Səbinə Məmmədova - Kaş ki…
03.10.13

Dünən bir ana gözlərini əbədiyyətə yumdu…Hansı ki, özü dünən balaca, ana qoynunda uyuyan qızcığaz idi… Dünən daha iki körpə anasız qaldı… Daha bir kişinin yanı boş qaldı, beli büküldü…Dünən daha  bir evin ocağı söndü, işığı qaraldı…Daha heç vaxt o evin mətbəxində qazanlar qaynamayacaq, daha heç vaxt o evə qadın əli dəyməyəcək…heç vaxt…Heç vaxt…

Bu heç vaxtlar bitməyəcək…Çətin ki, bitsin…Bitsə də əvəzinə kaşkilər, faydasız peşimançılıqlar başlayacaq. Bu dünyada dərdlər çoxdu, amma eləsi var ki, adamı  sümüyünə, iliyinə kimi yandıra bilir. Ürəyinin yağını, ciyərini, birbaşa içini yeyə bilir…Belə dərdlər bir gün hamımızı gözləyir əslində…Bir gün hamımız bu dərdə düçar olacayıq…Əslində bütün həyatımız boyu bu dərdlərin qorxusunu çiyinlərimizdə daşıyırıq…Sevdiklərimizi itirməkdən, bu ağrılı dərddən danışıram. Hamımızın içində bu qorxu var deyilmi?

Şəxsən tanımasam da tənqidçi Elnarə Tofiqqızının dünənki vəfatı məni sarsıtdı…Xəbəri eşidər-eşitməz mərhumun facebook profilini açdım. Geridə qoyduğu iki körpə balasının gözlərindəki xoşbəxtlik, simalarındakı məsumiyyət bu itkini daha yandırıcı edir…Sadəcə heyf deyə bilirsən… Bütün bunlarla yanaşı onun sevdiyi insanı, həyat yoldaşının indi hansı durumda olduğunu düşünəndə adamın sadəcə qanı donur…Amma hər şey keçəcək… Necə deyərlər torpağın “üzüsoyuqdur”.  Günlər, həftələr aylar, illər nə qədər çətinliklə də olsa, zülmlə də olsa keçəcək. Guya nələr keçməyib ki?! Ehhh…..

Belə məqamlarda adətən qohumlar, dostlar, tanışlar dərdi olan adamın başına toplaşır, onu tək qoymamağa çalışır…Amma bütün bunlar bir yerə qədərdi…Bir təsəvvür edin hər kəs öz sevdiyinə sarılıb uyuyurkən, siz yanınızdakı boşluğu iliyinizə qədər hiss edirsiniz… Bu boşluq əvvəldə adamı üşüdür, tək qoyur, tamam tək…Ən sonda məhvə sürükləyir…

Bir qadın sevdiyini, həyat yoldaşını itirdiyi an uşaqları yetim özü isə dul qalır, amma bir kişi həyat yoldaşını itirsə həm özü həm də uşaqları yetim qalır…

Çox ağrılı və sözün bitdiyi məqamdır…Kaş ki, heç kim ölməyəydi…Kaş ki, ən azından sonuna qədər sevdiklərimizi qorumaq gücümüz olardı…Kaş ki….kaş ki…

Yaxınları və dostları həmin ailəyə necə dəstək olacaq bilmirəm, amma bir yerlərdən tutunmağı və ovunmağı bacarmaq lazımdı, ən azından o iki körpə balaya görə…

Allah rəhmət eləsin…! 

Yenililklər
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
17.07.19
Yeni kitab: “Dilin elmi və estetik problemləri”
17.07.19
Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb
16.07.19
"Qanun"dan yeni nəşrlər
16.07.19
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
15.07.19
The Guardian: Audiokitab mütaliənin gələcəyidir
15.07.19
Azərbaycanda növbəti Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
12.07.19
Alber  Kamyunun "Xoşbəxt ölüm" kitabı çap olunub
12.07.19
Fərid Hüseyn AYB-nin Gənclər Şurasının sədri seçildi
12.07.19
Nəsiminin qəzəl və rübailəri Moldovada nəşr olundu
11.07.19
Məczub Təbrizinin “Divan”ı Təbrizdə nəşr olunub
11.07.19
Məmməd Səid Ordubadinin "Qanlı Sənələr"i çap olunub
11.07.19
Dillər Universitetində Səlim Babullaoğlunun almanca kitabının müzakirəsi
10.07.19
Şəhla Aslan yazır - Eynşteyn və nağıllar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.