tarixi çalarlarına ay(a)rım yapmadan :- “bu aristokratlıq və əfəndilik mənim burdakı deyil, kosmik onurumdan gələn güc olmasaydı, bu seyri-ilahiliyə necə yoluxa bilərdim ki? qafil deyirsən, de, de, onsuz da biz deyəcəklərimizi demirik ki, uzaq başlı nəfəsləyir, nəfəs alış verişimizə sərf edib ikiqat ömür yaşayan ilahi ədalətin əsarətinə qapılmış bu binəva yerin gəlmə müftəxorlarıyıq.

bütün bunlar orxan fikrətoğlunun əsərində fikrimcə mistikaya keçidinə mane olan, onu mistikadan qoruyan, yerli mədəniyyət (şirvan mədəniyyət şüurunun açıq siptomları:-x.t.) imkanlarının ümum etnik mədəniyyət ağalığıyla reaksiyası qarşısında inanc sursatının da dövriyyəyə girişindən doğan ədəbi palitranın səxavətidir.

***

ölü mətn, milli və metafizik təfəkkür sıxıntı keçirəndə, tənhalıqla məhkumlaşanda, yaxud qəzaya düşəndə doğulur.( məsələn, azərbaycan və azərbaycanlıların öz inanclarıyla birgə 150 ilə yaxın bir zamanda imperiya əsarətində inləməsi, yaxud dünyada bəzi şər güclərin hegomonluğa başlaması, bəzi ölkə və toplumların sıxıntıya düşməsi, dünyanın bir qütblü idarə üsulu, kapital dəyərlərinin mədəniyyət ekvivalentini arxa plana itilməsi kimi…:-x.t.) zaman dəyişərkən, dövran çönərkən altında qalıb əzilən ictimai-siyasi dönəmin təmsilçiliyinə özünü qurban verən “mədəniyyət” varsa, o əzilir, şikəst-lənir. burda, bu aşamalarda ölü mətn-lər üzə çıxır. ölü mətnin dini olmur. üslubu və alt qatı olur. bu da dinə və mistifikasiyaya çıxmırsa, mifik özəllik daşımırsa, gələcək zamana qutsal bir kurqan, məqbərə kimi gedib çıxmır, tuş gəlmir. onda ölü mətn olur leş. adi bir cəsəd. üzərində zamanın sərt rüzgarlarıyla birgə qarğa-quzğunu da min bir şövqlə cövlan edib durur. müəllifi də aradan götürür. ölü mətn qutsal zamandan və qutsal olaylardan, ilahi proseslərdən doğulur. ölü mətn diri zamanlara, xortlamış təfəkkürlərə işıq tutur. ölü mətn ölü deyil. sadəcə özünü ölü obrazına girmiş bir şəklə salaraq, necə derlər, surət dəyişdirmə konfliktinə girir. eynən dastanlardakı,

mifalogiyalardakı keçi, kosa, cəllad, şah, üzü-gözü qrimlənmiş heyvan roluna girən insan kimi. insan burda da sanki kimliyini, əsl dünyadakı dirilik sifətinə çəki-düzən verməklə hardasa özünü gizlətmiş olur. çünki o zaman böyük şər onun ölmüş olduğunu zənn edib yaxınına düşməz. yaxına gəlməz. şərə aman verməyib onun göz açımına qan uddurmaq iddiasına düşür. bu cəhd uğurlu da, uğursuz da sayılar. yetər ki, sarsılmaz bədii dərk kompleksini zamanın, olayların ağırliğında ayaqlar altına salmasın. bu zaman şər vaxtını itirməz. vaxt itkisindən qorxan şər adlı bir səltənət, ölü insanın bicliyindən xəbər tutmur. çünki bu anda hər ikisi eyni şeytani yükü, qədəri, doyumsuzluğu paylaşır. o zaman özünü ölü göstərən insan kimliyini dəyişib, cildini dəyişib yerini azdırır. bicliyi ilə şeytandan yararlanır. şər paylaşmağı (yoluxmağı, yoluxdurmağı) sevir. öz ritual sevgi macərasıyla həyatın hər üzündən qopardaraq mətnlərdə bir az da tarix havasının isti sevdasına düşür. şər öz sifətini və siftəsini harda görsə, ona yardımçı olur, kömək edir. hər yerdə, çox yerdə bulunmağa bayılır. bu bayğınlıq onun gözündən əsl oyunçunu yayındırır. məqsəd də burda oynçu olmaq, özünü yayındırıb şərin əsl yükünə talib tutulmamaqdan ibarətdir.

***

orxan fikrətoğlunun bu əsərinin estetik özəllikləri barədə danışma həvəsinə gəlmişkən bir nüansı vurğulayım. şeirimizdə təsəvvüf içərikli, hətta geniş, qapsamli mətnlərimiz bol- boldur. yenə, hətta biz azərbaycan poeziyası olaraq təsəvvüflə məsələmizi bəlli bir ədəbi dönəm, tarix baxımından həll etmiş sayıla bilərik. klassik yazılı şeirimiz və qoşma, gəraylı şeir janrlarında yüksək səviyyə ərz edən nümunələrlə son dərəcə gərəkli ədəbi islahatları aparıb, qaçınılmaz bədii təmərküzləşmələri şeirimizin uzaqdan görünən ehramına memari cizgilərin sitəmi kimi işlənilib.. ancaq nəsrimizdə təsəvvüfün ənənəsi bizdə yazılı ədəbiyyatımız üçün o qədər də yazı təcrubəsi sərgiləyəcək başarısı olmayıb. nəsrdə indi yaranmağa doğru vüsət alan bu elementlərin mübarək qədəmləri yazı torpağımızda izlərini salmaqla məşğuldur. şəxsən bu mənə olmazın sevinc bəxş edir. düşünürəm ki, nə vaxtsa prozada da, təsəvvüfün üzünü ağardacağıq, onun ehtiva etdiyi etnik yazı kimliyimizdəki dərinliyi, sonsuzluğu ədəbiyyatımızın müfəssəl yazı sərgərdanlığına yeni bir elmi potensial əkləmiş olacaq.

***

azərbaycan ədəbiyyati at işləməz, eşşəklər yeriməz, qatırlar keçməz, dəvələr aşmaz yerlərdən, aşamalardan keçib. bu keçidlərin yerində-yurdunda ədəbi, bədii, ağban- ağaban çadırlar, evlər öz hüsamətini və zamana qarşı “mumiyalanmış” müqavimətini itirmədən, yeri gəldiyində sığınacaq məskəni, yeri gəldiyində ekzotik təəsüratlara qanad verəcək bir göy üzü genişliyini də əsirgəməmişdir.

aradan böyük bir zaman keçir. ədəbiyyat yenidən bir zamanlar axıb keçdiyi ədəbi iqlimlərdən və coğrafiya landşaftlarından barınıb, yararlanıb qidalanmağıyla israrlı görünür. 19-cu əsrin başlanğıcından etibarən qırılan əski bağlar, 20-ci əsrin başlanğıcında bu və ya digər formada özünə cavid əfəndinin sükunətiylə haqq qazandırıb yenidən irtibat sağlamağı bacardı. ancaq nə yazıqlar ki, araya yenidən (bizim olmayan dönəm:-x.t.) bir ictimai-siyasi ideoloji dönəmin bağrından qopan ədəbiyyat pərçimləndi. bu da çağdaş azərbaycan ədəbiyyatının müxtəlif fon və görüntü sərgiləyə bilən ümumi mənzərəsi içərisində orta çağlara dönüş etiqadının şüuraltı və zamanaltı səriştəsiydi, deyəsən. bu gün dini mətnlərə, sufiyanə dünyagörüşünə, qədim adlandırılan mənbələrə, mistik deyilən o uzaqlarda, ezoterik söylənilən o doyumsuzluqda qalmış “müqqəddəs ziyarətgahlara” üz tutmaq, yazarlarımızın ədəbi etiqadlarının şəxsiyyət və ruhaniyyətlərindəki söz vəsiləsiylə yerinə gətirilmə prinsipləri qəribə bir doğmalıq, hətta bəzən şaşırdıcı bir qəribliklə adamın zövqünü müşayət eləyir. bu cümlədəki doğmalıq və qəriblik bir növ ayrılıq və görüş salnaməsinin həm də izahsız ədəbi ərazilərdə bir sirlərlə dolu ayin kimi “məni izləyin!” deyir. zaman keçdi, o dünyagörüş deyil, biz qayıtdıq. bizə görə qayıdan bu ədəbi estetik müqəddəsat, bir gördüyünə min bərəkət çəkməzmi ola, qafil? biz azərbaycanlılar zaman- zaman dünya düşüncə və inanc düzeyləri içərisində köç halında, köç bədiyyatında yaşamış toplum misalı yenidən qayıdışımızı yalnız yaradanın da ədəbiyyatımıza əta elədiyi lütfünə yaza bilərik. ancaq bu lütf nə qədər yazılsa da, bu yerlərdə oxunma imkanı və yazıya alınma şəkli, forması yoxdur. azərbaycanlılar düşüncə və inanclarında qayıdışını ədəbiyyat vasitəsi ilə etdiyində ortaya qoyacaqları iki böyük faktor qaçınılmaz olur:- mədəniyyət və dövlət. burda gizlənmiş digər ən iri faktor isə din olaraq daxili aləmlərində hifz olunmaqla “görəvlidir”.

bizim fikir və ideoloji boyunduruğunda baş alıb gələn köç-lərimiz bir etnos ağırlğının əfəndiliyini hələ yetərli qədər mədəniyyətimizin altına salıb küy yatırtmadığımız üçün, görünür bir mənəviyyat toplumu kimi də gənc qalma yetənəyimizi varlığımıza əlavə eləsək, ortaya çıxan mənzərə bizə yerdəyişmə yasasının sonsuzluq qoxuyan yovşan ətirli dəftərini göstərəcək. bizlər bu coğrafiyada fikir, düşüncə, ədəbiyyat köçlərimizi yeniləşərək təbiətin, kosmik tələbatın stixiyasına qoşa biləcəyik.

ədəbiyyatda arxeotiplər dünya xalqlarının ədəbiyyatları boyunca bu gün tüğyan eləməyindədir. bu gün arxeotiplər keçmişin, dünənin dərinliklərinə varır, ordan cənginə keçən simvolik malzəmələri caynağına keçirib geri qayıdaraq üzərində durduğu budağın yarpaqlarının yerinə “gətirdiyi yarpaqlar”, yaxud meyvələrinin yerinə “keçmişdən gətirdiyi meyvələr” taxır. bir sözlə, bu günün simvollari dünənin dərinliklərində öz arxeotiplərini axtarırlar. bəzən bu günün armudu

dünəndə alma kimi, bu günün sünbülü dünəndə tiryək kimi də qarşısına çıxa bilir. o zaman bizim ədəbi halımiz heç pozulmaz. əksinə əsas olan o ki, qarşısına əlidolu bir çıxan olsun ki, sən də onu bu günə, bu günün acımasız ictimai-siyasi-ideoloji sferasına gətirib çıxara biləsən, bu sferada ona bir ədəbi ömür yazmağı bacarasan. toplumlar var ki, bu günü keçmişindən daha zəngindir. bizim keçmişimiz bu günümüzdən olduqca zəngin və aradıqlarımız xirtdəkdəndir. sadəcə bu gün keçmiş zaman, tarix kimi deyil, hansısa müstəqqilliyini elan eləmiş bir ölkə, dövlət statusunda çıxış edir. sanki aparılmış “malzəmələr”, “əlyazma” və qədim əşyalar, mədəniyyət nümunələri indi bir vəchlə geriyə qaytarılmalıdır. burdakı əsas olan ödəniş isə yazarın istedadı və fəhmiylə istəklərinə nail ola bilir.

***

bu da kürəsəlləşən bir dünya düzəninin gedişatinda ədəbiyyat aşırımlarında qarşımıza çıxan “postmodernizm” deyiləsi cəfəngiyyat həngaməsi. sufi dünyagörüşünü diricə mənimsəmiş bu “üzdəniraq cərəyan” eynən müəlliflərinin qloballaşma, demokratiya deyə-deyə qanlar axıdıb, qas-qas gülən simalarının yaramazlığından xəbər verir.

mahiyyətdə rüşdiyə, arabiyə, ceylaniyə, teymiyyəyə, bakuviyə qayıdan bu oyunbazlar, üzdə nitşe, hegel, kantın, marksın goreşən siyapırlıqlarıyla dünyaya təqdim edilir. adını isə qoyur: post-modern-izm.

***

mən qəti şəkildə inanıram ki, orxan fikrətoğlu 19-cu yüzildə rusiyada yaşasaydı “karamazov qardaşları”nı, “idiot”u yazacaqdı, yazmaq gücündə bir sənətkar olacaqdı. dostoyevski indi yaşasaydı onun ən böyük əsəri “ölü mətn” boyda olacaqdı.

ancaq bu gün olsaydı başqa, yeni dönəmin ədəbiyyyatda, sözdə, poetik ifadə vasitələrində gərəkdirdiyi yeniliklər, özəlliklər tamamilə başqadır. bu gün baş vermiş neqativ bir hadisə bir başa deyil, nədənsə ədəbi müstəvidə qədim dövr və orta çağ dönəminin vasitəsi ilə yazarın qələmində mövzuya dönüşür, yaxud da yazarın istedadını sınağa çəkir. yazar mövzularının qarşısında dövr və tarixi simvolların, mədəniyyətin tarixi aşamalarının həssas nöqtələrində sınaqdan çıxan yazar iradəsiylə geri çəkilmir, özünü bir az da zaman aşamalarına ilişmiş mədəniyyət, iç tarixinə döydürür. (yazar hər vəchlə nəyin bahasına olur- olsun yaşadığı tarixin zamanından qaçır). məslən, orxan fikrətoğlu kimi əsərində dədə qorqudla, əlifbayla, ustadla, kriminal hadisələrlə, güllə, dərvişlə qarşılaşır və döyülüb qıcıqlanır. yazar bax, bu yerdə içinin mədəniyyət qatlarından aldığı təpkiylə özünüqoruma instiktini məharətlə işə salır. çünki ilkin burnuna dəyən

qoxudan döyülən, bayılan sənətkar, bir taktika, üslub, fənd seçməzsə, əsərə uduzar, əsərin qarlı uçqunları altında qalıb yox olar. bu baxımdan, öz əsərinə, yazısına qalib gələn,( yəni qəlbinin qılafında qumru kimi görsənən göyərçini susduran) yazar, daha ağzını Allah yoluna qoyub nə gəldi, hara gəldi yazmır, nə yazdığının bilincində olub, yazı gəmisinin sükanını əlindən buraxmır. yazının başını buraxsan, vəhşi dalğaların iradəsinə yenilərək gəmi gedib kimsəsiz adaların qaya parçalarına dəyəcək, yenidən səni don kixota çevirəcək. axı, bu gün istənilən ictimai siyasi dönəmdə, formasiyada, diktator rejimdə, monarx üsul idarəsində robinzona dönüşmək, oxşamaq, onun taleyini yaşamaq dünyanın gedişatında düzgün və uyğun deyil.(bu cümlənin ikinci anlamı həm də odur ki, yer kürəsinə, yer sivilizasiyasına yönəlmiş verimli və yardımçı çağdaş kosmik dalğaların bizdə təcəssüm edən, sənət və sənətkarlıq orbitində təmsilçiliyini gözdən salıb, şərə təslim etmək olmaz, düzgün deyil.) ( həm də ki, girdabında səyahət və macəra həvəsi gizlənmiş təxəyyüllə, ilahi inzivanın gətirdiyi metafizik seyr başqa təlatümlərdir.) yazar Allahdan aldiğı fərasətini öz ağlının məharətindən çıxarmağı bacarandır. məncə, yazar bu ada tənhalığındakı robinzonluğu qədər kimi, yazı kimi deyil, ağlının hesabına ortaya çıxarmasıyla zamanın lazımlı mətnsəl ehtiyacını fərd adından ümum ədəbiyyat adına “təşkil edə bilər”. yazar burda kitabı yazmaqdan çox sanki, kitabın tərtibatı, çapi, yayımı, onun ictimaiətə təqdimatı rolunu daha çox yüklənmiş durumunda görsənir:- təşkilatçi! bu ədəbi həqiqətin diskriminasiyası başqa bir anlam, məna, mahiyyət öhdəliyini bizim boynumuza qoyur.

***

orxanın əsərinin gizlinlərində nə qədər sufiyanə səbatlıq isabətini sürdürsə də, bu sufiyanəliyin əsas kökləri şərqin min bir sehrkarlıqla yaşatdığı islamaqədərki anlayışlarında və inanclarında da boy verir, mətnə yiyəlik, estetik macala dədəlik, kişilik eləyir. buna hardasa tarixi təfəkkürün bədii elementə yönəlik “həkətinə” sənətdə gerçəkləşən reankarnasion ayamasını da yapışdırmaq mümkün. eyniliklərin fərlqi şəkillərdə canlı və cansız, məna və ideya, hadisə və situasiyalar, tarix və zaman kimliyində, cildində təkrarlanmasının da kökündə yazarın qarşısını ala bilmədiyi təhtəl inancıdır. bu inancda bəzən obrazlarını, insanlarını yandırdıqdan sonra basdırmaq istəyinə yönəlir. bu yanğın buddizmin ardınca bir az da zərdüştün varlığımızda ilişib qalmış barmaq izlərinin ayrıdı, özgəliyi, başqalığı kimi də hökmünü üzümüzə oxuyur. ancaq bütün bunlar yazarın ağıl süzgəcinin mexanizmasındakı sistemlə islam sufiyanəliyinin adı altında cərəyan edir.

yazar mətn boyunca nə dədəni, nə ustadı, nə əlifbanı, nə nuru paşanı, nə 1918-ci ili, 1937-38-ci illəri, nə 2-ci dünya savaşını, nə qatili, nə kriminalliği öldürə bilmir. bu

detallar əsərdə yarı simvol kimi, yarı fakt, yarı tarix, yarı ideologiya formasının təzahürü kimi bir yurdun, etnosun, millətin adına böyüdükcə, yazar “əzrayıl görəvini”, “cəllad və qatillik vəzifəsini” yerinə yetirmək istəyir ki, bir xalqın varlığına böyüyən bu faktorlar yeni nəsillə yeni mahiyyət, yeni güc qazansın. (reaksiya alınsın kimi.)

bütün gerçəkləşən azərbaycan adlı bir xalqın mədəniyyəti üzərində “can qazanıb ruh alan, hüceyrələrini oluşdurub orqanizminə ayna göstərən” sonra da millətlər içində imzasını var edən bir həyəcanla, böyük şərin etnik təvazökarlığımızdan sui- istifadəsinin şifahi faciəsin bir elegiya kimi də əsərə yanaşmamızın mümkünlüyü əlifba sindromuyla xatırladılır.

burdakı bütün əlifbalar əslində milli kimliyimizə qədər, tale adlı yazılarımızı oxuma üçün gərəkirdi. bu oxuda, bu yazılardakı mətnlər isə o qədər “ölü olaraq” tanıdılır, təqdim olunur ki, mətləb və mahiyyətin səninlə, zamanınla təmasa keçməsi üçün diriliş, mətn mətləbinin dirilişi gərəkir. qiyamətin gəlişi, apokalipsis zühuru üfüqdə görünməlidi…

bir sözlə, azadlığı insana cani-dildən yaraşdıran yalnız sənətdir, heç insanın bu yoldakı mücadiləsi də deyil..

***

əsərdəki sufiyanə təlqinlər və atıflar əsasən vəhdəti-vücud fəlsəfəsiylə bağdaşlaşır. müəllif azərbaycanla bağlı olan hər bir şeyin, zamanın, tarixin, şərin, xeyrin də bir olmasını, vahidliyini istəyir. o istəyir ki, bu birlik, hər şeyin bir-birində həzm və həll olunması, sonucda yaradanda öz növbəti mərhələsini sevinc dolu müjdəylə alsın. bu estetik təmayül olduğu sürəcə, mədəniyyətin qan damarlarında ancaq mutluluq (xeyrin təntənəsi) digər mədəniyyət və toplumlarla dialoq içərisində, qarşılıqlı anlaşma müstəvisində cövlan edəcək. bu ədəbi təfəkküranə cəhdi də hürufi əlifbasının batini üzüylə oxumaq daha yeydir, qafil!

fərqli, müxtəlif cism, əşya, canlıların müxtəlif şəkildə təzahürü, qarşımıza çıxması və bunların başında cərəyan edən hadisələr, özəlliklə şər güclərin şirəyə cumması, hər dəfə yeni mətnin yeni əlifbasını doğurur.

sözsüz ki, orxan əsərində dünya bədii örnəklərindən ustalıqla bəhrələnmələrə qol qoymuşdur. ancaq bu bəhrələnmələr ustalıq və təcrübəni tapdayıb keçmir, daha başqa üslub və texnologiyalara yaradıcı təxəyyülü sövq etməyindədir. əsərdə heç nəyi bir - birindən aralamaq, ayrı tutmaq, görmək mümkün deyil. o zaman vurğulanan şər fonundakı situasiya və detallar azərbaycanı da bizdən ayırıb uzaqlaşdırma çabalarına start verər, bizim ümumi bir faciə qurbanlığımızı ancaq

“topdansatiş” tələskənliyi və ya mənəvi-milli-mədəni sərmayə birikiminin infilyasiya yarıtmazlığına, uğuruna sürükləndiyinə pəncərə açmış olardı. /publika.az/

Yenililklər
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.