Cavid Zeynallı - Təmiz və xəstə adam
11.10.13

“Katib Bartlbi” haqda

Herman Melvil öz dövründə - yəni XIX əsr Amerika ədəbi mühitində tanınmayan, sayılıb-seçilməyən yazıçılardan idi. Hətta o qədər ki, 1891-ci ildə öləndə “Nyu-York Times” qəzeti adını səhv yazmışdı: Henri Menvil... “İletişim” nəşriyyatı Melvilin “Katib Bartlibi” povestini Borxesin ön sözü ilə nəşr edib: “Yazıçının ölümündən 20 il sonra Britaniya Ensiklopediyası” ondan uğursuz dəniz əhvalatlarını qələmə alan yazıçı kimi söz açırdı”.  1851-ci ildə indiki dünyanın ən yaxşı romanlarından hesab olunan, vaxtında heç kimin diqqətini çəkməyən “Mobi Dik”i çap etdirdi və uğursuz ədəbi taleyi üzündən 33 yaşlı Melvil əməlli-başlı ruh düşkünlüyü yaşadı, nə edəcəyini bilmədi. Bu azmış kimi, 1853-cü ildə nəşriyyatın anbarında yanğın baş verdi, yazıçının kitabları məhv oldu. Əl-qərəz, bizim 80-cilər nəslinin təbirincə desək,  qəhrəmanımız “naxışı gül açmayan”, “qədri sonra bilinən” yazıçı tiplərindəndir. Ta ötən əsrin 20-ci illərinə qədər ki, onun haqqında kitablar yazıldı, əsərləri yenidən nəşr olundu, romanlarına filmlər çəkildi.
 
Bu kitabı dünyanın üzünə deyilən ən sərt “Yox” nidası hesab edirlər.
                                
Ülkər Nəsibbəylinin ingiliscədən dilimizə tərcümə etdiyi “Katib Bartlbi”ni Melvil uğursuzluq və fəlakətə düçar olduğu illərdə yazılıb. Amerika jurnallarından birində nəşr etdirdiyi hekayələr bir növ özünə təsəlli vermək, yazıçı kimi formada  qalmaq üçün məşq idi. Və pisi budur ki, Melvilin naşiri bu hekayələrdən sonra yazdığı romanı nəşr etməkdən imtina etmiş, on doqquz il müddətində 3000 tirajlıq “Mobi Dik” hələ də satılıb qurtarmamışdı. Kimdir katib Bartlibi? Mürəkkəb, anlaşılmaz, nə istədiyini, niyə yaşadığını bilməyən, psixologiyası, həyatının ritmi, harmoniyası pozulan insan tipi... Borxesin sözləri ilə desək, Kafkanın xəbərçisi.
 
Nyu-Yorkun Voll küçəsində hər kəsin öz işi ilə məşğul olduğu vəkil kontoru. Kontor sahibindən başqa üç katib hüquq sənədlərinin üzünü köçürür: Hinduşka, Qısqac və Zəncəfilli Kökə. Və günlərin birində işə qəbul olmaq üçün kontorun qapısı ağzında bir adam görünür: Bartlbi.
 
“Bartlbi həyatım boyu görüb-eşitdiyim ən qəribə katib idi. Ondan başqa bütün katiblərin bioqrafiyasını yerli-yerində kağıza köçürə bilərəm. Məncə, Bartlbinin bioqrafiyasını tam və dolğun şəkildə aşkara çıxara biləcək heç bir material mövcud deyil. Bu isə ədəbiyyat üçün misilsiz itkidir. Bartlbi yalnız ilkin mənbələr əsasında araşdırıla bilən nadir varlıqlardan idi. Belə mənbələr isə demək olar ki, yox dərəcəsindədir”.
 
Bartlibi öz qəribə xasiyyəti, adamayovuşmaz xarakteri ilə nəinki kontordakılardan, hətta dörd tərəfdə olan hər kəsdən fərqlənir. Məsələn, əvvəllər hüquqi sənədlərin üzünü köçürəndən sonra onu əsli ilə tutuşdurmaqdan boyun qaçırırdısa, sonradan ümumiyyətlə, iş görməkdən imtina edir. Növbəsi çatanda poçta getmir, yaxınlıqdakı mağazadan kökə almaqdan boyun qaçırır, ona sual verəndə ancaq inkarla danışır: etməməyə üstünlük verərdim, getməməyə üstünlük verərdim, danışmamağa üstünlük verərdim: “Anlaşılmaz hərəkətlərinə görə Bartlbini daha diqqətlə müşahidə etməyə başlamışdım. Sən demə, o, nahara getmirmiş. Daha doğrusu, heç vaxt heç yana getmirmiş. Onun kontorda olmadığını bir dəfə də görməmişdim. Bartlbi öz küncünün dəyişilməz qarovulçusu idi”.
 
Kontor sahibi onu işdən çıxarmaq istəsə də, vicdanı yol vermir. Bartlbi günün birində acından ölə bilərdi. Bəs nə etməli? Artıq o kontorda heç bir işin qulpundan yapışmır, bir kəlmə söz danışmır, hamının əsəblərini tarıma çəkib. Kontor müdiri onu qovmaq istəyir ki, canı dincəlsin, getmir. Özü də, təbiətcə sakit və dürüst biridir. Dəfələrlə müdirin xırda-xuruş pullarını künc-bucaqdan tapıb stolunun üstünə qoyub, təzə gələndə maşın kimi işləyirdi, səhərəcən yerindən tərpənmədən tapşırılan işin öhdəsindən qüsursuz gəlirdi. Vəkil çıxış yolu kimi kontoru başqa yerə köçürür. Mənzilin yeni sahibləri də Bartlbi ilə bacara bilmirlər, onu qovurlar. Bartlbi bina bloklarının ağzında yatır, yenə heç kimlə dinib-danışmır. Vəkilin ürəyi dözmür, köhnə işçisini axtarıb tapır. Əsərin bu səhnəsi həyatda özünə yer tapa bilməyən, psixologiyası pozulmuş insan tipinin xarakterini açmaqdan ötrü ustalıqla işlənib. Bartlbiyə yaxın iş təklif olunsa da, hər birindən müxtəlif bəhanə ilə boyun qaçırır. Birində təmiz hava yoxdur, o biri iş başqasının yerinə əziyyət çəkməkdir, digəri maraqsızdır...
 
Barlbi hansı binanın blokunun ağzında gecələyirsə, kirayənişinlər həmin binadan uzaq gəzirlər, adamlar xuliqanların hücumundan qorxurlar. Və nəhayət polis onu həbs edir. Həbsxanada yenə eyni vəziyyət: aşpaz da, gözətçi də, dustaqlar da bu sakit, təmiz, ziyansız adamdan baş aça bilmirlər. Və nəhayət, günlərin birində onun meyiti tapılır...
 
Bartlbinin xarakterindəki qəribəlikləri, ruhi pozğunluqları saymaqla qurtarmaz. Və qorxuram, bu yazı əsəri danışıb qurtarmaq kimi anlaşılsın. Qətiyyən! Kitabı oxuyanda onlarla yerdə şrifti qaraltdım, həmin hissələrə bir də qayıtdım. Yəqin Melvilin qəhrəmanının hansı səbəb üzündən bu hala düşməyi sizi də maraqlandırdı. Gəlin, bunu mən yox, Melvil özü danışsın. Əsər sabah Kulis.az – da çap olunacaq. Oxumaq ümidilə...  /kulis.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.