Cavanşir Yusifli-55 - Rüstəm Kamal yazır

24.09.13

Bu gün məşhur tənqidçi Cavanşir Yusiflinin 55 yaşı tamam olur. Avanqard.net ədəbiyyatşunas, professor Rüstəm Kamalın "CAVANŞIR YUSIFLI: ÖMRÜN POETIK SIXLIĞI" yazısını təqdim edir.
 
“Mən ədəbiyyatşünas deyiləm, mən tale adamıyam”
V.Sklovskinin B.Eyxenbayma məktubundan

Cavanşir Yusiflinin ədəbi taleyi ona qardaşı, görkəmli tənqidçi Vaqif Yusiflinin “Cavanşir” adını verən gündən başlayıb. Deməli, Cavanşir düz əlli ildir ki, ədəbiyyatdadır.
Bir neçə yerdə və dəfələrlə demişəm, indi də təkrar edirəm: Cavanşir Yusifli ədəbiyyat haqqında, bədii mətn və əsər haqqında fərqli nəzəri təcrübələr və ənənələr kontekstində düşünə və yaza bilən beş - altı filoloqumuzdan biridir.
Cavanşir mətni (bəzən ”tekst” yazır) çox sevir. Mətnlə davranmağı , işləməyi bacarir.
Onun sevdiyi filoloji mövqe - kontekstinin (estetik, ideoloji ... .) tapılması və mət­nin (R.Bart kimi, o da mətnlə əsəri fərqləndirir) hüdudlarını və “sıxlıq dərəcəsini” göstərməsidi.
Sevdiyi şairlərin (Nəsimi, Ə.Kərim...) yaradıcılığına Tınyanov prinsipini -“şeir sırasının sıxlığı” prinsipini tətbiq edir. Cavanşir semantik əlaqələri yalnız qonşu sözlər arasında, sətirdə, beytdə deyil, bütövlükdə şeirin simmetrik yerləri arasında da aparır.
Çağdaş poeziyamızın istedadlı nümayəndələrinə həsr olunmuş məqalələrini xatırlamaq və gözdən keçirmək kifayətdir. Poeziya haqqında ən yaxşı yazanlardan biridir Cavanşir.
Onu poeziyada “dilin arxa planı” maraqlandırır. Onu yaxın-uzaq sətirlərin, obrazların gizli əlaqələri, mənalar mübadiləsi və s. maraqlandırır.
Cavanşirin bütün cəhdləri XX əsr Azərbaycan poeziyasının iyerarxiyasını anlamağa yönəlib. Yazılarından və söhbətlərindən gəldiyim qənaət budur: bu ədəbiyyatda hər kəsin yerini gözəl və dəqiq bilir.Və heç vaxt ölçü həddini itirmir.
Onun sevimli şairlərini mən də tanıyıram.”Əli Kərim xəstəliyi “ ilə məni də yoluxdurdu. Sağ olsun. Azərbaycanın bir böyük şairinə mən də “yaxınlaşa” bildim. Əli Kərimə həsr olunmuş ağıllı kitabına kiçik bir söz də yazdım...
Cavanşir janrından asılı olmayaraq, bütün əsərlərə poeziya bucağından baxır. Onun üçün poetika poeziya haqqında elmdir. Cavanşir hətta klassik Azərbaycan komediyalarını poeziya kimi araşdırır.
Cavanşirin şairliyindən də xəbərim var. İlk dəfə bir neçə şeirini bir soyuq qış axşamı “ Baksovet”də bir kafedə oxumağı da yadıma gəlir. Bu şeirləri oxuyandan sonra ağlıma gələn ilk nəzəri qeydlər bunlar oldu: Bu şeirlərdə məna obrazla kəsişmir- daha doğrusu, hansısa sürreal bucaq altında kəsişir. Bəzən predmetin mənası və simvolik obrazı arasında əlaqəni pozur. Cavanşirin poetik mətnlərində (N. Sarrotda olduğu kimi) vahid obyekt yoxdur, fraqmentlərə- “kubiklərə” (məsələn, “Lal” şeiri) bölünür və hər birinin şəffaf süjeti var...
O, Azərbaycan poeziyasını struktur baxımdan təşkil olunmuş vahid süjet kimi anlamağa, araşdırmağa çalışır...
Fikrimcə, Azərbaycanda filoloqları və milli oxucuları iki yerə bölmək lazımdır: Mirzə Fətəlini oxuyanlara və oxumayanlara.
Cavanşir Mirzə Fətəlini mükəmməl oxuyub. Namizədlik və doktorluq dissertasiyalarını Azərbaycan komediyasının poetikasına həsr edib. Komediya, gülüşün poetikası, M.F.Axundov dramaturgiyası isə əslində realizmi, realist təfəkkür tarixini, etnik varlığı ifadə tərzini anlamaq istəyidir. Mirzə Fətəlini isə dönə-dönə oxumaq və ona qayıtmaq gərək- “bir çox düyünlü nöqtələr məhz onun bədii və nəzəri irsində özünə yer tapır” (C.Yusifli).
Cavanşir Azərbaycanın filoloji məkanında sevdiyim, inandığım insandır. Mən yazılarımı ona baxıb yazıram. Onun baxışlarını həmişə üzərimdə hiss edirəm. Tam səmimi deyirəm
Haydı, qardaşım, irəli ! Filoloji fikrimizin inkişafı naminə, yürüyəlim!

Yenililklər
18.01.19
"Vətən ayrısı Rəsulzadələr" təqdim olundu
18.01.19
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək
18.01.19
Nemət Mətin - Suraxanı qəsəbəsinin tarixi haqqında 
18.01.19
2019-cu ilin ilk “Ustad”ı
17.01.19
"Qanun"dan yeni kitab - Çılpaq və Yalnız
17.01.19
İsa Həbibbəyli - Cahana sığmayan şair
17.01.19
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi kitabının təqdimatı olub
17.01.19
Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir
17.01.19
Ankarada “Nazım Hıkmət Azərbaycan ədəbiyyatında” mövzulu tədbir keçirilib
17.01.19
Elza İbrahimovanın yubileyi münasibətilə yeni poçt markası dövriyyəyə buraxılıb
16.01.19
Xalq rəssamı Arif Əzizin və tələbələrinin sərgisi açılıb
16.01.19
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
16.01.19
Vidadi Babanlının iki cilddən ibarət “Seçilmiş əsərləri” çap edilib
15.01.19
Yazıçı Cavi Danın "Məhsəti" romanı nəşr olundu
15.01.19
Bu gün Nazim Hikmətin anadan olmasından 117 il ötür
15.01.19
Əlövsət Bəşirli - Sözün sönməyən işığı
15.01.19
Nəsiminin əsərlərinin yeni akademik nəşrinin hazırlanmasına böyük ehtiyac var
14.01.19
İsa Həbibbəyli: "Sərəncam Nəsiminin dünya ədəbiyyatında tutduğu mövqeyi göstərməyə meydan açır"
14.01.19
Nemət Mətin – Nodar Dumbadzenin “Kukaraça” povesti haqqında
14.01.19
Yavuz Akpınar haqqında dəyərli kitab
14.01.19
XVI əsrdə Azərbaycanda olmuş məşhur ingilis səyyahı və diplomatı kimdir?
12.01.19
Prezident 2019-cu ili “Nəsimi İli” elan etdi
12.01.19
“Dünya ədəbiyyatı böyük bir dənizdir, nə götürsən, qənimətdir” - Səlim Babullaoğlu
11.01.19
IV Gənc Ədiblər Məktəbi fəaliyyətə başladı
11.01.19
Alimlər Misir mumiyalarının sirrini aşkar ediblər
11.01.19
Hədəf Nəşrləri və “XAN” nəşriyyatının ötən ildə ən çox satılan kitabları
10.01.19
Anar Məcidzadə - Nələr çəkdiyimi hardan biləsən?
09.01.19
Azərbaycanlı alimin şeirlər kitabı Türkiyədə nəşr olunub
09.01.19
Azərbaycan bədii janr ənənələrinin Sabir Rüstəmxanlı yaradıcılığında bərpası
09.01.19
“Leyli və Məcnun” operası növbəti dəfə səhnədə
09.01.19
Rus Dram Teatrı: Fəxrəddin Manafovun zəngini gözləyirik
08.01.19
Əlyazmalar İnstitutunun yeni nəşri
08.01.19
Xətai Sənət Mərkəzində növbəti sərgi maraqla qarşılanıb
08.01.19
Nəcəf Əsgərzadə - Fironun dəftərini vərəqləyərkən
07.01.19
“Qobustan”ın qış buraxılışı çapdan çıxdı
07.01.19
“Yeddi gözəl”in səhnə həyatından bəhs edən kitab
07.01.19
Nemət Mətin – Azad cəmiyyətin üstünlükləri
07.01.19
Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılacaq
04.01.19
Gövhər Baxşəliyeva: "Nizami fars şairi deyil, fars dilində yazmış Azərbaycan şairidir"
04.01.19
Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.