Akif Səməd - Ölüm, qurtar gordan məni
26.09.13
Güldən soruşan tapılmır, Soruşurlar xardan məni. Əkilməmiş ağacda nar, Asın həmin nardan məni.
Yazını fələklər yazır, Məzarı mələklər qazır, Kətilim, kəndirim hazır, Eləməyin dardan məni.
Çənim gəldi burum-burum, Yolum daşdan hörüm-hörüm, Mən çəkəni çəksin görüm, Kim elədi yardan məni.
Hamımı azıb «babı»dı, Çəkdiyim nə hesabıdı? Yaşamaq gor əzabıdı, Ölüm, qurtar gordan məni.
|