Nigar Rəfibəyli və Ənvər Məmmədxanlının kitabları Türkiyədə
01.10.13

Bugünlərdə Türkiyədə Nigar Rəfibəylinin “Ela gözlüm” və Ənvər Məmmədxanlının “Kırmızı gonçalar” adlı kitabları Avrasiya Yazarlar Birliyinin “BenGü” nəşriyyatında türkcə işıq üzü görüb.

İndiyə kimi onlarla Azərbaycan yazarının əsərlərini həm “Kardeş kalemler” dərgisində yayımlayan, həm də ayrıca kitab halında çap etdirən Avrasiya Yazarlar Birliyi, başda sədr Yaqub Öməroğlu olmaqla bu dəfə də ədəbiyyatımıza xüsusi diqqət sərgiləyiblər. Belə ki, kitablar Birliyin sədri Yaqub Öməroğlunun şəxsi təşəbbüsü ilə Nigar Rəfibəyli və Ənvər Məmmədxanlının yüz illik yubileylərinə həsr edilib.

Qeyd edək ki, Nigar Rəfibəylinin “Ela gözlüm” kitabı Anarın “Durna taleyi” adlı önsözü ilə çapdan çıxıb. Kitabda şairənin “Sağlıqla qal, yaxın qonşu” adlı səfər yazısı, şeirləri və fotoları yer almışdır. Əsərləri tərcümə edənlər Canan Avşar və İmdat Avşardır. Bundan əlavə Yaqub Öməroğlunun Nigar xanıma aid düşüncələrini əks etdirən kiçik bir essesi də kitaba daxil edilib. Y.Öməroğlu Nigar xanımı sevimli şairəsi adlandıraraq yazır: “Sevdiyim şeirlərin müəllifi kimi tanıdığım Nigar Rəfibəylinin həyatı haqqında oxuyandan sonra o mənim ürəyimdə zərif, titrəyərək baxdığım büllur bir abidəyə çevrildi. Bəlkə də bəzi dostlar məni anlamağa çətinlik çəkəcəklər, amma Azərbaycanın böyük şairi Rəsul Rzanı Nigar xanımın həyat yoldaşı olduğu üçün daha çox sevdim. Rəsul Rzanın poeziyası, Azərbaycan ədəbiyyatına xidməti, gətirdiyi yeni nəfəs, bunları izah və təqdir etməyə ehtiyac yoxdu. Bunlar hamısı faktdır, o çox böyük şairdir, amma dediyim kimi Nigar xanımla evliliyinə və bir ömür sürmələrinə, “iki bədəndə bir ruh” olmalarına görə Rəsul Rzanı daha çox sevdim...”

Ənvər Məmmədxanlının “Kırmızı Goncalar” kitabı isə gənc yazıçı Pərvinin “Ənvər ağrısı” adlı önsözü ilə çapdan çıxıb. Ənvər Məmmədxanlını Türkiyə oxucularına təqdim edən Pərvin yazır: “Ənvər Məmmədxanlı zəmanəsinin sığalını da – Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Xalq yazıçısı fəxri adları almasıyla, zərbəsini də – “Şərqin səhəri” pyesinin SSRİ Dövlət mükafatına layiq görülüb, mükafat alanların siyahısında adının olmamasıyla... dadmış sənətkardır. Əslində bəlkə hər ikisini daha fərqli, daha ağır dadmışdı. Bütün bunlar onun keçmişində, avtobioqrafiyasında, bizim ədəbiyyat tariximizdə qalıb. Son günlərdə Ənvər Məmmədxanlı yaradıcılığına yenidən nəzər salanda onun böyüklüyünü, yüksəkliyini hiss etdim. Amma bunu daha yaxşı anlamağımız üçün ona başqa gözlə, daha həssas ürəklə baxmalıyıq...”

Kitabda Alper Tuncay Altay və Adem Yeşilin tərcüməsində yazıçının “Karvan dayandı”, “Qızıl qönçələr”, “Ana bulvarda”, “Cazibələr”, “Ayrıldılar”, “Buz heykəl”, “Ay işığında”, “Ananın ölümü” hekayələri yer alıb.

Hər iki kitab III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında oxuculara təqdim edilib və maraqla qarşılanıb. /525.az/



Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.