Etimad Başkeçid - Doymadığım sənətkar
30.09.13

Ədəbi tənqid qədər birmənalı qarşılanmayan ikinci bir fəaliyyət sahəsi təsəvvür etmək çətindir.
 
Bəlkə də, ona görə ki, «kritika» (tənqid) yunancadan tərcümədə «mühakimə etmək, ayırd etmək» deməkdir və bəşər övladı, yalan-doğru nə iş görmüş olsa da, mühakimə olunmağı heç sevmir. Sevgisizlik isə sevginin özündən də güclü hissdir.
 
İnsafən, tənqidi sevməməyin obyektiv əsasları da yox deyil. Bu etikadakı paradokslardan biri ilə bağlıdır – insan mənəvi baxımdan kamilləşdikcə özünə daha tənqidi yanaşmağa başlayır və başqalarını mühakimə etməyi artıq özünə rəva bilmir. Daha doğrusu, özünü buna layiq bilmir. (Mühakimə etmə ki, mühakimə edilməyəsən – Bibliya ehkamı da, yəqin, buradan qaynaqlanır). Belə çıxır ki, mühakimə etməli olan adamlar bunu etmirlər, bunu şövqlə etmək istəyənlərə isə bu işi etibar eləmək olmaz…
 
Lakin tarixi təcrübə göstərir ki, bu paradoksda ilişib qalmaqla işi irəliyə aparmaq mümkün deyil. Çünki nəticədə sosial-ierarxiya sisteminin yuxarı pillələrində qərarlaşmış, əksərən mənəvi keyfiyyətləri ilə başqalarından heç nəylə seçilməyən subyektlər dövrəyə girir və hər şeyi dişlərinə vurmağa, çəkməyə, ölçməyə, qiymətləndirməyə başlayırlar.  Bəlli məsələdir ki, yalnız özlərinə sərf etdiyi və ya ağıllarının kəsdiyi şəkildə.
 
Tənqidçinin missiyası məhz bu məsələlərin idrakına söykənir.
Ya sən bu işi profanların öhdəsinə buraxırsan, ya da hər şeyi göz önünə alaraq, bu gedişata çəki-düzən verməyi öz boynuna götürürsən.
 
Sözsüz, burada söhbət Çernışevski və ya Dobrolyubov kimi çox zaman siyasi manifest xarakterli tənqidi məqalələr yazan, indinin özündə də sosrealizm üslubunda sicilləmələr istehsal edən sənətkarlardan yox, ədəbi mətnin özünə istinadən təhlillər aparan tənqidçi-ədəbiyyatşünaslardan gedir.
 
Bu tənqidçi-ədəbiyyatşünas bilir ki, mədhiyyə və ya pamflet janrında yazılmış «tənqidi məqalə»lər tənqidçinin ölüm kağızıdır.
 
Bilir ki, prinsiplər çeşidli qrupların və bir-birindən mənasız «ədiblər»in iddiaların mübarizəsinə qurban gətirildikdə ehtikar olmamaq mümkün deyil.
 
Ona yaxşı məlumdur ki, tənqidçi üçün «mətndən başqa heç nə yoxdur».  Derrida bunu nahaqdan demir. Ədəbi tənqidçinin sözünün kəsəri bilavasitə onun obrazına bağlıdır. Obrazın yoxdursa, qızıl da xırdalasan effekti olmayacaq. Bu obrazın yaranması üçün isə tənqidçiyə görə mətndən başqa heç bir kənar mətləb olmamalıdır…
                                    
***
 
Müasir Azərbaycan tənqidi fikrini təmsil edən tənqidçi-ədəbiyyatşünasların içərisində həmişə maraqla oxuduğum bir imza var – Cavanşir Yusifli.  Təkcə estetik qanunları bilməklə qalmayıb, ciddi etik normaları da gözləyən, yəni oxucunu avam yerinə qoyaraq, bədii əsərin qavranılması üçün sağa-sola hazır formullar və reseptlər səpələməyən, heç vaxt təmkinin pozmayan, ədəbi tənqidin ictimai fikrin bir fenomeni olduğunu hər addımda bizə xatırladan Cavanşir Yusifli.
 
Cavanşirin «Bədii mətnin sirləri», "Bir söz söylə, bu dünyadan olmasın", "Ədəbiyyatda yaşamağın formulu", "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi» Fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış", "Azərbaycan komediyasının poetikası" "Gülüş və dünyanın sonu", "Filoloji fantaziya» və s. kitabları, ədəbi prosesə işıq tutan çoxsaylı məqalələri  ədəbi hadisələrə sadəcə refleksiya kimi görsənmir, çünki onlar həmişə yaradıcı əməyin məhsuludur və bu onu başqalarından müsbət mənada fərqləndirən cəhətdir.
 
Təhlil pafosu, yersiz bəlağəti, klişe yanaşmaları sevmir. Çox zaman yazılarını riyazi əməliyyat aparırmış kimi qələmə alan və müvafiq nəticələr əldə edən sənətkarlardan fərqli olaraq, Cavanşir Yusifli yazıçının obrazlarla ifadə etdiyini və ya etməyə çalışdığını «şifahi» formaya salmağa, anlaşıqlı etməyə həmişə müvəffəq olur. Burada səviyyə və ya standart axtarmalıyıqsa, bu e lə onların göstəricisidir.
 
Yazarlar çox vaxt tənqidçilərdən obyektiv tənqid gözləyir, onları mətnə «qeyri-adekvat» yanaşmaqda suçlayırlar. Ancaq kimsə fərqində deyil ki,  «Obyektiv tənqid»in mütləqləşdirilməsi qədər də tənqidçi obrazını zədələyən, onun əl-qolunu buxovlayan və yazdıqlarını törəmə mətnə çevirən ikinci bir kontekst tapmaq çətindir. Burada önəmli olan tənqidçinin özünün yüksək bilik səviyyəsinə, zəngin dünyagörüşünə malik olması və şəxsiyyətinin bütövlüyüdür. Bunlar varsa, bu insanın «subyektiv» fikri hamıya maraqlı olacaq. Tənqidin humanitar təbiətinə, vəzifələrinə və funksiyalarına cavab verən də budur. Necə ki, Cavanşir Yusiflinin qələmə aldığı bütün mətnlər ədəbi cameədə maraqla qarşılanır və rezonans doğurmadan ötüşmür.
 
Cavanşir Yusiflinin elmi və bədii tərcümələri haqqında ayrıca danışmaq lazım gəlir. Onun P. Züskind, R.Bart, A.Kamyu, T.Eliot, J.P.Sartr, Q.Başlyar, X.Kortasar, X.L.Borxes, P.Elüar və s. kimi korifey imzalardan etdiyi tərcümələr Azərbaycan oxucusunun sevə-sevə oxuduğu əsərlərdir. Ümumiyyətlə, Cavanşirin istər orijinaldan etdiyi tərcümələr, istərsə də, tərcümə haqqında yazdığı məqalələr Azərbaycanda tərcümə məktəbinin formalaşması prosesinə verdiyi əhəmiyyətli töhfələrdir. Təsadüfi deyil ki, BSU-da çapa hazırlanan «Azərbaycan tərcümə ensiklopediyası»nın redaktorlarından biri də Cavanşir Yusiflidir.
 
Bu günlərdə Cavanşirin 55 yaşı tamam oldu. Sözünə, dostluğuna doymadığım sənətkarı həyatının bu əlamətdar günü münasibətilə təbrik edir, ona bol şanslar və yeni uğurlar arzulayıram. /kulis.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.