Rasət Pirisoyu - Furqan Sadığın seirləri
02.10.13

Mən Furqan Sadığı  tanımram. 
Amma  Furqan Sadığın  şeirlərindəki ovqatı yaxşı tanıyıram.
Bu oqatın (bu «ovqat»  sözünü şərti qəbul edin )  müasir  Azərbaycan  ədəbiyyatında   əməlli - başlı    tərcümeyi - halı var. Mən  bu ovqatda yazılan şeirlərə ilk dəfə Əlisa Nicatın yaradıcılığında rast gəlmişəm. 
Sonra mən  bu  şerləri    Vaqif Səmədoğlunda  gördüm.  Vaqif Səmədoğlu  bu ovqatın üstündə əməlli -başlı şair  işi  apardı.  Kimin  yazmasından asılı olmayaraq   indi  bu şeiri  Azərbaycan ədəbyyatında Vaqif Səmədoğlunun  şeiri kimi tanıyırlar.

Məndə belə bir qənaət formalaşmışıdı ki,  bu şeir  deyəsən keçən əsrdə qaldı.
Amma görünür belə deyilmiş.
Mən bu şeirə bir ara  Günel Mövludda da rast gəldim. Doğrudur,  Günelin şeirlərində  S. Yesenin  temperamenti  açıq - aşkar hiss olunurdu. 
Sergey Yesenin hara, Vaqif Səmədoğlu hara? 
Bu əlaqə  ilk baxışda  ağıla sığmır.  Amma şəxsən  mənim  təsəvvürümdə bu yaxınlıq  heç bir  sual doğurmur.  Bu da öz növbəsində  Günelin şeirinə  bir  «rus azərbaycanlılığı» gətirirdi.

İndi  bu şeirləri Azərbaycanda gözəl  şair Mahir Mehdi yazır.
Mahirin şeirlərində bu ovqat  çox yorğundur. Hər halda mən belə hiss edirəm…
Daha bir neçə nəfərin  də  adını çəkmək olar.
Məncə  bəsdir

Amma Furqanın şeirlərində   bu « ovqat»    açıq   -aydın,   sinədolusu  nəfəs  alır.
Əlisa Nicatın şeirlərində  bu ovqata bir heyranlıq vardı.
Vaqif Səmədoğlu, Mahir Mehdi  və  Günel Mövlud haqqınlda dedim.

Furqan Sadığln  şeirləri    isə  təpədən -  dırnağa  bu ovqatın içində olan,  amma bu ovqatdan bezən, bu ovqatla əməlli - başlı   mübahisə  quran,  hətta bu ovqata ironiya ilə yanaşan  bir adamın şeirləridir.

Mən çoxdan  idi ki,  gənc şeirimizdə sənətkarlıq məsələsi görmürüdüm.
Furqan Sadığın   şeirləri  mənə gümanımda yanılıdığımı açıb göstərdi.
Azərbaycan  ədəbyyatı  min illər  boyu  eyni mövzunu   bu və ya digər baxımdan təkrar- təkrar  işləməyi özünün sənətkarlıq məsələsi hesab edib.

Məsələn , elə «Leyli və Məcnun»  mövzusunu görün.  Bu  mövzunu  neçə şairimiz işləyib?
Bəlkə də sayı - hesabı yoxdur.

Mən Azərbaycan ədəbyyatında  bu təcrübənin  qorunub saxlanmasının tərəfdarıyam.
Əks halda Azərbaycan ədəbyyatı öz milli simasını itirə bilər.
Bu «milli  sima ifadəsi»  heç kəsi qorxutmasın!
Mən  ictimi həyatada, siyasətdə,  xüsusən də  adamlar arasında  millətçilikdən,  xüsusən də etnik millətçilikdən iyrənirəm.
Amma mədəniyyətdə  «millətçiliyin»  tərəfdarıyam.

Millətçi olmayan mədəniyyət milli ola bilməz. Milli olmayan mədəniyyətin isə  tərcümyei - halı,  həyat tərzi, dəyərləri olmur.
Mən hətta mədəniyyətdə  «regionçuluğa  da» pis baxmıram.

Məsələn,  «Şəki pitisi» ilə,  «Lənkəran ləvəngisi»  arasında  hər cür   «milli  qarşıdurma»   mənə  ləzzət eləyir.
Ədəbiyyat  da belədir.  Mövzu da belədir.  Sənətkarlıq  məsələləri   də belədir.

Həqiqi,  səmimi olan    bəzən   uzunu  müddət  unutduğu həqiqətləri   yenidən insanın  yadına salır,  buna görə  insan  özünü  çox  xoşbəxt hiss edir.
Furqan Sadəğən  şeirləri  çoxdan unutduğum qənaətləri   yenidən yadıma  salıdığı üçün  mən ona minnətdaram, ümid bəsləmək istəyirəm ki,  Furqan indiki şeir sərsəmliyi  içərisində  öz içərisindəki şeirə daha çox inanacaq və həm də  öz şeirini  müdafiə etməyi  bacaracaq.

Avanqard.net

Yenililklər
21.01.20
İradə Musayeva - Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
14.01.20
Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya çap edilib
14.01.20
 “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək
09.01.20
“Ədəbi Proses – 2018” kitabı çap olunub
31.12.19
Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
28.12.19
Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib
28.12.19
Ülvi Babasoy: "Çağdaş ədəbiyyatda dil bəlkə də heç onuncu yox, iyirminci yerdə dayanır" - MÜSAHİBƏ
28.12.19
"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
27.12.19
Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Mərahim Nəsib - Şəms Təbrizinin məktubu
27.12.19
AYB-nin Gənclər Şurasının üzvləri ədəbi orqanların redaksiya heyətinə qəbul edilib
26.12.19
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
25.12.19
Səxavət Sahil - Qafqaz müharibəsi rus ədəbiyyatında
25.12.19
Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib
24.12.19
Gülbala Dadaş - Sonsuz dərya gizlədib, özündə bu adanı. 
23.12.19
“Metafizika” (ISSN 2616-6879) jurnalının 2019/4 sayı nəşr edilib
21.12.19
Şəhla Aslan - Feminizmindən qorxanlar...
21.12.19
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
17.12.19
“Qafqaz müharibəsi rus ədəbiyyatında” kitabı haqqında bir neçə söz
16.12.19
Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib
12.12.19
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
12.12.19
Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” monoqrafiyası  olunub
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.