Dilqəm Əhməd - Qadın intiharla əl sıxışır...
01.10.13
Bir qadın
Hər yer soyuqdan, soyuq isə onun ürəyində donub qarda paltosuna, ürəkdə kədərinə bürünən bir qadın yürüyür kölgəsindən üç addım geridə Bir əlində əlcək, bir əlində etinasızlıq Boğazında şərf, başında qərarsızlıq Gözlərinə yaş, fikirlərinə daş ağırlığı çöküb Ən son ona çatdığından xoşbəxtlliyin beli bükülüb Bir qadın yürüyür, bərk-bərk qəhərini düymələyərək Qar təmizliyindən qaçaraq, sevinci düyünləyərək. Göz gör-görə qadın intiharla əl sıxışır Çovğun qar altında intihar və qadın bir-birinə qarışır.
|