Azad Yaşar - Dodaqlar ələ sarı
18.09.13
Çiçəklərlə nəzakətli davranış qaydası
Çiçəkləri bəlkə də dərməməli eləcə budağında qoxlamalıyıq. Bunun üçün biz onlara sarı əyilməli, deməli, onlara baş əyməliyik onlarsa qarşılıq olsun deyə ətirlərini əsirgəməməlidirlər bizdən. Hər şey eynilə göyərçin əlləri öpdüyümüzdəki kimi olmalıdır - yəni əl dodaqlara deyil, dodaqlar ələ sarı yönəlir - ÖPƏN ÖPÜLƏNİN ayağına gəlir.
|