Günel İmran - Ədəbiyyat marafonu
30.09.13

Ədəbiyyatda kitab satışı, oxucu qıtlığı böhranı gündəmdə olduğu mövsümdə sevdiyim Hollivud filmi “Atları da vururlar, elə deyilmi?” (They Shoot Horses, Don`t They?) ağlıma gəldi. Rejissor Sidni Pollakın bu möhtəşəm ekran əsərində hadisələr Amerika böyük iqtisadi böhran yaşadığı 1930-cu illərdə cərəyan edir. Sonda qalibi pul mükafatı gözləyən rəqs marafonunda kimi bir boşqab yemək, kimi isə məşhur olmaq üçün ölümünə yarışır. Aylarla sürəcək və ən sona ayaqda qala bilən cütlüyün qalib olacağı bu marafon həyatdan yetərincə yorulmuş insanlar üçün tək ümid olur.
 
Əslində oxucu sayının yazar sayından daha az olduğu ədəbiyyatımızdakı vəziyyətdə at marafonunu xatırladır. Hamı bugünkü ədəbiyyata qalib gəlmək istəyir. Bunun da yolu kitab satışından keçir. Satış isə bazar aparıb çıxarır. Bir neçə gündə bizim oxucu sayına həsəd belə apardığımız ölkələrin saytlarını araşdırdım. Nəticəyə gəldim ki, hamısında kitab oxunmamasından şikayətlənirlər.
 
Yazmaq mənəvi tələbatdır. Tələbat isə fərdin şəxsiyyəti və mədəni səviyyəsinə müvafiq olaraq özünəxas formaya düşmüş ehtiyacdır. Təbii ki, mənəvi tələbat deyərkən hal-hazırda üstünlük təşkil edən qrafomaniya patologiyasından söhbət getmir. Dərc olunmaqdan vaxt tapıb bir şey yaza bilməyib də vikipediyadan “copy-paste” edib qarşısına imzalarını atıb esse deyə oxucu beynini kirşanlamağa cəhd edənlər də az deyil. Sanki marafondayıq. Ədəbiyyatın məqsədinin kommersiyaya çevrildiyi zamanda yazan hər kəs irəliləməyin formulunu axtarır.
 
Həqiqətən dünya səviyyəsində tanınmağa layiq istedadı olan yazarlarımız da var. Bəs onlar nə etsin? Dünyanı fəth etməyə bir az uzaq nöqtədə dayandıqlarından epataj şəxsiyyətə çevrilsinlər? Hər kəsin bir-birinə dünya şöhrəti qazanmış yazarları misal gətirdiyi cəmiyyətimizdə kitab satışında rekord rəqəmə çatmaq istəyirsənsə onlar kimi olmalısan. Amma bir şeyi unuduruq ki, onlar da milyonlarla yazarın arasından seçilən tək-tük adamlardır.
 
Digər tərəfdən özlərini ciddi ədəbiyyat yazarı hesab edənlərlə populyar, kütləvi ədəbiyyat yazarları qarşı durmasıdır. Axı asan oxunan, ağır məna yükü daşımayan gənclərə, qadınlara xitab edən realist kütləvi ədəbiyyatın populyarlığından nəyə görə qorxmalıyıq? Bəli, populyar ədəbiyyatı oxuyan, bu kitabları alan çoxdur. Amma bu oxucu və yazarın seçimidir. İstəyirsənsə kütləvi ədəbiyyat yazarı ol.
 
İçindən gəlmirsə kitab satışına görə süni şəkildə kütləvi ədəbiyyata üz tutmaq özünü çərçivəyə salmaq kimidir. Ədəbiyyat çərçivələri yaratmır, dağıdır. Yetər ki, özümüz təxəyyülümüzü çərçivə içində saxlamayaq. İnsafən düşünək, “Harri Potteri” Coan Roulinq deyil də bizim yazarlardan kimsə yazsa özümüz bəyənəcəkdikmi? Bu yazar bizlərdən olsa idi, kifayət qədər yerə yaxın adamlar dəqiq onu şizofren adlandıracaqdı. Hər ədəbiyyatın öz oxucusu var və hər zaman da olacaq. Bəli, kitab satışı marketinqdir. Kitab bazarının öz ehtiyacları var. Kitab ehtiyacının mənəvi olduğuna əsaslansaq Ədəbiyyat özü oxucusunu  yetişdirməlidir.
 
Yenə bizim marafonu xatırladan filmə qayıtmaq istəyirəm. Hər kəsin qalib gəlmək həvəsi ilə qatıldığı marafon sonda iştirakçıların mənəvi rahatlığın əlindən alır. Marafon təşkilatçıları daha çox izləyici toplamaq məqsədi ilə iştirakçıların vəziyyətini müxtəlif hiylələrlə çətinləşdirir. Qəsdən qalmaqallar yaradır. Qalib gəlmək və yarışı yarıda buraxmamaq üçün ölmüş iştirakçını özü ilə sürüyən Qloriya (Jane Fonda) qalibiyyətə çox yaxın ikən yarış təşkilatçısından öyrənir ki, əslində qalib gəldiyi təqdirdə mükafat əvvəlcədən deyildiyi məbləğ olmayacaq.
 
Həmin puldan yemək, qalmaq, tibbi xidmət xərcləri çıxılacaq və yerdə qalacaq məbləğ çox cüzi olacaq. Bu marafonda çəkdiyi dözülməz əzablardan sonra Qloriya yalnızca ölmək istəyir və rəqs partnyoruna tapança uzadaraq onu öldürməsini xahiş edir. Qızın baxışlarında şikəst qalmış atı görən Robert onu vurur. Marafon isə davam edir. Və filmin finalında aparıcı bu sözləri deyir:
 
- Taleyin saatları ötür, tale rəqsi davam edir.

Avanqard.net
 

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.