Raqif Raufoğlu - Heç olmasa bir dəfə
24.09.13
Hamının heç olmazsa bir dəfə gözlədiyi bir adam olur Lazım olmayan zamanda gələn
Hamı heç olmazsa bir dəfə suallarına cavab axtarır Tanımadığı adamın gözlərində
Hamının heç olmazsa bir dəfə Tanımadığı adama işi düşür Tanıdığı adamlardan danışmağa
Hamı hec olmazsa bir dəfə görüşə çağırır kimisə görüm gələcəkmi deyə
Hamının heç olmazsa bir dəfə balaca bir gündəliyi olur Unutmağa saxladığı
Hamı heç olmazsa bir dəfə Tavana ağcaqanad izi qoyur Maraqsız gecələrdə baxmağa
Hamının heç olmazsa bir dəfə yaşamaq şansı olur. arzulamadığı həyatını yaşamaq
Hamı heç olmazsa bir dəfə doğulur ki, tək qalmasın Ömründə bir dəfə doğulanlar
Hamının heç olmazsa bir dəfə İtirdiyi bir gənclik olur "İnşallah"la itirdiyi
Hamının heç olmazsa bir dəfə gözlərini yumub dediyi bir söz olur: "Heç olmazsa bir dəfə!"
Avanqrad.net
|