Günel Eyvazlı - Elnarə xanımın xatirəsinə
07.10.13

Çox qəribədir...

Bəlkə yüz dəfə Elnarə xanım haqqında yazdığım  yazını yazıb, sonra isə silmişəm. Görəsən nə yazmaq istəmişəm əslində? Nə? Alınmır... Nə yazım? Necə yazım?
Bəlkə onun ölümü qədər məni sarsıdan, məni həyatın faniliyinə inandıra bilən ikinci hadisə olmayacaq. Desəm ki, bir müddət öncə daxilimə çökən abu-hava özümün bu dünyadan gedəcəyimi söyləyirdi mənə. Niyə? Bu nə qəribə bir əhval  idi? Nələr cərəyan edirdi? Onları təsvir etmək üçün qələm, kağız acizdir. Aciz.
Son dövrlərdə yazdığım şeirlər yalnız fanilikdən idi. İnsanlara - həyat fanidir doya-doya yaşayın kəlməsini bağırırdım. İnsanlar, həyat o qədər qısadır ki... Çox qısadır. Təsvir edə bilməyəcəyiniz qədər qısa...
Hətta Taleh Eminoğlunun şeirini oxuduqdan sonra ilhamlanıb , yenə eyni mövzuda şeir də cızma-qara etmişdim dəftərimdə.

Bir gözündə dərd qoyulub,
Bir gözündə məhəbbət var
Tərəzinin.
Bir əlində xoşbəxtliyin,
Bir əlində bədbəxtliyin.
Dünya sənin əlindədir.

Nə bilirsən, neçə illər qalıb daha,
Dünya fani, sabahları gəl saxlama
Sabahlara.

Sabahları gəl saxlama sabahlara... Görəsən Elnarə xanım ürəyində hansı arzularla getdi? Son anda nə düşünürdü? Hansı sözü demək istəyirdi? Kimi görmək istəyirdi? Övladlarımı gəldi gözünün önünə? Nigaranmı qaldı onlardan? Xatunundan, İncisindən...

“İnsanlarla atəş kimi ol, çox yaxınlaşma yanarsan, uzaqlaşma donarsan”.

Çox hörmətli Elnarə xanım bu mənim həyat devizimdir. Mən insanlardan mümkün qədər qaçıram. Biz bir-birimizə dost qədər yaxın ola bilərdik. Amma, mən yalnız salam Elnarə xanım necəsiniz? Balalar necədir? İşlər necə gedir deyə sordum hər zaman. Siz də Günel xanım hər şey yaxşıdır, Siz necəsiniz deyə sual verərdiniz.
Bilmirəm. Əslində sizin haqqınızda heç nə bilmirəm.
 Bir onu bilirəm ki, gülərüz çöhrənizin arxasında bir kədər hiss edirdim. Hə, kədər hiss edirdim. Bəlkə səhhətinizlə əlaqədar idi. Bilmirəm. Amma, mən insanların daxilində olan hissləri hiss etdiyim üçün və acılara dözə bilmədiyim üçün qaçıram. Məni bağışlayın. Heç otağınıza da keçib 10 dəqiqə belə artıq oturmadım yanınızda. Oturmadım.
Bu yaxınlarda bir şeir yazmışam. Bilmirəm bəyənəcəksiniz, ya yox. Söz verin ki, bəyənməsəniz sözün düzünü deyəcəksiniz mənə.  Şeirlərim, köşələrim haqqında fikir yürütdükdə  belə obyektiv olaraq nəyin yaxşı, nəyin pis olduğunu həssaslıqla, qəlbimə toxunmayacaq dərəcədə necə söyləyirdinizsə bax elə söyləyin.
Mən yenə Sizə ərk edib öz şeirimi göndərirəm. Və həmişə olduğu kimi sonda. Ümid edirəm ki, bəyənəcəksiniz yazıram...
Bilmirəm o dünyanın insanları bizi görürlərmi? Bizi eşidirlərmi? Bilmirəm...



Bir yarpağın sevdası... (Günel Eyvazlı.)

Könlünə,
Kaş insan olsaydım, düşmüşdü yarpağın.
Kaş əlim, ayağım,
Kaş dilim, dodağım,
Kaş sevdiyim olardı
Düşünmüşdü...

Bu tufanı, bu sazağı,
Qırılacaq bu budağı
Dəyişərdim.
İnsan kimi yaşayardım, insan kimi ölərdim.

Sözlər dilindən çıxar-çıxmaz,
Külək onu budağından ayırdı,
Uzun-uzun məsafələr
Gözlərində qısaldı.
O titrədi, o üşüdü...
Bir ağacın koğuşunda daldalandı, dayandı.
Sonra yenə külək ilə,
Səmalarda fırlandı.

Külək onu çırpdı-çırpdı
Gah torpağa, gah daşa.
Yarpaq ömrü deyilən bu,
Bacarırsan gəl yaşa.

Bir pəncərə şüşəsinə
Yapışdı, qaldı yarpaq.
Gözü evdə, istəyi çox.
İnsan olmaq arzusu...

Bir uşaq var çarpayıda
Başı üstə anası,
Sağ divarda asılıbdı
Bir əsgərin fotosu.

Ana isə sığal çəkir,
Balasının başına.
Bacarırsan bu dərd ilə,
İnsan kimi gəl yaşa.

Uşaq, sığal ilə yatır,
Xəyallarda atası.
Əlində kiçik qumbara,
Bir də əl tapancası.

Budur balaca körpənin
Bugünkü oyuncağı...

Yarpaq durur, köks ötürür
Gedir bu pəncərədən,
Əllərini üzür daha
İnsan olmaq eşqindən.

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.