Mirbağır - “An“ məsələsi...

14.10.13

(həyatın içindən)

İndi o, evdə - öz qadının yanında və körpələrinin arasında özünü o qədər tənha hiss edir ki, divarlar onu sıxmağa, qəlbini didib – parçalamağa başlayır. O, belə ola bilməzdi : işdən evə qayıdanda həvəslə körpələrinə sarılar, üzləri tüpürcəkdən köpüklənənə qədər onları öpər, bağrına basardı.Qadınını bərk – bərk qucaqlayar, dodaqlarından öpər, üzünə gülümsəyərdi. Aynada özünə baxdı, həmin vücud və simada idi, lakin üzündə sanki, qara bir kölgə vardı.Baxışları əvvəlki kimi işıq saçmır, ürəyi evinə, ailəsinə doğan sevgi, sədaqət və hörmət ehtirasından qaynamırdı. Dostu Elşən yadına düşdü, hər dəfə ona : ailə, sədaqət, öz qadınına qarşısıalınmaz sevgiylə bağlılıq, bütün həyat eşqini , qəlbinin bütün dərinliklərindən gələn ən təmiz və ehtiraslı hissləri, məhz ailəyə xərcləmək kimi verdiyi nəsihətlər yadına düşdü.Bəzən öz tanışları və sinif yoldaşlarıyla bu haqda danışarkən etdiyi çılğınlıqları xatırlamağa başladı. Bəli, o, bütün həmsöhbətlərinə ailə dəyərləri və sədaqət haqqındakı mübahisələrdə qalib gəlmişdi, lakin ona aynadan baxan, az qala güclə sezilən baxışlar onun gözlərindən çıxa bilməzdi. O, bir insan kimi yoxamı çıxmışdı, yoxsa əslində ruhunun bütün gizlinlərində olmaq istədiyi kimi bir varlığamı dönmüşdü, o, doğurdanmı axtardığını tapmışdı.İndi öz doğma evində doğmaları ona yanından sağa – sola ötüb keçən insan siluetlərindən başqa bir şey deyildi.O, evində idi, həm də evində deyildi, o, qadınına qulaq asırdı, ama onu eşitmirdi, uşaqlarına baxırdı, lakin onları görmürdü.Bəzən özünə qayıdanda düşünürdü, onun əsl həyatı bu ola bilməz! Hətta özünü inandırmağa çalışırdı ki, bu, sadəcə qorxulu bir kabusdur: O, heç kəsi sevməyib, ailə də qurmayıb, öz evi, uşaqları da yoxdur. Səhər açılacaq, günəş öz nurlu şəfəqləri ilə dünyanı işıqlandıracaq və o da bu qorxulu yuxudan oyanacaq, hər şey bitəcək!.Həvəslə səhər yeməyini yeyib, küçəyə çıxacaq, əllərini sağ – sola fırladıb gərnəşəcək, yumruqlarıyla sinəsinə vuraraq ilk gördüyü insana gülərək salam verəcək və ən dərin ehtirasla Sevdanın zəngini gözləyəcək...Bəs onun bütün fikirlərini alt – üst edən, sədaqət və özgüvənlə qurulmuş ailə məbədini bir təkanla dağıdıb viran qoyan bu sirli qadın kim idi belə? Fərid onu ilk dəfə Bakıda, dostunun toyunda görmüşdü.Bəy stulunda oturmuş dostu ilə şəkil çəkdirərkən Sevdanın yanında durmuş, bu qarışıqlıqda Sevdanın əlləri ona toxunmuşdu, əvvəl bütün bədəninə soyuq gizilti düşsə də sonra hətta cəsarət gəlib onun əllərindən tutmuşdu.Sevda heç bir şeydən narahat olmayırmış kimi hətta Fəridin üzünə gülümsəmişdi də.Fərid bu bənzərsiz gülüşdən sonra özünə nəzarəti tamamilə itirmiş, hətta biraz da irəli gedib sağ əlini Sevdanın belinə keçirmişdi.Sonra onlar bir yerdə həzin bir musiqiyə rəqs də etmişdilər, yəni bu qədər sadə başlamışdı onların bu hekayəsi, sonralarsa qarşısıalınmaz bir alova çevrilmişdi, elə bir alova ki, Fərid hər dəfə bu alovda yanmaq istəmişdi.Zaman keçdikcə Fərid anlamışdı ki, məsələ əks cinslərin təmasından doğan ləzzətdə deyil, məsələ tamam başqa şeydədir.Bu, nə sözdür, nə də qüvvətli təsir, bu, an məsələsidir.Bu, ürəklərin də təması deyil, bu, ruhların qarışmasıdır.Fərid o gündən sonra əslində çox şeyini itirmişdi, lakin bəlkə özü də bilmədən özünü qazanmışdı.O, aynanın qarşısında ölü kimi qalmışdı, yavaş – yavaş gözlərinin dolduğunu sonra yanaqlarına süzülüb gələn ilıq göz yaşlarını hiss elədi, bu vaxt qulaqlarına isti bir nəfəsin toxunduğunu, boynuna sarılan qadın əllərinin olduğunu duydu. Bu qadın onu bütün gözəlliyi ilə öpməyə, ən həssas nöqtələrinə toxunmağa başladı, Fərid sövq – təbii vəcdə gələrək onu ağuşuna alıb yataq otağına apardı, qadına bu vaxta qədər etmədiyi izah olunmaz bir ehtirasla toxunmağa, onun bütün vücudunu öpüb keçməyə, ən elektrik qişalara əvvəlcə hərarətli nəfəsi və əlləriylə, daha sonra dodaqlarıyla titrəyə - titrəyə toxunmağa başladı, qadın hər toxunuşda Fəridi pıçıldamağa, onun dəmir kimi möhkəm əllərinin arasında çırpınmağa, qıvrılmağa başladı.Fərid bayaqdan bəri içində çökmüş qurğuşun qədər ağır, kədərli düşüncülərdən azad olaraq , onun üçün yeni, sözlərini indi özü yazmağa başladığı bir həyatın ağuşuna atıldı...
P.S. Sonda o belə bir qənaətə gəldi ki, bu dünyada ən asan iş sədaqət və məhəbbət barədə ağızdolusu danışmaq imiş...

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.