Anar Amin - Şaran dərəsində şərəfinə şair
07.10.13

...Xalq bağrından qopub gələn şairləri, şeirləri yaşadıb, yaşadır, yaşadacaq da.
 
O xalqın bağrından qopub gələn şairlərdəndi. Bəlkə də xalqın ruhuna söykənmək asan, ancaq xalqın ruhunu oxumaq çox çətindir.
 
O xalqın ruhunu oxşayıb, xalqı öz dilində dindirib, öz dilində danışdırdı, öz dilində ağladıb, öz dilində güldürdü və nəhayət öz dilində düşündürdü deyə: xalq da onu sevib əzizləyib sevimli şairi etdi.
 
Onun hər hansı bir kitabını oxuyanda ilk baxışdan müəllifin mövzu dairəsinin genişliyinə, rəngarəngliyinə, şeirlərinin dil sadəliyinə, səlisliyinə, fikirlərinin aydınlığına vurulmamaq mümkün deyil. Oxucu vurulmadığı şairi sevmir, vurulmadığı şeiri oxumur.
 
Adlarını çəkmək istəmədiyim kimlərsə “atam”-“atam”-“atam” deyəndə, o “xalqım”-“xalqım”-“xalqım” dedi...
 
O bu xalqın kəlamına-hikmətinə, abrına- ismətinə, namusuna-qeyrətinə, sözünə söhbətinə vurğun şairdi.
 
...Yatardımı əl qələmə, dil sözə,
Vurulmasam söhbətinə bu xalqın!
 

Onunla bir vaxta ədəbiyyata gəlmiş, qələm yoldaşları, tay-tuşları boş-boş danışıb vaxtlarını orda-burda keçirəndə o hücrəyə çəkilib “Saz”, “Yunus Əmrə dastanı”, “Aşıq Hüseyn Bozalqanlı və ağanın əhvalatı”, “Hüseyn Saraçlı dastanı”, “Göyçədən gələn səslər”, “Şair harayı”, “ Səslərin görüşü”, “Sizi qınamıram”, “Oxu, Mikayıl, oxu”, “Açın ürəyimi, həkimlər, açın”, “Haqq-ədalət”, “Yurd ağrısı”, “Vətən yaraları”, “Göyçə dərdi”, “O qızın göz yaşları”, “Kökündən qopan ağac”, “... Qarğışı”, “Rəsul Həmzətova məktub”, “İranın Azərbaycandakı səfiri Əfşar Süleymaniyə açıq məktub”, “Bir kövrək havadı sazımda Kərkük”, “Sürgünlə söhbət”, “Ozan evi, saz evi”, “Dərdimizin bayatı düzümü”, “Peyğəmbər”, “Mövlanadan Şəmsə doğru”, “Əbədiyyət dastanı”, “Allahım, mənə bir ağsaqqal yetir”, “Qurtuluş dastanı”, “Azərbaycan oxusun”, “Ey vətən oğulları!”, “Lefortova zindanı”, “Xalqın ehtiyacı var”, “Tanı məni, Amerka”, “Borçalıda qalan izlər”, “Cavidin qız balası”, “İnsan”, “Əlli yaşın dastanı”, “İçimdə ağlayan Krım” adlı biri-birindən sanballı dolu-dolu poemalar yazdı.
 
Bu dastanları, poemaları yazmaq üçün istedadla yanaşı için böyüklüyü, dizin taqəti, ürəyin təpəri gözün fəri gərəkdir. Allah ona sadaladığım və sadalamadığım yaradıcı adama xas olan hər şeyi lütf və inayət edib. Ata babası Şamil kişi onun haqqında deyərdi, “üç şərtə görə nəvələrimin içində hamıdan çox onu sevirəm: o yeyəndə doymur, işləyəndə yorulmur, danışanda mızıldamır”.
 
...Çöksə sinəm üstə qəfil ağrılar,
Kədər qat-qat olsa qaşımın üstə,
İblis at oynatsa başımın üstə,
Ölüm işə keçsə, əcəl tələssə,
Əzrayıl qılıncı dilimi kəssə,
Ay baba, ay baba, narahat olma,
Göz-göz açılsa da sinəmdə yaram,
Heç yerdə, heç zaman zarımamışam!
Heç yerdə, heç zaman mızıldamaram!!!

 
Onu başqalarından fərqləndirən üstün cəhətlərindən biri də danışdığı kimi yazmağı, yazdığı kimi danışmağıdır. İstər şeirdə, istər nəsrdə danışdığın kimi yazmaq, yazdığın kimi danışmaq çox çətin məsələdi. O bu məsələni çətinlik çəkmədən həll edən iki şairdən biridi.
 
Biri var dil üçün büst, qoyasan bir də var heykəl. Allah Azərbaycan dili üçün heykəl qoymağı Səməd Vurğuna, bir də Ona əta etdi.
 
O dilimiz üçün heykəl qoyan heykəltəraş şairdir.
 
Füzuli zirvəli, Vaqif arxalı,
Mənim Qorqud dilim, Ələsgər dilim!
Ömrümün naxışı, bəxtimin xalı,
Dadda, şirinlikdə bal, şəkər dilim!  

 
Bu bəndi oxuyandan sonra: xəyalım Göyçə mahalının Ağkilsə kəndinə, ordan da Bağdadın Kərbəla şəhərinə getdi.
 
Xəyalım getməyində olsun, mən sizə xəyal haqqında danışmaqda.
 
Dünya da xəyal qədər vəfalı dost yoxdu.
 
Bəhlul Danəndə demişkən çiyni rütbəli-rütbəsiz, vəzifəli-vəzifəsiz dostlarımız xəyal qədər vəfalı olsaydılar nə gözəl olardı. Olmadılar, olmadılar neyləyək?
 
Xəyal adamı tək qoymur hara gedirsə qayıdıb gəlir.
 
Gəlməsə...
 
Budur xəyalım Kərbəladan qayıdıb gəldi özü də sinəsi dolu.
 
Görək xəyalım nə deyir?
 
Xəyalım deyir ki:
 
“İslam ehkamına görə, peyğəmbərlərə nazil olan vəhy övliyalara və ya şairlərə verilən ilhamdan daha yüksəkdir. Çünki şairə vəhyin yalnız bir növü-ilham verildiyi halda, peyğəmbərə həm ilham, yəni müəyyən bir fikrin insanın ürəyinə damızdırılması, “dəruni, mübhəm” bir səslə ona təlqin edilməsi, eləcə də vəhyin başqa növləri- gerçək yuxu, Allah təala ilə ya mələk vasitəsilə, yaxud da arada heç bir vasitə olmadan (hicab arxasından) danışma bəxş olunur.
 
Vəhy peyğəmbərə yalnız Allahdan nazil olduğu halda, ilham şairə, yaxud başqa bir kimsəyə Allahla yanaşı, Şeytanın vəsvəsəsindən, cinlərdən və pərilərdən də gələ bilər.
 
Peyğəmbər məsum olduğundan Şeytan ona batil fikirləri vəsvəsə ilə təlqin edə bilməz. Beləliklə, peyğəmbər dərəcə etibarilə şairdən əfzəl, peyğəmbərə nazil olan vəhy isə övliyaya, şairə verilən ilhamdan daha üstündür. Kamil insan, məsum məxluq olduğu üçün ruhi vəziyyətin, əqli səviyyənin ən yüksək mərtəbəsinə yetişən peyğəmbərin şeirə, şairliyə ehtiyacı yoxdur.”
 
Əllərimi sinəmdə çarpazlayıb xəyalımın qarşısında baş əyib dedikləriylə razılaşıram.
 
Peyğəmbərin şairliyə ehtiyacı olmadığı qədər, şairin peyğəmbərliyə ehtiyacı var.
 
Çünki yaddaşlara hopan, dillər əzbəri olan, ədəbiyyatda qalan əsərlər peyğəmbərlik məqamında yazılmış əsərlərdi. O məqamda şair peyğəmbərləşir, bu vaxt kimsə şeirdeyir, şairsə sadəcə mirzəlik edir.
 
Azərbaycan ədəbiyyatında şairlik məqamında ala-babat şeirlər yazmış şairlər yüzlərlədi.
 
Şairlik məqamını adlayıb peyğəmbərlik məqamına yaxın, o məqamda əsərlər yazmış şairləri isə barmaq sayıyla saymaq olar.
.
..İmadəddin Nəsimi peyğəmbərlik məqamına çatanda “Məndə sığar iki cahan” dedi. Məhəmməd Füzuli Məcnuna Leyliyə qovuşdurmağa çalışdı... Hüseyn Cavid “İblis”i lənətlədi. Səməd Vurğun yay kimi dartılıb ox kimi süzdü.
 
Seyid Məhəmmədhüseyn Şəhriyar “Qalx ayağa ya azad ol, ya tamam yan, Azərbaycan” hayqırdı. Almas İldırım “Allahım, mən neyçün şair doğuldum” deyib gileyləndi. Rəsul Rıza qələmə fırça, vərəqə kətan kimi baxdı. Sözlərdən şəkillər çəkib, hər rəngə bir məna verdi. Hüseyn oğlu Arifi itirdi. Bəxtiyar Vahabzadə ayın görünməyən tərəfinə boylandı. Qabil yerini səhv saldı.
 
Söhrab Tahir, Azər Azər çöpü iki bölməyə qorxdu. Əli Kərim dünyasını dəyişdi. Nəriman Həsənzadənin Sarasını sel apardı. Xəlil Rza Ulutürk azadlığı zərrə-zərrə, qıram-qıram yox, bütöv istədi. Məmməd Araz mamır olub qayalarda bitdi. Hüseyn Kürdoğlu dağlara palıdın yasına getdi. Musa Yaqub “Bir sim üstə” kökləndi. Məmməd İsmayılın Kədəri müqəddəs sandı. Məmməd Aslan hirsini içində boğdu. Ağa Laçınlı Laçını itirdi. Səyavuş Sarxanlı dünyanın ən böyük təmizliyini zəmi qırağından keçəndə gördü. Dilsuz susdu. Ramiz Rövşən “Süd dişinin ağrısı”nı çəkdi. Nüsrət Kəsəmənli “Nə yaxşı dünyada nənələr vardı” deyib nənəsinə sığındı. Vaqif Bayatlı Odər uçmağa başladı. O, da peyğəmbəri salamlayıb “Peyğəmbər”i yazdı.
 
Bəlli toxum, bəlli sünbül, bəlli dən,
Haqq özüdü müşkülləri həll edən.
Yük bağladım, maya tutdum əllidən
Altmışa “Peyğəmbər”lə gəlmişəm.

 
İstər yaşda, istərsə də yaradıcılıqda peyğəmbərlik məqamını haqlamış, əllidə yük bağlayıb, maya tutan, altmışa “Peyğəmbər”lə gələn, xalqı içində əridən, xalqın içində əriyən, bəndəylə danışmağa sözü, Allahla danışmağa üzü olan, o taylı, bu taylı Azərbaycan şeirində krallıqları birləşdirib imperiya yaradan fateh, türk dünyasının böyük şairi, böyük oğlu, əvvəl-axır “dünya türkün olacaq” deyən ustadımızın, ozanımızın, aşığımızın, şairimizin bu yaxınlarda on üç cildliyi işıq üzü görüb. Bu münasibətlə gəlin zəng edib, onu təbrik edək...
 
Əziz dostlar bayaqdan neçə şairin şeirini təhlil etmişik, neçə şairə zəng etmişik, neçə şairin şərəfinə sağlıqlar deyilib badələr cingildətmişik. Mənim sağlıq deməyim bir köşə çəkdi. Gərək məni bağışlayasız. İndi elə hamımız bir-bir onun özüylə danışdıq.
 
Bu badələri də qaldıraq onun, Zəlimxan Yaqubun şərəfinə...


Babaxanlı: 21.09.2013
 


 

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.