Kənan Hacı - Kamal Abdulla  öz sirrini açmır...
11.10.13

Azərbaycan ədəbiyyatında öz üslubu, öz intonasiyası olan yazıçılar çox azdır. Əksər yazıçılarımızın əsərlərində bu və ya digər dərəcədə başqa bir yazıçının təsir dalğaları hiss olunur. Kamal Abdullanın yaradıcılığına bütöv şəkildə nəzər salarkən ancaq öz sözünü, öz cümləsini, öz təsvir ədasını, öz intonasiyasını görürsən. Onun “Əvvəl-axır yazılanlar”, “Yolun əvvəli və axırı”, “300 azərbaycanlı” kitabları esseistikamızın ən gözəl örnəklərindəndir. Kamal müəllimin esseləri yüksək ədəbi zövqün, geniş erudisiyanın, sağlam təfəkkür və intellektin, fenomenal beynin, iti zəkanın və əlbəttə, böyük istedadın, ədəbiyyata olan sonsuz sevginin məhsuludur.
 
“Yarımçıq əlyazma”ya aparan yol “Gizli Dədə Qorqud”dan, “Sirriçindən nəğmələr”dən keçirdi. Necə ki, “Sehrbazlar dərəsi”nin ilk rüşeymləri “Qərar” hekayəsindən yaranmışdı. Xatırlayıram, mən bu hekayəni 90-cı illərin sonunda “Xəzər” jurnalında oxumuşdum, hekayənin mistik aurası, fərqli dil, təhkiyə tərzi məni heyran etmişdi. O vaxta qədər dilçi alim, dramaturq kimi tanıdığım Kamal Abdullanın həm də bir yazıçı kimi kəşf etmişdim. Aradan illər keçəndən sonra çoxqatlı dildə yazılmış “Sehrbazlar dərəsi”ni oxudum və həmin o hekayənin mütaliəsindən aldığım unudulmaz təəssürat təzələndi.
 
Kamal müəllim çıxışlarında həmişə xüsusilə qeyd edir ki, yazıçını birmənalı şəkildə inkar etmək qeyri-mümkündür, qəbul etmirsənsə, bəyənmirsənsə, sən yalnız bunu deyə bilərsən ki, “o, mənim yazıçım deyil”. Bu mənada Kamal Abdulla mənim yazıçımdır. O, Azərbaycan dilçiliyinə, Dədə Qorqudşünaslığına böyük töhfələr verib, amma mənim üçün Kamal Abdulla öz oxucusunu sirr içində sirrə doğru aparan, sirlər labirintində buraxıb geriyə qayıdan söz ustasıdır. Oxucu üçün bu, xoş bir məşğuliyyətdir. O, sirlərini açmayan, oxucuya yaxşı mənada axtarmaq şansı verən yazıçıdır. Onun bədii mətnləri çoxqatlı sirlərdən ibarətdir. Oğulsansa, bu sirləri aç! “Dilçiliyə səyahət” əsərinin girişində oxucuya “Ardımca, mənim Əziz Oxucum!” deyə sarsılmaz bir inamla xitab edir. Zənnimcə, Kamal müəllim yeganə dilçi alimdir ki, “Dilçi olmayanlar üçün dilçilik” yazıb. Kim oxumayıbsa, mütləq oxusun!
 
Kamal müəllim hətta müsahibələriylə də ədəbi prosesə təsir göstərməyi bacarır. Kulis.az onun Qan Turalıyla geniş, əhatəli, olduqca məhrəm söhbətini təqdim etdi. Bu ədəbiyyat söhbətini oxuduqdan sonra  içimdən Kamal Abdulla haqqında yazmaq istəyi keçdi. Bu söhbət ədəbiyyatda öz prinsiplərini çoxdan müəyyənləşdirmiş, öz üslubunu, öz dilini yaratmış bir yazıçının stixiyasını bütün aydınlığı ilə açıb göstərir. Bu söhbətdə onu Kamal Abdulla zirvəsinə aparan yolları görürük, daim narahat, ölçüsüz, məkansız, zamansız bir nöqtədə dayanıb öz əbədi və ədəbi həqiqətləriylə baş-başa qalmış Tənha Söz Cəngavərini görürük.
 
“Həyatdan və ədəbiyyatdan gəlmə yazıçılar” teması nədənsə, son vaxtlar çox dartışılır. Yazıçılıq sənətinə bu cür yanaşma əlbəttə, diletant düşüncənin məhsuludur. Dəfələrlə bu barədə yazıçı dostlarımızla mübahisələrimiz düşüb. Amma Kamal müəllim öz söhbətində bu məsələyə o qədər məntiqi şəkildə yanaşıb ki, həmin mülahizələrdən sonra məncə, bu gülməli təsnifat bir daha söz konusu olmayacaq.
 
Söhbətin həmin məqamında yazıçının verdiyi cavabdan bir iqtibas gətirirəm:
 
"Literaturşina"nı həyatdangəlmə hal ilə qarşılaşdırırlar. Yəni, bir yazıçı həyatın içindən gəlir ədəbiyyata, başqa yazıçı isə həyatın içindən gəlmir, ədəbiyyatdan gəlir... ədəbiyyata. Qüsura baxmayın, cümlənin gülməli olması, ona qoyulan mənanın gülünclüyü ilə bağlıdır.
 
Kimlərinsə bu şəkildə yarlıq vurduğu yazıçılar guya kitab oxuya-oxuya gəlib yazıçı olublar. Onlar həyatı bilmirlər. Həyatı kitabdan öyrəniblər, həyatın özündən deyil. İttihamçılar bir az da səmimi olsalar, boyunlarına alarlar ki, onlara görə bu miskin adamlar yazmaq istəyirdilərsə, gərək hökmən kənddə doğulaydılar, şəhərdə asfalt üstündə gəzə-gəzə onlar torpağın qədrini bilə bilməzlər. Qərəz, kənd barədə real təsəvvürü olmayan, həyatı əzab-əziyyətdən keçməyən biri əsl ədəbiyyat yarada bilməz. Onun yaratdığı nə olacaq? Literaturşina olacaq! Yadınıza gəlirmi, belələri hətta sovet dövründə məcburi "məzuniyyətlərə" göndərilirdilər. "Fəhlədən yazırsansa, gərək məzuniyyət götürüb gedib zavodda bir neçə ay fəhləni müşahidə edəsən" kimi sosrealizm ədəbazlıqları yadınızdamı??!”
 
Kamal müəllim bu söhbətdə dil və üslub məsələlərinə də kifayət qədər aydınlıq gətirir. Bu haqda geniş yazmağa hacət görmürəm. Ən yaxşısı, həmin müsahibəni oxumaqdır.
 
Bir kitabın mütaliəsindən alınan zövqü heç bir duyğu əvəz edə bilmir. Kamal Abdullanın Qan Turalıyla söhbəti mənə bir kitabdan, gözəl bir əsərdən aldığım zövqü yaşatdı. Bu söhbətdə yazıçı bir sıra böyük mətləblərə aydınlıq gətirir. Amma... yenə öz sirrini açmır... /kulis.az/

Yenililklər
03.07.20
Mədəniyyət Nazirliyi Rusiyanın xalq artistinə qanunsuz ödəniş edilib
03.07.20
“Xınalıq” qoruğu UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün ilkin siyahıya salınıb
02.07.20
Əhməd bəy Ağaoğlu yaradıcılığında azad insan konsepsiyası
02.07.20
COVID-19 epidemiyasına həsr olunan film çəkilir
02.07.20
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub
01.07.20
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kann Beynəlxalq Kinofestivalının rəhbərliyinə etiraz məktubu göndərib
01.07.20
Saedinin dünyaca məşhur “Bəyəl əzadarları” romanı Azərbaycanda nəşr edildi
01.07.20
Kinoşünas Azərbaycanda çəkilən serialları tənqid edib
30.06.20
Ermənilərin İranın siyasi həyatında oynadığı rol
30.06.20
Simran Qədimin yeni kitabı çap olunub
30.06.20
Əhməd bəy Ağaoğlu “Difai” təşkilatının qurucusu kimi
27.06.20
Pərviz Cəbrayıl - “Azğın”- onun seçilmiş əsərlərin mündəricatı
27.06.20
Bilal Alarlı - Kiçik hekayənin böyük hikməti
26.06.20
Küyüylü Nəccari Səid - Aslan Əmi
26.06.20
Mark Terensi Varronun “Latın dili haqqında" kitabı Azərbaycan dilində
26.06.20
Fərid Muradzadə - Güclü kişi 
26.06.20
Simran Qədim - Təhlükə: COVID-19
26.06.20
Məmmədov Eşqin - Payız məni darıxdırır, ilahi!
26.06.20
Cavanşir Yusifli - Bir şeirin dedikləri (Həmid Herisçi )
26.06.20
Tarix İnstitutunda “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” kitabı çap edilib
26.06.20
Dahilərin, yaradıcı insanların problemi: Bipolar xəstəlik
26.06.20
Azad Qaradərəli - Azər Abdullanın “Qəmərlidən keçən qatar” hekayəsinin ismarıcları
26.06.20
Mübariz Örən: "Yazıçı söz yaratmaqdan qorxmamalıdı" - Müsahibə
26.06.20
Daşkənddə “Azərbaycan Demokratik Respublikası və müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı çap olunub
26.06.20
“Məhtimqulu və Türk dünyası” adlı Beynəlxalq onlayn konfrans keçirilib
24.06.20
Orxan Saffari - Balığı güldürən azərbaycanlı yazıçı
23.06.20
İsmayıl Mərcanlı İmanzadə - Xatirələr tüstülənən ocaqmış...
22.06.20
Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi
22.06.20
Tanınmış ispaniyalı yazıçı vəfat edib
20.06.20
Atif Abbasov - Bilinən və bilinməyən Nəsrəddin Tusi
19.06.20
Bu kino ki var, bəs bizdə niyə yoxdur? - ARAŞDIRMA
19.06.20
Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin bərpadan sonra açılışı olub
19.06.20

"Ulduz"un yeni sayı çıxıb

18.06.20
Ayxan Ayvazın “Mavra, Zəhra və başqaları” adlı kitabı çap olunub
18.06.20
Gənc yazardan Prezidentə müraciət: "Bu dəfə ümid sizədir"
16.06.20
Fərid Hüseynin Türkiyədə kitabı çap olunub
16.06.20

Gələn il “Eurovision” bu tarixlərdə keçiriləcək

15.06.20
Emil Rasimoğlu:"Azər Turanın istefa verməyi hesab edirəm ki, bu məqamda ən gözəl addımdır"
14.06.20
Gənc yazarlardan Azər Turana etiraz:“Götür bir istefa ərizəsi yaz”
12.06.20
"Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin qalibləri müəyyənləşib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.