Rüstəm Behrudi: “İstəsəm, mələyi Allahın əlindən alaram” - MÜSAHİBƏ
18.09.13

“Yazıçılar qadınlar kimi yaşını gizlədir”


Şair Rüstəm Behrudi ilə müsahibə.



- Rüstəm müəllim, bu gün ad gününüzdür. Ad günü təəssüratlarınız necədir? Yaşa dolmaq nə hiss etdirir?


- Qadınlarla yazıçıların yaşı bəlli deyil. Çox qəribədir, qadınlar kimi yazıçılar da yaşını gizlədir. Burada nə var, özüm də baş aça bilmirəm.

- Şair qəlbi bu sirri çözə bilmir?

- Yox, çox acizəm bu sirrin qarşısında. Bu günə kimi həmin sirrin üstündə baş sındırıram. Amma heç aça bilmədim bu sirri. Allah mənə ömür versə, bu sirri açacam. Sözün düzü, qadınları başa düşürəm. Amma şairlərin yaş gizlətməsini anlaya bilmirəm.

- Doğum gününüzü harada və kimlərlə qeyd edəcəksiniz?

- Vallah doğum günümün olmasından xəbərim olmayıb. Bu gün səhər qəzetlərə baxıram ki, ad günümdü. Həm də məni təbrik ediblər. Qardaşlarımla, doğma bildiyim adamlarımla bir arada olacağam. Axşam bir çay süfrəsi üstündə birləşəcəyik. Oturub dərdləşəcəyik. Keçmişimizi xatırlayacağıq. Bizim də doğulub-böyüdüyümüz və oradan Bakıya gəlib yerləşdiyimiz yerlər var. Hərçənd ki, bizim çay süfrəmiz də bir bəhanədir. Qardaşlarım belə bir süfrə təşkil edəcək, amma düzünü deyim ki, mənim olanlardan və olacaqlardan xəbərim yoxdur.

- Bəs siz necə istəyirdiniz? Ad gününüzdə harada olmaq istəyirdiniz?

- Doğulduğum ocaqda olmaq, anamın yanına getmək istəyərdim. Kənd havası mənə dəyəydi. Anam da ordadır. Onunla dərdləşmək, saçını oxşamaq istəyərdim. Anam yaşlanıb, mən ona çay süzüb gətirəydim. Sonra onunla danışa-danışa stəkanları yuyub yerinə qoyaydım. Amma görürsən ki, arzu olaraq qalır.

- Bu arzunu reallaşdırmağa nə mane olur?

- İki günə kimi arzumu reallaşdıracam, kəndə gedəcəm. Əlimdə bir yaradıcı iş var, tamamlamaq üzrəyəm. Onu başa vurub, kəndimə qayıdacam. Orada bir müddət anamın qulluğunda dayanacam. Mən uşaq yaşlarında balıq tutmuşam. Sonra da axşamlar balıq tutmağa gedəcəm. Gecələrsə anam yatandan sonra yazılarımı yazacam. Bundan gözəl nə ola bilər?!

- Dostunuz, həmkarınız Murad Köhnəqala bir qadını sevdiyini dilə gətirib. Şair sevgisiz yaşaya bilər?

- Ay başdan xarab Murad. Şair heç vaxt sevgisiz yaşaya bilməz. Bu yaşda Rüstəm Behrudi də sevir. Sevmək ayıbdır bəyəm?

- Siz də sevirsiniz?

- Əlbəttə. Amma Muraddan fərqli olaraq, mənim xanımım qəlbi sevgi ilə dolu, mənimlə bərabər yaşamağı bacaran qadındı. Yəni, mən kənarda başqa qadın sevgisi axtarmıram. Düzdür, bəlkə bu bir az qəribə görsənəcək, amma həqiqət belədir. Düzünü deyim ki, mənim də qəlbimdə başqa bir qadın olsaydı, onu Murad kimi xalqa bəyan edərdim. Etiraf edərdim ki, belə bir sevgi yaşayıram. Şairlik bütün ömrü boyu özünə bərabər adam axtarmaqdır. Və sonda da onu tapmamaqdır. Mən Muradın sevgisini də etirafını da dəyərləndirirəm. Əsl kişi belə olmalıdır. Yəni sevgisini etiraf etməlidir. Demərəm ki, o, tərbiyəli adamdır, amma istedadlı adamdır. Bəlkə də Murad bunu lağ-lağı mənasında yazıb. O, lağlağı da edə bilər, eyni zamanda sevə də bilər.

- Yazıçılar Birliyindən təbrik zəngi almısınız?

- Bu yaxınlarda mənə Yazıçılar Birliyindən zəng etdilər ki, sizinlə bağlı şikayət var. Guya Bakı Kəndlər Birliyi mənim haqqımda ölüm hökmü çıxarıb. Hələ bundan başqa, Yazıçılar Birliyinə də müraciət ediblər ki, Rüstəmi oradan çıxarın. Mən birliyin üzvü oldum ya olmadım, nə dəyişər? Yazıçılar Birliyi şair və yazıçıların yaradıcılığı ilə məşğul olan yer deyil. 30 ildən yuxarıdır ki, oranın üzvüyəm. Anara da hörmətim var. Amma bir dəfə də olsun, o qapını açmamışam. Bilmirəm ki, məni çıxarıblar ya yox. Əgər çıxarsalar deyərdilər. Bəlkə də çıxarıblar, demirlər. Hər halda bu məlum olacaq.

- Yaradıcılığınız səhv anlaşılır?

- Hə. Dəhşət də bundadır. Mən bunun üçün canım qədər sevdiyim Bakı sakinlərindən və xalqdan üzr istədim. Mən 1996-cı ildə Heydər Əliyevlə keçirilən müşavirədə dedim ki, Azərbaycanda nə qədər yaltaq, riyakar şair, yazıçı varsa, buna görə xalqdan təkbaşına üzr istəyirəm. Bunu deyən adam səhv anlaşılmamalıdır. Mən xalqın ağrısı ilə yaşayan adamam. Sadəcə o yazıda məni düzgün başa düşməmişdilər.

- Etiraf edirsiniz ki, Azərbaycanda yaltaq şair və yazıçılar var?

- Hətta yaltaq olmayan şair və yazıçıları barmaqla saymaq olar. Onlar ədəbiyyat adamları deyil. Bir əlin beş barmağı da bir olmaz. Onlar görüntü yaratmaq üçündür. “Mən də varam” deməklə məşğuldurlar. Ədəbiyyata çox güclü adamlar gəlir. Onları görürəm. Mən gələcəyə inanıram. Şair və yazıçılar tənhalıq axtarır. Bu da yaradıcılıqdan gələn şeydir. Əslində insanın ruhunun rahat olduğu yer tənhalıqdır. Hazırda bağdayam. Burada mən rahatam. Böyük ədəbiyyat tanrını dərk eləməkdir. İnsan yalnız tənhalığında bu şeyləri bacarar.

- Ad gününüzdə zəngini gözlədiyiniz biri varmı?

- Yox. Bunu səmimi deyirəm. Bir ömür yaşayıram. Niyə yalan danışım?! Ömrümdə yalan danışmadım. Nə də bir kimsədən qorxmadım. Məni ətrafımda olan şair və yazıçılardan fərqləndirən elə bu iki cəhət olub. Hətta mən bir dəfə efirdə dedim ki, istəsəm, mələyi Allahın əlindən tutub alaram. Mən elə bir adamam. Amma sevdiyim, hətta həsrətini çəkdiyim, gərcəkdən özlədiyim insanlar var. Belə günümdə həmişə rəhmətlik Əbülfəz Elçibəylə danışardım. Oturub saatlarla dərdləşərdik. İstərdim ki, yanımda həmişə bunlar olsun. Bəylə türkçülük, turançılıqdan danışardıq. Kövrəldim… /aznews.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.