Rasət Pirisoyu - Dilimizin böyük şairi

25.09.13

    Ələkbər Salahzadə gözəl şairdir.
    Ələkbər Salahzadə Azərbaycan şairdir.
    Ələkbər Sadahzadə Azərbaycan dilinin şairidir.
    Ələkbər Salahzadənin şerilərinin ardınca düşüb Azərbaycan dilinin elə qatlarına gedib çıxmaq olar ki, o qatlara yalnız şerlə gedib çıxmaq mümkündür.

Amma bu yolla Azərbaycan xalqını nişan verən heç bir dərdə, ağrıya, sevincə, aldanışa, uğura, uğursuzluğa gedib çıxmaq mümkün deyil. Amma Ələkəbər Salahzadənin şerlərində dərd də var, ağrı da, sevinc də, aldanış da, uğur da, uğursuzluq da...
Amma bütün bunlar hamısı ilk növbədə dillə ünsiyyətdən yaranmış dərddir, ağrıdır...  Bu dərd, ağrı konsepsiyadan, dünyabaxışdan, fikir axtarışlarından gəlmir
Ələkbər Salahzadə hər şeyi dillə ünsiyyətdən alır.
Bəzən mənə elə gəlir ki Ələkbər Salahzada nə yazırsa, bunu Azərbayjan dilini gözəlliyi naminə edir. Azərbaycan dili heç bir şairdə Ələkbər Salahzadənin poeziyasında olduğu qədər ifadəli, obrazlı, əlvan görünmür.    Ələkbər Salahzadə poeziyası yalnız dilnən ünsiyyətdə olan bir şairin poeziyasıdır. Dil Ələkbər Salahzadə üçün hər şey deməkdir.
Deyirlər, dil şairlərin vətənidir. Bu mənada Ələkbər Salahzadə öz vətəninin ən böyük vətəndaşıdır.     
    Ələkbər Salahzadə Azərbaycan dilini Azərbaycanın bütün böyük şairlərindən, Məhəmməd Füzulidən, Aşıq Ələsgərdən, Əli Kərimdən, Səməd Vurğundan, Rəsul Rzadan, Ramiz Rövşənədən, Vaqif Səmədoğlundan, Mirzə Ələkbər Sabirdən daha yaxşı hiss edir. Dillə ünsiyyətə görə Ələkbər Salahzadə poeziyası əvəzsizdir. Ələkbər Salahzadə Azərbaycan dili ilə bağlı  poetik axtarışlarında fövqəladə istedad nümayiş etdirir.
    Amma Ələkbər Salahzadə Azərbayan xalqının ictimai, siyasi və mənəvi axtaraışdarında  demək olar ki,  iştirak etmir. Bu mənada Ələkbər Salahzadənin şeri dünən də yazıla bilərdi, bu gün də. Bu şeirləri sabah da yazmaq mümkündür.  Ələkbər Salahzadənin şerlərində  Füzuli şerlərindəki  islam, Mirzə Ələkbər şerlərindəki XX əsr,  Səməd Vurğun şerlərindəki xoşbəxt Azərbaycan yoxdur.
    Ələkbər Salahzadənin şerilərində,  vaxt demək olar ki,  iştirak etmir. Ələkbər Salahzadənin şerlərində vaxt möhrü yoxdur.    
Ələkbər Salahzadənin şerlərində mühit də iştirak etmir. Ələkbər Salahzadənin yaradıcılığı  Azərbaycan xalqına  özünü axtarmağın qadağan olunduğu bir vaxtda meydana çıxan unikal ədəbi hadisədir.
Eyni hadisə bu gün İran Azərbaycanında baş verir. Lakin İran Azərbaycanında  Ələkbər Salahzadə şeri yoxdur.
    Ələkbər Salahzadə bir şairin dillə bağlı edə biləcəyindən daha artıq iş görüb. Ələkbər Salahzadənin Azərbaycan xalqının axtarışlarında iştirak etməməsi onun günahı deyil, bu vaxtın, zamanın, dövrün  günahıdır. Həm də xüsusi izaha ehtiyacı olan bir  hadisədir.    
     Məhz dilin şairi olması  Ələkbər Salahadəyə bir çox şairlərin getdiyi yolu getməyə imkan vermədi. Bu həm də Ələkbər Salahzadə ilə dövr arasında hər hansı ziddiyyətin yaranmasının qarşısını aldı. Ələkbər Salahzadə Azərbaycan sovet ədəbiyyatında bəlkə də yeganə şairdir ki, proqramlaşdırılmış  ədəbiyyatın yaradılmasında iştirak etməyib. O, öz poeziya  proqramı ilə ilə işləyib. Bu Ələkbər Salahzadə poeziyasının həm xoşbəxtliyidir, həm də bədbəxtliyi.
Ələkbər Salahzadənin poeziyası formasına görə Orta əsrlər poeziyası ilə ziddiyyt təşkil etsə də, sözlə  davranışına görə Ədləkbər Salahzadə  Orta əsr şairlərinə daha çox bənzəyir.  Dilin şairi olduğuna görədir ki, Azərbaycanın mənəvi həyatında, ictimai axtarışlarında, eləcə də Azərbaycan ədəbiyyatında böhran yarandığı indiki məqamda Ələkbər Salahzadnin yaradıcılığında bu böhran nəzərə çarpmır. Bu faktın özü çox maraqlı hadisədir.
Çünki bu böhranın dilə dəxli yoxdur. Bu təkcə Ələkbər Salahazadə poeziyası ilə bağla məsələ deyil. Əslində Azərbaycanın bütün sahələrində özünü göstərən böhran DİL şairlərinin heç birində özünü göstərmir.
Ümumiyyətlə, Azərbacanın sovet dövrünün ədəbiyyatı haqqında bizim təsəvvürlərimiz birtərflidir. Biz bu ədəbiyyatın mahiyyətini  ona görə açmaq iqtidarına deyilik ki, Azərbaycan ədəbiyyatı bizə Azərbaycan ədəbiyyatı kimi tanış deyil.  Biz  bu vaxta qədər  Azərbaycan ədəbiyyatını  şərq ədəbiyyatından, eləcə də sovet ədəbiyyatından  ayıran cəhətləri müəyyənləşdirə bilmədiyimiz üçün bizdə Ədəbiyyatı qiymətləndimə mexanizmi  axıra qədər işlənməyib, biz bu işi hələ ki görə bilməmişik.
Elə buna görə də biz meydana çıxan hər hansı ədəbi məhsula miyana,  ümumi,  ədəbi dəftərxanaçılığın   illər uzunu işləyib hazırladığı  cavablar veririk və bu da istedadın mahiyyətini aydınlaşdırmaq baxımından  heç nəyə yaramır. Bu ona görə belədir ki, biz  əbiyyatımızı  ədəbiyyatçı kimi araşdırsaq da,  Azərbaycan ədəbiyyatçısı kimi araşdırmırıq. Biz Aərbaycan ədəbiyyatında azərbaycanlının necə boy atdığıyla   marqlanmırıq,  bizim üçün maraqlı olan insan  mücərrəd insandır, elə bil bu insanın  yeri, yurdu yoxdur, bu insan boşluqda yaşayır.
 Elə buna görədir ki, biz 60-cı iilər poeziyasını yalnız bir tərəfli öyrənmişik. Bu gün Ələkbər Salahzadənin "Ulduz"u məhz buna görə oxucular arasında  uğur qazana bilmir.
Ələkbər Salahzadənin "Ulduz"u daha çox 60-cı illər, daha döğrusu, Ələkbər Salahzadə prinsipləri ilə  işləyir. Ələkbər Salahzadəyə elə gəlir ki, ədəbiyyatı qiymətləndirimənin ən doğru ölçüləri 60-cı illər poeziyası üçün xarakterik olan ölçülərdir.
Əslində dildən fantastik obrazlar ala bilən Ələkbər Salahzadə kimi istedadların  ən güclü tərəfi olan bu amil,  həm də onların ən ən zəif tərəfidir.  
     Maraqlıdır ki, oxucu Ələkbər Salahzadənin timsalında çılpaq obrazlılığı  qəbul etmədiyini təkrar-təkrar nümayiş etdirir. Ələkbər Salahzadə  elitar mühitdə nə qədərə çox tanınırsa, oxucular arasında bir o qədər az tanınır.  Azərbaycan oxucusu  üçün obrazlılıq vaxtla, mühitlə,  tarixlə  bağlı olanda   maraq doğurur  və obrazlılığın əhəmiyyəti oxucu üçün  bu halda meydana çıxır.
Çox güman ki, Ələkbər Salahzadə Azərbaycan əbədiyyatı tarixində dilin böyük şairi kimi qalacaq. Dil yaşadıqca,  Ələkbər Salahzadə də yaşayacaq.
     Mən Azəraycan ədəbiyyatında nə vaxtsa Ələkbər Salahzadə qədər dili  hiss edən, dillə xoşbəxt olan, bütün axtarışılarını dillə ünsiyyətdə quran ikinci şair yaranacağına inanmıram.

P.S.  Ələkəbər Salahzadənin ölümü  məni də  sarsıtmışdı. O vaxt  mən  bu yazını  mətbuata çıxarmaq üçün çox axtardım. Tapa bilmədim. Amma bu gün arxivimi nəzərədən keçirərkən, qəfildən  yazılarımın arasından  qarşıma çıxdı.  Mən bu yazını  nə vaxt yazmışam, yadımda deyil. Yazının bir yerində Ələkbər Sadahzadənin redaktorduğu ilə  çıxan «Ulduz» jurnalından  söhbət gedir.  Görünür  yazı da elə  o vaxtlar yazılıb.  
Amma mən Ələkbər  Sadahzadənin   «Ulduz» jurnalına nə vaxt  başçılıq etdiyni də xatırlamıram.
Elə bilirəm yazını oxuculara təqdim etməyə dəyər. Mən yazının  nöqtəsinə,  vergülünə toxunmadan  oxuculara  təqdim edirəm.

Avanqard.net

Yenililklər
12.05.22
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçirilib
11.05.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevlə bağlı nəşr layihəsi həyata keçirir
10.05.22
Gülnar Səma - Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”
01.05.22
Azad Qaradərəli: "Renessans həsrəti" kitabımın 3-cü cildini çapa hazırlayıram
30.04.22
"Ulduz"un aprel sayı çap olunub
26.04.22
Rövşən Xasayoğlu - Ana Kürüm yatağına dönərmi?
25.04.22
Azad Qaradərəli - Fikir bölüşmək cinayətlərin ən yüngülü kimi
22.04.22
Vasif Əlihüseynin “Azmış kimi”si çap olundu
22.04.22
Simran Qədim - Meta: gələcəyin interneti
22.04.22
Habil Yaşar -  “CinemaPlus”da
22.04.22
Yetmiş dörd yaşın şeiri
20.04.22
Gülbala Dadaş - ŞİR həmişə ŞİRdi, mənim qardaşım...
19.04.22
“Oxu Günü-8” keçiriləcək
13.04.22
“Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib
13.04.22
Hacı Zeynalabdin Tağıyevin haqqında “Xeyirxahlıq mücəssəməsi” adlı kitab  çap olunub
13.04.22
"Şeir sirdi, Adam, sirri bağırmazlar - ulduzlardan utan..." - Qulu Ağsəsin şeirləri
06.04.22
Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi
04.04.22
Kitab haqqında rus klassiklərinin esseləri
04.04.22
Kərbəlada Füzulidən alınan halallıq-REPORTAJ
01.04.22
Fəxri Müslüm - Saçı bulud-bulud bir qız ağlayır
01.04.22
Gənc yazar Nemət Mətnin kitabı Türkiyədə çap olunub
01.04.22
"Ulduz" jurnalının mart sayı nəşr olunub
30.03.22
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
30.03.22
Azad Qaradərəli - Adı Arif olanın...
30.03.22
Azad Qaradərəli - Oljas Süleymenov fenomeni
30.03.22
Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?
30.03.22
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb
19.03.22
“Kəlniyyət” və “Məşəl” jurnalları transfoneliterasiya edilərək nəşr edilib
18.03.22
Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” kitabı çap olunub
18.03.22
“Metafizika” jurnalının yeni sayı (2022/1) işıq üzü görüb
18.03.22
Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
17.03.22
Motazz Muhi Əbdulhəmid Ədəbiyyat İnstitutunun qonağı olub
16.03.22
“Ustad”ın Novruz sayı çap olunub
16.03.22
Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib
16.03.22
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
14.03.22
“Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı çap olunub
14.03.22
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub
14.03.22
Azad Qaradərəli - Onun sarı bənizi
10.03.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
05.03.22
“Ədəbi Proses – 2020-2021” elmi-yaradıcılıq müşavirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.