Yazar Xanəmir Telmanoğlu ilə MÜSAHİBƏ

11.10.13

müsahibimiz şair xanəmir telmanoğludur. şair bu müsahibəsini də özünəməxsus tərzdə verdi. olduğu kimi təqdim edirik.

- xanəmir bəy, bu günlərdə “əli və nino” kitab mağazasının rəhbəri nigar köçərli qeyd edib ki, yeni azərbaycan ədəbiyyatında yaxşı əsərlər dərc olunmur, buna görə də alınmır. bu məsələyə münasibətiniz.

- bizim bədbəxt yazarlar olmağımız bəs deyil, üstəlik bu bədbəxtçiliyimizlə bədirlənib, mənasızlıq şəklində tüstümüzdən belə isinərək üstümüzə ayaq açanlar, yazarlarla mənzum şəklində, ya məzmunlu mürdəşirlikləriylə məzlənənlər az deyil, heç çox da deyil. əgər hörmətli nigar xanım ciddi əsərdən, yaxşı ədəbiyyatdan söhbət edəndirsə, mənə deyə bilərmi ki, ədəbiyyatımızda “leyli və məcnun”, “əsli və kərəm” adlı əsərlərdə qadın adları birinci gəldiyi halda, niyə öz bazarının buzovluğuna adını qoyduğu “əli və nino”da kişi adı öndə gəlir? hansısa kitabın yaxşı-pis olduğunu ayırd etməkdənsə, yaxşı olardı ki, nigar xanım birincisi, gedib nemət bağdadlının min bir ehtişamla yazıb üzə çıxardığı “koroğlunun bakı səfəri”ni oxuyardı. ikincisi, gedib mətbəxdə yaxşı reseptlərlə, boynunda qızılı seplərlə donatılmış və sonra da yorulduğundan buz dolabının dondurma yerinə qoyacağı o təamları bişirərdi. üçüncüsü , gedib paltar ütüləyər, döşəməni hərdən zövq olsun deyə döşdüyünün ətəyi ilə silər, pəncərə şüşələrinin kirdən şişmiş çərçivələrinə əl gəzdirər, eyvandakı eyhamlı yazarlar kimi durmuş çiçəklərə, güllərə, yaşıllara vaxtlı-vaxtında vaysınaraq qulluq edib,onları suyla söylənə-söylənə doyuzdurub, yaxşı savab və yaraşıqlı savad qazanardı. dördüncüsü, gecələr göy üzündə indi uzaqlarda qalmış uşaqlıq illərində hey dedikcə sayrışan ulduzları udquna-udquna sayıb, səhər açlana qədər o uzaq ulduzlardan ürəyinə ürkəkcə ədasıyla ədəbi-bədii-publisist bir arzu, bir dilək, bir istək hasil edərdi. uzaq başı nigar xanım, hansısa hasarın o tayında kitabın kəmiyyət və keyfiyyəti, yaxşı və pis olması üzərindən üzülmədən, üstəlik, söz dünyasının dərin dəryalarının ortasında üzgü bilmədən bazarlıq edincə, gedib bişirəcəyi aşının sədr düyüsündəki artıq-əskikləri öysürə-öysürə təmizlədiyində gözlərini yaşlarla gilizləyib kədərini başqa kəndlərdə, uzaq-yaxın şəhərlərdə bir az baha satardı. kitab satırsan sat da, kitabın məziyyəti sənlik deyil axı.

- intim hislərin və ateizmin ədəbiyyata kütləvi şəkildə soxulması nəyin nəticəsidir?

- sənin ifadənlə deyirəm ki, o ateizm və intim hisslər adlandırdığın heç vaxt ədəbiyyatın kəndarına belə düşə bilmir. ancaq təsəvvür elədiyin dərəcədə ədəbiyyata “ədəbli” saldırısı varsa, intim hislərin və ateizmin, oxucu üçün deyil, sırf yazarların, yaradıcı insanların, mühitin var olması üçün hardasa gərəkli tərəfləri olmamış deyil. belə ki, bu tipli “sindromlar” əsl ədəbiyyatın ətrafında sipər rolunu oynamış, gələn vəbanın, xətaların, qırğınların, qorxunc salqınların həmişə adını çəkdiyin “əməlisaleh” ədəbiyyat min bir ədəblə-ərkanla qımışaraq yumşaq-yumuşaq qarşısını almışdır. Hardasa onun qılafla çıxış etməyi var. ədəbiyyatda bu türlü tör-töküntülər, həmişə kullanıma çəkilmişlər, fəxarətlə cəlb edilmişlər. ciddi sənət nümunələriylə bir yerdə, bütövlük çətiri altında bulunmayıb, sadəcə bir vasitə kimi, tramplin kimi bu türlü ədəbiyyatı ayaqlarının altına qoyub lazım olana, ehtiyac olan mühitə, mövzuya, estetik dünyagörüşlərinə varmışlar.

“məşədi ibad”dakı hambaldan məşədi divarın o tayını görmək üçün ayaqaltı kimi istifadə edir. bax, sualının cavabının ən bariz nümunəsidir o səhnə. reallıq divarın o üzündədir. hambalın heç vaxt o üzdə nələrin olub-bitdiyindən xəbəri olmayacaq. ancaq məşədi ibadın ürəyi pörşələnib duracaq. çünki bütün müsibətlər onun başında cərəyan edir, bütün bu olub-bitənləri də yaxşı-yaxşı başına qapaz vuraraq görür. azərbaycan yazarlarının əksəriyyəti məşədi ibadın günündədir. onlara elə gəlir ki, qucağına özlərini atdıqları bu gərməşən geydirmə mövzularla başına qatma salıb baş qatmaları o yazarları arzularına (cavan qıza, gülsümə) qovuşduracaq. daha başa düşmürlər ki, onların əsl mövzusu (sərvərlər gülsümlərlə artıq qol-boyun olublar) əldən çıxıb. məşədi burda pud-pud pul tökür, vəsvəsəylə vəsait xərcləyir, gördüklərindən dəmlənərək dəridən-qabıqdan çıxır, sərvər də güllü gülüstanlıqda gülnazla çoxdan işrətin xüsusi şəkildə işarələnmiş ala qapısından bir-birinə qapılaraq keçib gediblər. heç olmasa, divarın o üzünü görmək üçün məşədinin ayaqları altına gəyirə-gəyirə kürəyini vermiş o bir abbasılıq dünyagörüşü “dəngüş” olan hambal olmayın. bir sözlə, ədəbiyyatla məzələnmək eşqinə düşənlərə deyirəm, siz hələ də uyqudasınız, hamballığınızdan əl çəkin, yazdıqlarınız sizin hərcayi həyatınızla çox pis məzənnəylə məzələnəcək. çünki, bilmək lazımdır ki, yazı kultu tale ilə bağlı məsələdir. yazı birbaşa tale məfhumuyla əlaqədardır. yol vurduğu və vardığı kimi, su vurduğu və vardığı kimi, yazı da adamı vurur, adama varır, yaradıcılığa çıxır. bu sualınızı cavid əfəndinin sinəbənd sözləriylə sonlayım:

“...yüz çevirmiş de tanrıdan insan,

küfrü hak, cehli marifet sanıyor....”

- kitablarınız satılırmı?

- açığını deyim ki, bu məsələ qədir-qiyməti və qədəriylə məni düşündürmür. inanın, hələ bir dəfə də dəfinə olsa da, ziynət əşyaları olsa da, hansısa kitabımın satılıb-satılmayacağının kəhanəti barədə tarixin bərdəsində oturub bəhərli-bəhərli düşünməmişəm. (kitabımı süd verən inək də zənn etməmişəm) bu tavrımın düzgün bir şey olmadığının, yazar üçün nə anlam qazandığından da xarici və daxili dəhanlı adamı ar edən xəbərim var. necə ki, gedib dağı doğru görərsən və geri dönərkən özünlə dağın doğru-düzgünlüyündən aparmırsansa, eləcə də mənim üçün bitib-tükənməz kəhkəşanlıq yansıdan kitablarım yaranar və ondan çuval-çuval arpa aparası deyiləm, nəyin ki, aparası, heç kirpiyimi də qırpası deyiləm oxucunun qan saçan oxu önündə. konkret olaraq, kitablarım heç bir yerin yəhər-yüyəni deyil və mankenləşən qızların bəhrəli-bəhərli, barlı bədənləri “ölçüdə” qalsın deyə salat kimi yeyilmir, satılmır. bəzi kitablarımdan bir neçəsini dostlarım oxlanaraq da oxumadan, yazdıqlarımı “dastan” bilib bəlkə hardasa xəta kimi qoyublar. mən utanmadan deyə bilərəm ki, indiyə kimi kitab qazancının kirini, kəfini, pasını yöndəmsizcə heç yeməmişəm. ikincisi, mən satış üçün deyil, kitablarımı bu idbar, murdar, səviyyəsiz, alçaq, ikiüzlü, imansız, qorxaq mühitdən və bu mərsiyəxor cəmiyyətin satqın oxucularından, yaltaq oxucularından, hələ də papaq simvoluna namus dolduran oxucularından qurtarmaq, qaçırmaq, çəkindirmək üçün yüyənimi açaraq yazıram. mən heç vaxt razı ola bilmərəm ki, satışı riyakar rekor vuran müəllifləri oxuyan tərbiyəsiz oxucular, mənim də kitablarıma öz qan axıdan qoxularını, iy verən iyrəncliklərini bulaşdırsınlar. mən istəmirəm ki, kitablarım “azərbaycan oxucusu”, yaxud oxucu məfhumuna məhkum möhtəkirliyini səxavətlə sürdürsün.

azərbaycanda bizim yazarların oxu öz içinin dərinliyində süzən, oynayan oxucusu yoxdur, bizim oxucuların yaraşıqlı, yaltaq, kor - yapalaq yazarları şərin möhfümatına möhtəkirliyi sayəsində mövcuddur.

azərbaycan oxucusu son bir neçə ildə özü üçün külli miqdarda, bəli, küllü və səs-küylü miqdarda axsaq yazar yetişdirib. azərbaycanda necə ki, bəzi adamların, nazir və şəxslərin xüsusi müxbirləri var, eləcə də, azərbaycan ədəbiyyatının ərazisində azərbaycan oxucusunun xüsusi xristian xislətli milçək mirzələri, yazıqlığını yalquzaqlığa sırıyan “yasin”siz yazarları var. oxucu killerliyi ilə hansı mövzunu onların ötərgi və qarımış intusialarına ötürürsə, həmən kərpic kitablar hazırdır. vay o gündən ki, killerləşmiş azərbaycanlı oxucunun sərsəm sifarişi yazarların ovurtlaq ordusunun oğruları tərəfindən yerinə yetirilməsin, o dəqiqə, kəbinli arvadı necə boşayırlarsa, eləcə yazarını boşayar bu azərbaycanın azqın oxucusu.

digər yandan, çağdaş oxucu dünya texnologiyasının imkanlarından istifadə edib müasir informasiyaları alaraq azərbaycan ədəbiyyatının üzərinə ürəklə gəlir. oxucu güclü olduğundan o yazarları tapır və yerindəcə yeyizdirib susdururlar. sanki deyirlər ki, “sus əəə, axı sən kimsən? “ ancaq yazar güclü olsa, oxucunu əlindəki “pultla” idarə edər. bədbəxtlik odur ki, azərbaycanda bu gün nə güclü oxucu, nə güclü yazar var.əvəzində isə kirayəli oxucu, kirayəli yazar tirinə təpik atır. mən, təbii ki, bir neçə yazarımızı bu simsiyah siyahıdan sarsılmadan məharətlə silərdim.

- bəs o güclü yazarlar içərisində özünüzü görə bilirsiniz?

- özümü özləyib ölməsəydim, mənə ötürüləni görməsəydim, yuxarıdakı yıxılan fikri fələk də işlətməz, bəlkə mən də faşist fələkdən karlı kam alıb işlədə bilməzdim. ancaq oxucunun ox atanlar cəbhəsində duranlara m.arabinin bir ara vuran deyimiylə üsyan etmək istəyirəm: “bizim məqamımızı bilməyən bizi oxumasın”.

- ümumiyyətlə, kitab hansı mərhələlərdən keçdikdən sonra satışa çıxmalıdı?

desəm ki, kitab çörək kimidir-məhbəsdə tutduğum müdrüklüyüm tutar. Sonra da qudurub size tutar. biz and içəndə çörəyə and içdiyimiz kimi kitaba da and içirik. kitab haqqı-deyirik (təbii ki, kökü löhfi-məhfuza dayayn kitab və bu kitaba söykənən mətnlərdən gedir söhbət). bir çörək hansı həssas və hünərli aşamalardan (aşırsa) keçirsə, kitab da eyni məharətlə o aşamalardan aşqınlığına asılaraq keçir. bax, toxumu atırsan əkilmiş tutarlı torpağın tum saxlacı olan torbasına. elədir, torpağın torbasına. üyüydülə üyüdülə böyüyüb bərəkəti barında bulunan (burda da başqa cür üyünür) sünbül olur. onu biçib (biçilərkən bir dəfə də burda üyüdülür) buğdasını əldə edirsən. sonra üyüdüb ( bu da zahiri üyüdülüşdür) un edir, xəmir halına salıb bir hay - həşirlə əsl olan könlündə onu yaxşıca kündələyir, yaydıqdan sonra yaxşı-yaxşı qəlbindəki odda bişirib sağına-soluna sataşaraq satışa çıxarırsan. məncə bir kitab o buğda misali eyni proseslərin namərd pusqusundan puçurlayaraq, əlində bir şeylər tutaraq keçməlidir. bir də mənim fikrimcə, yazıda ən əsası azman deyəcəyin səhmanlanmış, sənə tabe olmuş zaman məsələsidir. necə ki, insanlar ana bətninin babat bərəkətinə müəyyən zamanlarda azmadan düşürlər. müəyyən bürclərin bəhrəsi altında eşqi alıb şeytanı nişan verərək varlıqlarını vurğunluğa daşıyaraq doğulurlar, eləcə də yazar çalışıb öz zamanını bilməli və zamanına tamah salıb tanımalıdır ki, yazacağı xeyrə yardımı olacaq kitab, əsər istədiyi bürcün burulğanı altında ahənglə, ritmlə doğulsun ki, o əsər bir kimlik, xarakter qazansın.

- bəs siz hansı vaxtlar yazılarınızı yazırsınız?

- yay deyilən fəsil yayından çıxıb (oxunu atıban) yayını gizlətmək istədiyi, yayındığı fəsil mənim “məramımı minib çapan”, yayxanıb uzaqları yaxın edən yazılarıma uyğun, yazılarımın oluşmasına təsir edən fərasətli və fədakarlığını gördüyüm fəsildir. həmişə çalışıram zamanı zinətləyib bu fəsldə yazılarımı gəldiyi uzaq yolların yorğunluğundan azad edərək yazam.

- çox satılan kitaba yaxşı, az satılan kitaba pis demək olarmı?

- onu dövrlə, dönəmlə, zamanla sınaqdan keçirmək mümkün. indi elə bir ictimai-siyasi dönəmdir ki, oxucunun tam olaraq nəyə xidmət etdiyini onun xarakter və kimliyindən çıxarmaq mümkün deyil. madam ki, belədir, bu cür danışmaq mümkün: çox satılan kitablar (kübarlıq da deyil) çoxluğun deyil, çox dediyiniz kəslərin, kəsimlərin sarımsaq qoxusunu saçan simasıdır demək daha doğru olardı. az satılan (satqın olmayan, dili, ağzı bütöv olan) kitab varsa, o da az olan sayının, miqdarın məsumca hesabı deyil, azlıq olanın xarakteri, kimliyi və az kəsimin kəhkəşanlar yaradan sarı simli simasıdır. rilke epileptik ərkanına bürünərək deyirdi ki, o, şeytanları şairanə şərriylə dal-dala daşlayarkən, mələkləri də mərdimazar məharətiylə üşənərək ürkütdü. bu kitablar ağacdakı nə vaxtsa meyə dönüşəcək meyvə kimi bir şeydir. oxucu o meyvələri əldə etmək üçün salbalıyacaq, daşlıyacaq da. o zaman ağaclara qonub min bir şövqlə oxuyan quşları da dərbədər eləyirik. oxucu salbasıyla xeyli xarab qoz (xəyali ya xəyalsız) saldırdığı zaman, quşların qorxudan “qudurub” perikərək pərakəndə uçmağından xaincə xəbəri olmur. bu xəbərsizlik xətası, xilqəti xəyanət xəndəyinə gətirib (ora) çıxarır ki, xeyli satılan satqın simalı və içli o mənasız kitabların kar gətirən həndəsi çoxluğu və rəqəmsəl riqqəti rəhimsiz, rəhmansız, şeytani üstünlüyü, mahiyyətcə ciddi ədəbi nümunələrin namının namərdcə odlarda, atəşlərdə qalanmasına şərhsiz şərait yaradır. sözsüz ki, azmış azınlıq həmişə özəl mırıltısıyla maraqlı olub. işin irşadi gerçəkliyi də köçəriliyini üst düzeydə anlayaraq həmişə o azınlığın, azlığın varlığında gizlənmiş gilizlərini saymaqla görəvli olduğunun fərqində olmalı.

- sizcə azərbaycanda oxucu kütləsi varmı, varsa bu umumi əhalinin nə qədəridi?

- azərbaycanda oxucu kütləsi yox, sırtılmış surətli oxucu sürüsü olduğu zənnindəyəm. kütlə də kərəmsiz kirayələnən kütlüyünə basıb heç olmasa, hərdən bir səs çıxardar, küt-lüyünü, küt-ləviliyini, küdurətini kiflənmiş karıyla göstərməlidir. bu olmadığı halda, azərbaycan oxucusu məncə, hələlik əmlik quzudur. onda, azərbaycan oxucusunda çox şey böyütmək olar. yunun qırxmaq, dərisindən parlaq, qıvırcıq tüklü papaq düzəltmək, özünü öküz kimi böyüdüb dıbır, toğlu da, hətta qutsallaşdırıb qurbanliq da, şərləşdirib qumarlıq da eləmək mümkün. ona görə də, bu gün azərbaycanın azarlamış azsaylı oxucusu bərli-bəzəkli əmlik quzu sürüsüdür. onların hərdən bir müsəlləh məsum mələrtisi məni həzrəti isanın asayişini güdən rahiblərin yanında olduqca rəncidə edir. quzular isə kitab oxumaz. elə olduğu üçün yazar, xeyirli olsun deyə, qurdların ağzıyla, ulartısıyla qorunan qurbanlıq quzuların üzərində fatihəsini faillənmiş fərasətlə vıdılayaraq oxumalıdır. mən öz quyruqlu qurbanlıq quzularımın fatihəsini oxuyub onların necə qutsal qırımıyla qovrulan içə sahiblənmiş olduğunu təsdiqləmişbibəri bol birisiyəm.

- müasir azərbaycan ədəbiyyatında belə demək mümkünsə, kimlərin qalacağını düşünürsüz?

- inaniram ki, bu dönəmin dəmlənmiş bürulğanında ədəbi mərdlik nümunəsi göstərənlər, səbr nümayiş etdirənlər, axının ovxarındakı axarına qapılmayıb axına qarşı qımışa-qımışa gözlərini qırpmadan üzə bilənlər, üzü bölünməyib bütöv simalılar qalacaqlar. gəl, bu suala yox, bu sualın səmərəsini sehirləyərək özündən doğan xarakterimizin xalqa xilaf çixan çarxlarındakı dişlərin dəhşətindən bir az bəhs edim.

gələcəklə bağlı belə suallarla məncə, bizlər vaxt adlı məhfumla boynumuzda rızası ola-ola, biz zamana xəyanət edirik. hardasa biz özümüzü bu günlə deyil, gələcəklə peşəkarcasına siğortalayırıq, özümüzü zamanla ort-basdır edirik. belə bir zəhərlənmiş stuasiyada zamana qarşı xəyanətkar olmağımız şüuraltı Allaha qarşı asiliyimizi isidə-isidə nümayiş etdirməyimizə gətirib çxarır. bu gününü görməzlikdən gəlməyimiz demək istəyirsən ki, necə bizi Allahsiz, Allaha qarşı var gücümüzlə asiliyimizi isidə-isidə isbatlayar ki? insan öz varlığıyla bağlı əndişəsini zamana yerikləyərək yüyənləyib yükləyəndə, onun şüuraltı şərhi, bəzən şüuraltı şəriəti və ruhsallığı, inancının qazancından yediyindən, Allah, hər şeyin yaradıcısının məsuliyyətini boynumuza boyayaraq yükləyir. pis, yaxşı, dəxli yoxdur. əsas odur ki, yönəlir. bu yöndəmsiz və yörüngəsiz yönəliş asiliklə əskilərək, aşağılanmaqla nəticələnir. yazar, sənətkar asiliyini etibarlı ehsanla işə salmazsa, pişik öz balasını ağzını ballandıra-ballandıra yeyən kimi, yazar öz qabından, istedadından yeyib yerinə-göyünə güvənərək (həm də darıxıb) toxdayacaq.

Oysa, yazar zamanı kullanaraq asiliyinə gəlib çıxması üçün mütləq şəkildə toxdaqlıqdan qurtulması, şübhəsinin artması, suallarının sulanaraq sallanıb çoxalması naminə, tarana tarixlə getməlidir. bu nə deməkdir deyə sorsan, mən də söyləyirəm: bu tarixlə “gedilən taran” yazar üçün öz kimliyində yaşadığı coğrafiya ilə birgə etnosun mədəniyyət məcrasına (mücərrət, ya real, fərqi yoxdur, hər ikisində ) özünü batırıb metafizik ağırlığını tapması, sahilə çıxarması gərəkir. məncə, yazar özündən, ruhsallığından və şüuraltından iki şeyi çıxmalıdır: biri keçmişi (bu tarix deyil, yad güclər tərəfindən uyduruq milli tarixin genetik koddan və gen şifrəsindən uzaq tutularaq ögey insiyativiylə yazılması:- x.t.), biri də gələcəyi (bu mədəniyyət deyil, mədəniyyətə biçilən yabançı güclərin yozlaşma proqramıdır:-x.t. ) yazar həmişə birlə, bir olanla, təklə, tək olanla işləməlidir. tək olanla işləməlidir ki, səmərəsini, faydalı şüuraltı və ruhsallıq əmsalını çəkib üzə çıxararaq, çoxunluğa (xalqa, bəşəriyyətə ) yan ala bilsin. bu anlamda biz yazarların heç biri yalquzaq yaltaqlığının iribuynuzlu nəfsini öldürə bilmədiyindən, təsəlli deyə, gələcəklə oturub durduğumuzdan, zaman məfhumunu əvəzləmiş Allaha qarşı sərt itiihamla çıxış edir, Allahın varlığına qarşı sərt şəkildə çıxmağa başlayırıq. yazarların məlum-məşum asiliyi, Allaha qarşı çıxmağı zahirdə olan fikir və düşüncələrində deyil, görünməyən, hiss edilməyən şəkildəki fikirlərinin, düşüncələrinin mənbəyindədir. yazar allahı inkar etmir, yazar allah məfhumunu, allah dərkini parçalayır, ayırır, bölür, doğrayır. fikirimcə, yazar bu fəlakət saçan fəxarət faizli vəhşi təbiətini yüksək təblə, gəlişmiş təbabətlə tədavü edib cəmiyyətə cinayətkar viruslarını buraxmamalıdır.

yazar açıq bəyanla “mən Allahı inkar edirəm” deməklə istəsə belə, Allahı inkar edə bilmir. yazar inkar elədiklərini hər zaman dolayı (da-lay- lay), allı-güllü, şirin dilli yollarla yola salır, yəni inkar edir. yazar, həm də özüylə bağlı “gələcək” əndişəsinə “and içib ayna qırmağa” qapılarkən, Allahı inkar edir. bir sözlə, yazar dediyin məxluq özünün əbədiliyini və diriliyini hardasa “Allahı inkar” xəyanəti içində gizlədir. onun oğurluğu, bax, beləcə baş tutur. bu yerdə mən heç zaman yazar deyiləm.

söhbətləşdi: bahadur qobustan /publika.az/

Yenililklər
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.