Etimad Başkeçid - Ədəbiyyat elitasının piyadalığı
04.10.13

Böyük fransız inqilabının «Azadlıq, bərabərlik, qardaşlıq» idealı solçuların idollarından olan Vladimir Leninin dilində «dövləti istənilən mətbəx qadını idarə edə bilər» şəklini almışdı.
 
Sonrakı gedişat göstərdi ki, yox, edə bilməz - aşbaz qadının gözəlliyi elə onun dadlı, gözəl yeməklər bişirməsindədir.
 
Sosium isə bütün hallarda elita, yəni fransızcadan tərcümədə «seçilmişlər, ən yaxşıları»  tərəfindən idarə olunur və ya olunmalıdır. Bu məsələdə velosiped icad etməyə ehtiyac yoxdur.
 
Ömrü-billah əlinə qəzet-kitab almayan, heç bir dəyərə tapınmayan, eyş-işrətdən başı açılmayan meşşan subyektlərdən elita qayırmaq mümkün deyil. Hələ onların seçiminə hörmətlə yanaşmaq heç mümkün deyil – özün nəsən ki, bəyəndiyin də nə ola!
 
Bunlar hələ qədim yunan demokratiyasından bəlli olan məsələlərdir. İndiki dünyada «demokratiya» anlayışı tamamilə təhrif olunub və baş-ayaq başa düşülür. İlk baxışda hər şey aydındır: demos – xalq, kratiya – hakimiyyət deməkdir, demək ki, demokratiya xalq hakimiyyəti anlamı verir. Əslində isə «demos»lar qədim yunan cəmiyyətinin yalnız kiçik bir hissəsini təşkil edirdi.
 
Demos adlanmaq üçün insan, etikadan tutmuş ritorikaya və astronomiyaya qədər, azından yeddi elm və sənət sahəsindən xəbərdar olmalı idi. Elitanı da demos formalaşdırırdı, yəni azad vətəndaşlar. Qədim yunanlar yaxşı bilirdi ki, bu işi vətəndaş hüququnun nə olduğunu kəsdirməyən savadsız qul-qaravaşın,  yalnız qarnını otarmaqla məşğul olan «ikiayaqlı qanadsız varlıqlar»ın ( Platonun insana verdiyi tərif ) öhdəsinə buraxsan, demokratiyanı bilmərrə silib-süpürərlər. Demokratiyanın dirəyi sayılan Amerikada indinin özündə də ümumxalq seçkiləri keçirilmir, prezidentin özünü belə azsaylı «seçicilər kollegiyası» seçir.     
 
Müxtəlif dövrlərdə elita müxtəlif prinsiplər əsasında formalaşdırılırdı. Lap qədimlərdə kim güclü idisə, haqlı və hakim olan da o idi, sonralar mənşə, var-dövlət, müasir dünyada isə savad və intellekt, qabiliyyətlər və bacarıqlar əsas götürülür. Çünki digər hallarda cəmiyyət, qaçılmaz olaraq, deqradasiyaya uğrayır və sonda ömrünü daha yaxşı təşkil olunmuş başqa cəmiyyətlərə bağışlayır.
 
Bu günkü Azərbaycanda ədəbiyyat, sənət, mədəniyyət elitalarının ümumi vəziyyətinə baxanda çox zaman başını qaşımalı olursan.
 
Digər xalqların öyündüyü və fəxrlə irəli verdiyi elitar mədəniyyət bizdə özünüqoruma instinktini tamamilə itirib, dəyişilmədən qorxa-qorxa kütləvi mədəniyyətin həmləvari yürüşlərinin qarşısında gözünü döyür.
 
Nəticədə «aşbaz qadınlar»ın iddiası və iştahası durmadan artmaqdadır.
 
Əhməd fikirləşir ki, ayə, Azərbaycan yığmasının hücumçusu Məmməd kimi topu qapıdan yan vurmağı mən də bacarıram. Bəs niyə Məmmədin şəkli qəzetlərdən düşmür, özünün isə, Allah bağışlasın, bircə donuzu əskikdir, amma mən acından günorta qalxmalı oluram?
 
Əli öz-özünə sual verir ki, Vəlinin efirlərdən düşməyən musiqisini mən əlüstü improvizə eləyə bilirəm. Vəlinin nəyi məndən artıqdır ki, onun xətrini əziz tuturlar, mənim qədrimi isə bilən yoxdur.
 
Pirvəli bazardakı piştaxtasını satır, puluna bir mədhiyyə kitabı çıxarır, Yazıçılar Birliyinə üzv olur və dərhal ev növbəsinə yazılır.
 
Hafiz Hacıyev özünü siyasi elitaya pərçimləmək istəyir.
 
İnsanlar “adlanmaq”ı “olmaq” kimi başa düşməyə başlayır, sınır-sərhəd itir.
 
Halbuki normalda bu sənətkarlar fikirləşməliydi ki, pul çox şeyi həll edir, amma hər şeyi yox…  Elita elita olsa, özünə azacıq hörmət qoysaydı, hamı hər kəs olmaq sevdasından daşınar, hərə öz işilə ugraşardı. /kulis.az/

Yenililklər
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
27.11.19
AMEA dəyişir - Ramiz Mehdiyev yeni komissiya yaratdı
27.11.19
Elm Tarixi İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunub
27.11.19
Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub
26.11.19
“Əsir düşən” Qarabağ xalçası haqqında sənədli film çəkilib
26.11.19
Taleh Eminoğlu - Həyat və ya "cəfəngiyyatın qaynağı"
26.11.19
"Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" kitabının təqdimatı olub
26.11.19
Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb
26.11.19
Bakıda “Türk filmləri həftəsi” başlayıb
25.11.19
Fərid Hüseynin "Sevdiyim əsər” adlı kitabı nəşr olunub
22.11.19
Rockefellerin memuarları çap olunub
22.11.19
"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb
22.11.19
Mərahim Nəsib - Getdilər edamlıq adamlar kimi 
21.11.19
Süleyman Muradlı - O, mənim dayımdır!..
21.11.19
Pərvanə Məmmədli - “Sanma bu əsrdə hər şey bitib nisyan oldu”
20.11.19
Səxavət Sahil - Yazıçıya çevrilmək
20.11.19
Bəsirə Əzizəli - İstanbullu yazara Bakının verdiyi ilham
20.11.19
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
20.11.19
III Dərgi Qara dəniz Beynəlxalq sosial elmlər simpoziumu keçirilir
18.11.19
Mübariz Örənin Fransada romanı çıxır
18.11.19
Bakı Slavyan Universitetində yazıçı Şərif Ağayarla görüş keçirilib
14.11.19
Şair Şamxal Rüstəm vəfat edib
13.11.19
Səxavət Sahil: “Tənqidçi mənə deyir ki, istəyirsən sənin romanından yazım?” - MÜSAHİBƏ
13.11.19
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Bakıya gəlir
13.11.19
"Qanun"dan yeni kitab - Stiv Cobs
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.